Yuxuda qarğa görmək

Uzun illər yaşayan qarğalar dünyanın ən xüsusi canlıları arasındadır. Təbiətdə çox rastlaşdığımız qarğalar bəzən yuxularımıza da girə bilirlər. Yuxuda qarğa görmək nə deməkdir?
Yuxuda qarğa görmək insanın ətrafında olan düşmən və ya rəqib kimi yozulur. Yuxu sahibinin ətrafında onu sevməyən və uğurlarını qısqanan birinin varlığına işarədir.
Yuxuda qarğa görmək
Yuxuda qarğa sürüsü görmək
Yuxu sahibinin yanında olan, amma boş-boş danışan insanların varlığından xəbər verir. Yuxuda qarğa sürüsü görmək yuxu sahibinin həyatında müxtəlif problemlər yaranacağına, bu səbəbdən narahat olacağına dəlalət edir.

Yuxuda qarğa bəsləmək
Yuxuda qarğa bəsləmək yuxu sahibinin uzun və dinc ömür sürəcəyinə işarədir. Yuxuda qarğa görən insan kasıb olarsa, qısa zamanda varlanar. Əgər bu şəxs zəngin olarsa, harama əl uzatmaqla pis yollara atılacaqdır.

Yuxuda qara qarğa görmək
Yuxu sahibinin həyatında qisasçı və pis niyyətli insanların olacağını və bu insanlardan uzaqlaşmalı olduğunu göstərir. Yuxuda qara qarğa görmək kədərli hadisə, üzücü xəbər, itki əlamətidir.

Yuxuda evdə qarğa görmək
Yuxu sahibinin uzun müddətdən sonra tətilə getməli olduğuna, iş həyatına çətin anlar yaşayacağına işarədir. Yuxuda evdə qarğa görmək yuxu sahibinin ailə üzvləri ilə mübahisə edəcəyindən xəbər verir.

Yuxuda bala qarğa görmək
Yaxşı əlamət sayılır. İnsanın problemli və çətin bir vəziyyətdən qurtulacağı və rahatlanacağı, sevdikləri ilə qovuşacağı mənasını verir. Yuxuda bala qarğa görmək yuxu sahibinin evindən bolluq və bərəkətin əskilməyəcəyinə dəlalət edir.

Yuxuda ölü qarğa görmək
Yuxu sahibinin qürbətə gedəcəyi və burada son nəfəsini verəcəyi anlamına gəlir. Həmçinin, çətinliklərin və problemlərin sona çatması deməkdir.

Yuxuda qarğa hücumu görmək
Yuxu sahibinin uzun səyahətə çıxacağı, ailəsinə yetərincə vaxt ayıra bilməyəcəyi, iş həyatına fasilə verməli olduğu kimi yozulur. Yuxuda qarğa hücumu görmək yuxu sahibinin həyatındakı düşmənləri ifadə edir.

Yuxuda qarğa yuvası görmək
Yuxu sahibinin ailə həyatını əks etdirir. Bu, ailə üzvləri arasında kiçik narazılıqların baş verə biləcəyini və tərəflərin bir-birlərini qiymətləndirmədən bu vəziyyətə son qoya biləcəklərini göstərir.

Yuxuda qarğanın ayaqlarını görmək
Yuxuda qarğa ayağı görmək qəfildən səfərə çıxmağa qərar verəcəyinizə işarədir. Yuxu sahibi fərqli sərgüzəştlər yaşamaq istəyə bilər.

Yuxuda qarğa dişləməsi
Yuxu sahibinin təhsilində və ya iş həyatında müxtəlif çətinliklərlə qarşılaşacağı anlamına gəlir. Yuxuda qarğa dişləməsi düşmənlərin və pis insanların varlığına dəlalət edir.

Yuxuda qarğa qovmaq
Yuxu sahibinin ailəsi ilə problem yaşayacağı, bu vəziyyəti düzəltmək üçün ailə böyüklərinin araya girəcəyi kimi təfsir olunur. Yuxuda qarğa qovmaq yuxu sahibinin iş həyatında çox çalışıb yorulacağını ifadə edir.

Yuxuda qarğa öldürmək
Haram qazancı, mal-mülkü əks etdirir. Yuxu sahibinin əmlakını, pulunu itirərək çətin vəziyyətə düşəcəyini göstərir. Yuxuda qarğa öldürmək yuxu sahibinin böyük günah edəcəyindən xəbər verir.

Yuxuda qarğayla danışmaq
Yaxşı əlamətdir. Yuxu sahibinin sıxıntı və dərdlərinin bitəcəyi, böyük nailiyyətlər qazanacağı anlamına gəlir. Yuxuda qarğayla danışmaq yuxu sahibinin daim rəbbinə şükür edəcəyini göstərir.
 
 
Mənbə: ilk.az
 

0 şərh