Рейтинг
0.00

Yuxu yozmaları

1 üzv, 28 topik

Yuxu ilə bağlı 20 həqiqət

  1. Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.
  2. Korlar da yuxu görürlər.
  3. Hər gecə 4-7 yuxu görürük.
  4. İfrat psixoloji gərginlik kecirənlərdən başqa hamı yuxu görür.
  5. Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.
  6. Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da, istənilən qədər üz görə bilərik.
  7. Hamı rəngli yuxu görə bilməz. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara rəngdə görürlər.
  8. İnsanlar 1915-50-ci illərdə daha şox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu «tendensiya» dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirdirlər.

Davamı →

Yuxularımız bizə nə deyir?

Yuxularımız möcüzəli nağıllar, maraqlı hadisələr, romantika, döyüş və hadisələrdir. İnsan yuxularında bəzən olan hadisələri, yaşadığı stress və şən anları görür. Yuxu yeganə amildir ki, biz qısa bir müddətdə sevə və ayrıla bilərik, hündürlüyə qalxa və ordan anidən yerə enə bilərik, eyni anda ehtiras və qorxu hiss edə bilərik. Uça bilərik və bu da biz insanları həm maraqlandırır, həm təbii olaraq qorxudur. Ən əsası da odur ki, biz özümüz yuxularımızın yaradıcısıyıq. Lakin yuxudan oyandıqdan sonra bu sualı özümüzə veririk adətən. «Bu nə yuxu idi? Görəsən məni nə gözləyir? Bu yuxu mənə nə demək istəyir?


Davamı →

Təbir elminin (yuxu yozmanın) tarixçəsi

İnsanlar ta qədimdən bu günə qədər yuxu mövzusuyla maraqlanmışlar. Bu mövzuda ilk kitab yazan «Yuxular və onların şərhlərinə aid» adlı əsərin müəllifi Arista (e.ə. IV əsr) olmuşdur. Bu gün əlimizdə olan ən qədim yuxu şərhi kitablarından biri Britaniya Muzeyində mövcud olane.ə. 2000-1800-ci illərə aidMisir dövrü kitabıdır. Eramızdan 700 il əvvələ aid, Assur Kralı Assur Banibal zamanından qalma Ninevahda Kralın yuxularından bəhs edilir. Assurlar və misirlilər yuxu şərhi mövzusunda digər millətlərdən dahayüksək səviyyədə idilər.Qədim yunanlar və romalılar da yuxu şərhində misirlilərdən təsirlənərək əsərlər yazmışlar.


Davamı →

Yuxuda iblis görmək

Yuxuda iblis görmək şanssızlıq və uğursuzluq kimi yozulur. Yuxu sahibinin aldanacağına, böhtana uğrayacağına və ya ona göz dəyəcəyinə işarədir. Yuxuda iblis görən insanların arxasında dedi-qodu edən, pis danışan, məkrli planlar quran adamın olmasından xəbər verir.

Davamı →

Yuxuda quzu görmək

Gözəlliklərlə dolu bir həyatdan xəbər verir. Xoşbəxtlik, bolluq və sevinc deməkdir. Yuxu sahibinin tezliklə gözəl bir uşaq xəbəri alacağına işarədir.

Yuxuda quzu aldığını görmək
Yuxu sahibinin yaxşı günlər keçirəcəyinə və bərəkətli bir ömür sürəcəyinə dəlalət edir. Yuxuda quzu aldığını görmək insanın tezliklə yeni övladı olacağını bildirir. Quzu almaq xəyal qurmaq anlamına gəlir.

Davamı →

Yuxuda zəlzələ görmək

Yuxuda zəlzələ görmək böyük xəyal qırıqlıqları və ağrılara işarə edər. İş həyatınızda çətinliklər yaşayacaqsınız deməkdir. Ölkələr arasında döyüş çıxacağı şəklində də şərh olunar.
Yuxuda zəlzələ görmək və ya zəlzələ olacağını hiss etmək işlərdə uğursuzluq və baş verən qarışıqlıq və müharibələrə görə fəlakətə işarədir.

Davamı →

Yuxuda it görmək, yuxuda itdən qaçmaq

Yuxuda it görmək onu nə şəkildə gördüyünüzə bağlı olaraq dəyişir. Məsələn, yuxudakı it istəklərinə və nəfsinə qalib gələ bilməyən bir kişini təmsil etməkə bərabər, bəzən mərhəmətli, əliaçıq birinə də işarə etmiş ola bilər. Eyni zamanda itin cinsi də fərqli yuxu yozmaya səbəb olmaqdadır.
Bu yuxunu görən hər kəs psixoloji narahatlıq keçirə bilər. İtin nə demək istədiyi, həqiqətən pis olub-olmadığı, necə görünəcəyi ilə bağlı sual işarələri qıcıqlandıra bilər. Yuxuların böyük yozumu İmam Nəblusinin sözlərinə görə, it görmək bəzi problemlərə səbəb ola bilər.

Davamı →

Yuxuda qarğa görmək

Uzun illər yaşayan qarğalar dünyanın ən xüsusi canlıları arasındadır. Təbiətdə çox rastlaşdığımız qarğalar bəzən yuxularımıza da girə bilirlər. Yuxuda qarğa görmək nə deməkdir?
Yuxuda qarğa görmək insanın ətrafında olan düşmən və ya rəqib kimi yozulur. Yuxu sahibinin ətrafında onu sevməyən və uğurlarını qısqanan birinin varlığına işarədir.

Davamı →

Yuxuda gəlinlik görmək

Yuxuda gəlinlik görmək ən maraqlı yuxu şərhlərindən biridir. Xüsusilə İslami təfsir baxımından qiymətləndirildikdə, gənc qızların daha çox diqqətini çəkir. Yuxuda gəlinlik görmək nə deməkdir? Bunu öyrənə və həyatınızı buna uyğun istiqamətləndirə bilərsiniz. Yuxuda gəlinlik donu görmək, gəlinlik geyinmək, gəlinlik almaq, ağ gəlinlik paltarı geyinmək, gəlin olduğunu görmək barəsində yozucuların şərhləri...

Davamı →

Yuxuda arı görmək

Yuxuda arı görmək uğur, bolluq və bərəkət deməkdir. Yuxu sahibinin xüsusilə iş həyatında ciddi bir müvəffəqiyyət əldə edərək çoxlu pul qazanacağını göstərir.

Yuxuda arı sürüsü görmək
Əldə olunacaq uğurdan xəbər verir. Yuxu sahibinin iş və ya təhsil həyatında hədəflərinə çatacağına işarədir. Yuxuda arı sürüsü görmək yuxu sahibinin ailəsi ilə məsləhətləşib fikir irəli sürəcəyinə dəlalət edir.

Davamı →