Yuxuda dovşan görməyin yuxuyozması

Yuxuda dovşan görmək işlərin yolunda gedəcəyinə, harama əl uzadılmayacağına, bol qazanca işarədir. Yuxuda dovşan görmək yuxu sahibinin iş və şəxsi həyatında uğurlu olacağını göstərir.

Yuxuda ağ dovşan görmək
Ağıllı və ləyaqətli bir qadının əlamətidir. Bu qadın bir şəkildə yuxu sahibinin həyatına daxil olacaq. Yuxuda ağ dovşan görmək həmçinin təhsil və ya iş həyatında şans anlamına gəlir.
Yuxuda dovşan görməyin yuxuyozması
Yuxuda bala dovşan görmək
Uzun müddətli sevgi həyatına dəlalət edir. Yuxu sahibinin əldə edəcəyi uğur və məşhurluq deməkdir. O, tezliklə şad xəbər alacaq. Bu xəbər xoşbəxtliyə səbəb olacaq.

Yuxuda qara dovşan görmək
Pis və həyasız bir qadına işarədir. Subay şəx belə qadından uzaq durmalıdır. Bu qadın yuxu sahibinin həyat yoldaşı ilə münasibətlərinə xələl gətirə bilər. Yuxuda qara dovşan görmək uğursuzluq əlamətidir. Yuxu sahibinin stresli günlər yaşayacağını göstərir.

Yuxuda qəhvəyi dovşan görmək
Yuxu sahibinin evindən bolluq və bərəkətin əskilməyəcəyi kimi yozulur. Problemləri asanlıqla dəf etmək mənasını verir.

Yuxuda boz dovşan görmək
Yuxu sahibinin böyük bir əmlak itkisi yaşayacağını, itkilərə məruz qalacağını və uğursuzluqla dolu bir dövrə girəcəyini göstərir. Yuxuda boz dovşan görmək yuxu sahibinin pis vəziyyətdən tezliklə çıxacağı anlamına gəlir.

Yuxuda çöl dovşanı görmək
Yuxu sahibinin əlində olanların dəyərini bilməsinə dəlalət edir. Yuxuda çöl dovşanı görmək qazanılacaq mal-mülkdən xəbər verir.

Yuxuda mavi dovşan görmək
Yuxu sahibinin xəyallarına qovuşacağına, istəklərinə nail olacağına işarədir. Yuxuda mavi dovşan görmək şans, xoşbəxtlik və əmin-amanlıq deməkdir.

Yuxuda dovşan kəsmək
Yuxu sahibi evlidirsə, həyat yoldaşı ailə münasibəti korlanacaq. Subaydırsa, ailəsi və ya dostları ilə yaxşı yola getməyəcək. Yuxuda dovşan kəsmək həm də yuxu sahibinin uzun fasilədən sonra yenidən rahatlıq tapacağını ifadə edir.

Yuxuda dovşanla danışmaq
Pis niyyətli qadın əlamətidir. Bu qadın yuxu sahibini aldatmağa çalışacaq. Yuxuda dovşanla danışmaq yuxu sahibinin xəyanata məruz qalacağı anlamına gəlir.
Yuxuda dovşan görməyin yuxuyozması
Yuxuda dovşan ovlamaq
Sıxıntılı günlərdən xəbər verir. Yuxuda dovşan ovlamaq yuxu sahibinin iş həyatında problemlərlə qarşılaşacağı kimi yozulur.

Yuxuda dovşan əti yemək
Yuxu sahibinin xəstələnəcəyinə işarədir. Asan yolla qazanılacaq pul kimi təfsir olunur. Yuxuda dovşan əti yemək yuxu sahibinin iş həyatında daim uğurlu olacağını göstərir.

Yuxuda dovşan öldürmək
Yuxuda dovşan kəsmək və ya fərqli şəkildə öldürmək başına bir iş gələcəyinə dəlalət edir. Yuxuda dovşan öldürmək insanın ətrafında pis niyyətli insanların olduğunu ifadə edir.

Yuxuda dovşan yuvası görmək
Yuxu sahibinin gözəl insanların əhatəsində olacağına işarədir. Yuxuda dovşan yuvası görmək yuxu sahibinin öz uğurları ilə ailəsini qürurulandıracağı kimi yozulur.

Yuxuda dovşan tutmaq
Yuxu sahibinin bəxtinin açılacağını, ürəkli, dürüst, etibarlı bir insanla görüşəcəyini və yaxşı münasibət quracağını göstərir.

Yuxuda dovşan ayağı görmək
Yuxu sahibinin işlərində uğurlu olacağına, bol qazanc əldə edəcəyinə, ailəsi, dostları və qohumlarıyla yaxşı yola gedəcəyinə dəlalət edir.

Yuxuda dovşan balaları görmək
Yuxu sahibinin ehtiyacı olanlara kömək edəcəyi anlamına gəlir. Yuxuda dovşan balaları görmək gözəl xəbərləri əks etdirir.

Yuxuda dovşanın doğduğunu görmək
Yuxu sahibinin problem yaranan şəxslərdən uzaqlaşacağı kimi yozulur. Yuxuda dovşanın doğduğunu görmək əldə ediləcək gəlirdən xəbər verir.
 
 
Mənbə: ilk.az

0 şərh