Yanıltmaclar

Yanıltmacaların söylənişi məlumdur ki, çox çətindir.
Gəlin bu yanıltmacaları tez bir zamanda deməyə çalışaq

Dəyirmana girdi it dəyirmançı atdı kötək
Həm kəpək yedi it həm kötək yedi it
Dəyirmançımı atdı itmi yedi kötək...

yat yat yat qovun qarpızda yata yata böyüyər...

(Sürətli bi şəkildə oxumağa çalışın)
MARAL - NƏ MARALI - ŞİMAL MARALI - NƏ RƏNGİ - KAHVERENGİ - NƏ QƏHVƏSİ - QIR
QƏHVƏSİ - NƏ ÇÖLÜ -DAĞ ÇÖLÜ - NƏ DAĞI - AĞRI DAĞI - NƏ AĞRISI - BAŞ AĞRISI -
NƏ BAŞI - QUŞ BAŞI - NƏ QUŞU -SÖHBƏT QUŞU - NƏ SÖHBƏTİ - MARAL SÖHBƏTİ

Gül dili bülbül dibi kimi gül dili bülbül dibi kimi

bülbül gülə gül dedi gül gülmədi
getdi bülbül gülə gül bülbülə yar olmadı getdi.

Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballı
qapaqlı bayquşumuza necə allı ballı qapaqlı bayquş demiş...

Siz bizim Azərbaycanlaşdırdıqlarımızdansınızmı,
yoxsa Azərbaycanlaşdırmadıqlarımızdansınızmı?

Ey dibi quru qabığı quru kobud qarağac ,məni gördüncəmi qurudun
ey dibi quru qabığı qara-qara ağac məni görmedinm i qurudun

Çağatayda çarmıxa çaxılan çarın çavuşu, palçıqlı çamçağı çayda
çalxalayarkən, çantasından paltarlarını oğurlatdı...

Haqqı, haqqıya getmiş, Haqqı. haqqıdan haqqını istəmiş, Haqqı,
Haqqının haqqını verməyincə, Haqqı da Haqqının haqqından gəlmiş.

Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara
bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.

Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl.

Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış.Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünüdə kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər.

Görəsən sarımsaqlasa1 dəmi saxlasaq samanı
Sarımsaqlamasaq da mi gəlir zamanı
Sarımsaqlamasaq da gəlirsə zamanı
Niyə sarımsaqlayalım o zaman samanı.

Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.
Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.

Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?

Bir bərbər bir bərbərə "Ey bərbər, gəl qardaş,
biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq." demiş.

Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli?

Dəyirmana girdi it, dəyirmançı
vurdu kötək; həm kötək yeddi it, həm kəpək yeddi it.

Dörd dəryanın dərəsini dörd dərgahın dərbəndinə təhvil versələr,
dörd dəryadan dörd dərd, dörd dərgahdan dörd nəhəng çıxar.

El aləm al dana aldı, aladanalandı da
biz bir ala dana alıb aladanalanamadıq.

Göydən bir damla düşdü, şıp mənim alnıma,
şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına...

İki keçəl kor kirpinin cırıq kürkünü dişi
keçəl kor kirpinin cırıq kürkünə əlavə etmişlər.

İt iti itələdi, bit iti itələdi, it biti itələdi. Bit getdi, it getdi. İtdi, bitdi, getdi.

Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.

Qırx küp, qırxının da qulpu qırıq küp.

Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş.

Bu qatığı sarımsaqlayıb saxlasaqmı, sarımsaqlamasaqdamısaxlasaq.

Oxşar məqalələr

20 şərh

BaKiNeC

Adı vaxt güclə danışıram qalmışdı bu yanıltmacaları tez-tez deyim )) Sonra dilim topuq vursun heç danışa bilməyim :))

Tunzale93
Haqqi ela idi ha)))
Silen_ce
«Aşpaz Abbas aş asmış
Asmışsa da boş asmış»

Bu yanıltmacı dilim dolaşmamış dediyim yadıma gəlmir))
Ferbara
boş yox, az asmış. :))
Silen_ce
sizə deyirəm dilim dolaşır inanmırsız :)))
BaKiNeC
Aşpaz Abbası ən yaxşı Müşfiq deyir Ferda ilə :))
Tunzale93
Raziyam.sonra deyirki,SENE LAZIM IDI BU?))))
BaKiNeC

:)) Hər dəfə ona baxanda gülməkdən dayanmaq olmur )

Tunzale93
hmm.Esas da aglayib o sozu deyende))
BaKiNeC

Telefonda elə indi ona baxıram )) `asmadıkı yort :))

Tunzale93
qoy mende axtarim tapim, baxim.yadima saldiz ee
yravil
Asmişsada az asmiş
rezerv
Elə mən də:) Amma, məndə belədir: Aşbaz Abbas aş asmış, asmışsa da az asmış.
Bu arada, bir az arxivə gəldim.
Ferbara
Mollanı əmmamələməlimi, yoxsa əmmamələməməlimi.
Türkəl
Mollanı öldürməli, qısa-konkret, dil də topuq çalmır :)
Silen_ce
mələməməli :)))))
Ferbara

:)) Bunları oxuyub qırtarınca adamın dilinin petləsi qırılar. :))

tenqo
Ən rahat söylədiyim yanıltmacdır bu molla yanıltmacı :) Amma o aşpaz yanıltmacını heç cür söyləyə bilmirəm, hətta yavaş-yavaş söyləyəndə belə dilim dolaşır :)
rezerv
Elə bir cümlə olsun ki, sağdan sola oxuduqda da eyni cür oxunsun.