Yuxuda gəlinlik görmək

Yuxuda gəlinlik görmək ən maraqlı yuxu şərhlərindən biridir. Xüsusilə İslami təfsir baxımından qiymətləndirildikdə, gənc qızların daha çox diqqətini çəkir. Yuxuda gəlinlik görmək nə deməkdir? Bunu öyrənə və həyatınızı buna uyğun istiqamətləndirə bilərsiniz. Yuxuda gəlinlik donu görmək, gəlinlik geyinmək, gəlinlik almaq, ağ gəlinlik paltarı geyinmək, gəlin olduğunu görmək barəsində yozucuların şərhləri...
Yuxuda gəlinlik görməyin yuxuyozması

Yuxuda gəlinlik paltarı geyinmək
Bu yuxu, evliliklə əlaqələndirilir. Yuxuda gəlinlik donu geyinmək xeyirli xəbər eşidəcəyinizə işarədir. Yuxu sahibinin həyatında önəmli qərarlar verəcəyinə, bu qərarların nəticəsində rahatlıq tapacağına dəlalət edir.

Yuxuda başqasının gəlinlik donu geyindiyini görmək
Belə yuxu görən şəxsin ətrafındakı insanlarla münasibətininin yaxşı olacağına, dürüst, etibarlı dostlar tapacağına, xeyirli iş görəcəyinə işarədir.

Yuxuda ailəliykən gəlinlik geyinmək
Ailədə baş verəcək dedi-qodulardan, pis hadisələrdən xəbər verir. Yuxu sahibinin xəstələnəcəyinə, bu xəstəliyin iş və eşq həyatına təsir edəcəyinə işarədir.

Yuxuda gəlinlik donu geyinmək
Yuxuda gəlinlik geyinmək, şərəf, şan və şöhrətin yaxın gələcəkdə həyatınızda olacağı deməkdir. əşhur bir gələcək yaratmaq üçün möhtəşəm bir toy, gözlənilən xəbərlərin və varlığın meydana gələcəyini göstərir.Yuxuda gəlinlik donu geyinmək xeyirə yozulur. Yuxu sahibinin evindən şad xəbərlərin əskik olmayacağı anlamına gəlir. Yuxunu görənin hamı tərəfindən sevilib-hörmət oluanacağına dəlalət edir.

Yuxuda ağ gəlinlik donu görmək
Yuxu sahibinin sevindirici bir xəbər alacağına, qismətinin açıq olduğuna, uzun zamandır istədiyi şeyə qovuşacağına işarədir.

Yuxuda qızının gəlinlik donu geyindiyini görmək
Xoşbəxt yaşam tərzini ifadə edir. Yuxusunda gəlinlik paltarı görən şəxs ömrü boyu xoşbəxt olacaq, lakin platarın vəziyyətinə görə fərqli yozumlar var. Mənfi əlamətlərdən də xəbər verə bilər.

Yuxuda qırmızı gəlinlik paltarı görmək
Yuxuda qırmızı bir gəlinlik görmək, evlilik üçün yaxşı bir təklif gələcəyini göstərir. Evli cütlüklər üçün yuxuda qırmızı bir gəlinlik görmək, ümumiyyətlə dava olduqda bitərəf qalmaları lazım olduğunu göstərir. Döyüşlərdə səssizliyin daha mükəmməl nəticələr verəcəyini göstərir.

Yuxuda ağ-qırmızı gəlinlik donu görmək
Yuxu sahibinin yaşayacağı münasibətdə həm gözəl, həm də problemli tərəflərin olacağından xəbər verir.

Yuxuda başqasının əynində qırmızı gəlinlik donu görmək
Bu, həmin qadının evlənəcəyinə və uşaq sahibi olmasına işarədir.

Yuxuda qırmızı lentli gəlinlik görmək
Qırmızı lentli gəlinlik paltarı yuxu sahibinin istədiyi arzularına catmasına dəlalət edir. Eyni zamanda, murada çatmaq deməkdir.

Yuxuda qırmızı gəlinlik paltarı görməyin psixoloji yozumu
Bu yuxunun psixoloji yozumu yuxu sahibinin fərqli duyğulu-hirsli, arzulu və istəkli insan olması ilə bağlıdır.

Yuxuda qara gəlinlik donu geyinmək
Yuxu sahibinin evlilik həyatında xoşbəxt olacağına, qısa müddətdə xoşbəxt ailəyə sahib olacağına işarədir. Şans, qismət kimi də yozulur.

Yuxuda qara gəlinlik donu geyinən qadın görmək
Yuxuda qara bir gəlinlik görmək bədbəxtlikdən xəbər verir. Qara gəlinlik geyinən subay qızlar, evlilik mərhələsində problemlərin olacağına işarədir. Evli cütlüklərin qara gəlinlik geyinməsi, ər-arvad arasındakı problemlərin başqası tərəfindən yaradılacağını göstərir.

Yuxuda qara gəlinlik paltarı almaq
Yuxu sahibinin əlinə keçəcək mal-mülkə yozulur. Artan qazancı sayəsində xoşbəxt olacağına, ailəsini sevindirəcəyinə işarədir.

Yuxuda qara gəlinlik donu geyindiyini görmək
Yuxu sahibi subaydırsa qısa müddətdə evlənəcək. Belə yuxu könül işləri anlamını verir. Evli qadının belə yuxu görməsi əriylə arasının düzələcəyinə, xoşbəxt olacağına işarədir.

Yuxuda qara gəlinlik donu geyinmək
Yuxunu görəni zərərə uğradacaq birinin mövcudluğundan xəbər verir. Yuxu sahibini pis yola çəkmək istəyən və bunun üçün dua edən adamın olmasına işarədir. Digər tərəfdən, xeyirsiz qismət anlamını verir.

Yuxuda sarı gəlinlik paltarı görmək
Yuxu sahibinin qısa müddətə xəstələnəcəyinə, gənc qızlar üçün evliliyə, xoşbəxtliyə işarədir.

Yuxuda dostunun gəlinlik donu geyindiyini görmək
Yaxşı yuxu kimi dəyərləndirilir. Yuxuda dostunu gəlinlik paltarında görməyin yozumu: yuxu sahibi evlidirsə həyat yoldaşıyla gözəl günlər yaşayacaq.

Yuxuda gəlinlik donu geyinmiş adam görmək
Yuxu sahibinin yaxşı xəbər alacağına işarədir. Onun gözəl gələcək quracağı, bolluq və bərəkət içində yaşayacağı anlamına gəlir.
Həmçinin, ailədaxili hüzurdan xəbər verir.

Yuxuda qabarıq gəlinlik donu görmək
Bolluq və bərəkətlə dolu ömrə işarədir. Yuxu sahibinin rahat həyat sürəcəyinə, maddi sıxıntı çəkməyəcəyinə, hər işinin yaxşı gedəcəyinə dəlalət edir.

Yuxuda gəlinlik donunun cırılması
Yuxu sahibinin arzusunun həyata keçməyəcəyi və ciddi sıxıntı yaşayacağı anlamına gəlir. Maddi zərərdən də xəbər verir.

Yuxuda özünü gəlin görmək
Xoşbəxtliyə, sevincə işarədir. Yuxu sahibinin sıxıntılardan qurtulub rahatlığa qovuşacağı anlamını verir. Gözəl günlərdən xəbər Tezliklə gözəl günlərin gələcəyinə işarədir
Bunun digər yozumu isə fərqlidir. Məkan dəyişikliyi ilə əlaqələndirilir.

Yuxuda özünü gəlinliklə görmək
Xeyir və yaxşı xəbərə işarədir. Yuxu sahibinin bolluq, bərəkət içində yaşayacağına, pis insanların şərindən qorunacağına dəlalət edir.

Yuxuda gəlin görmək
Müjdə kimi yozulur. Yuxu sahibinin gözləmədiyi yerdən yaxşı xəbərlər alacağına işarədir.

Yuxuda özünü gəlin görməyin psixoloji yozumu
Bu, yuxu sahibinin evlənmək istəyi ilə əlaqələndirilir. Həmçinin, yuxu sahibinin həyat yoldaşıyla keçirdiyi gözəl anları ortaya çıxarır.

Yuxuda kişinin gəlinlik donu geyindiyini görmək
Yuxuda kişinin gəlinlik geyinməsi yaxşı yuxu hesab olunmur. Yuxu sahibinin həyat yoldaşı ilə problemlər yaşayacağına işarədir. Digər yozuma görə isə yuxu sahibi haqqında dedi-qodu ediləcək.

Yuxuda subay şəxsin gəlinlik görməsi
Yuxu sahibinin evliliyə yaxınlaşdığına işarədir. Yaxın zamanda ailə quracaq.

Yuxuda çirkli gəlinlik paltarı görmək
Problemlər anlamını verir. Yuxuda çirkli gəlinlik paltarı görən şəxsin ailəsində problem olacaq və o, naəlac qalacaq.

Yuxuda təmiz gəlinlik paltarı görmək
Yaxşı insanla ailə qurmağa işarədir. Yuxuda təmiz gəlinlik donu geyən şəxsin evliliyi qəmsiz-kədərsiz olacaq.

Yuxuda gəlinlik duvağı görmək
Xeyirli, müjdəli xəbərə dəlalət edir. Qısa müddət ərzində yaxşı xəbər alacaq.

Evli qadının yuxuda gəlinlik donu geyindiyini görməsi
Yuxunu görənin yaxşı övladı olacağından xəbər verir. Əgər yuxu sahibi subaydırsa xeyirli qismət tapacağına,bolluq-bərəkət içində yaşayacağına işarədir.
 
 
 
Mənbə: ilk.az

0 şərh