Gənc Bloqçular Şəbəkəsi layihəsinə start verildi

Sentyabr ayından etibarən “Gənc Bloqçular Şəbəkəsi” fəaliyyətə başlamışdır. Bu layihə çərçivəsində 5 ay müddətində regionlarda seminarlar, təlimlər və digər müxtəlif tədbirlər keçiriləcəkdir. Gənc Bloqçular Şəbəkəsinin məqsədi Azərbaycan regionlarındakı aktiv gəncləri sosial bloqçuluğa cəlb edərək öz fəaliyyətlərində, ictimai həyatda, sosial məsələlərin işıqlandırılmasında İnternet, Yeni Media vasitələrindən daha geniş və effektiv istifadəyə cəlb etməkdir.

Oktyabr ayında keçiriləcək seminarların siyahısı ilə tanış ola bilərsiz.

Seminarlar:

Sumqayıt – 2 oktyabr (Sumqayıt İT Akademiyası)

Şəki – 7 oktyabr (Uluçay Sosial-İqtisadi İnnovasiya Mərkəzi)

Zaqatala – 8 oktyabr (IREX resurs mərkəzi)

Mingəçevir – 9 oktyabr (IREX resurs mərkəzi)

Gəncə — 10 oktyabr (Gələcəyə Körpü İB)

Sumqayıt – 13 oktyabr (Sumqayıt İT Akademiyası)

Seminarların mühazirəçiləri BarKamp Azərbaycanın mütəxəssisləridir. İştirak etmək istəyənlər [email protected] ünvanına məktub yaza bilərlər.

 

 

0 şərh