Şəki və Gəncə şəhərlərində Bloq təlimləri

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi çərçivəsində regionlarda bloqlar haqqında təlimlər keçiriləcəkdir. Təlimlərdə aktiv İnternet istifadəçiləri, bloqçuluqla məşğul olmaq istəyən gənclər, tələbələr, QHT nümayəndələri iştirak edə bilər. Təlimə nəzəri məlumatlarla yanaşı praktik məşğələlər də daxildir.

Təlimlər üç günlükdür və hər üç günündə iştirak etmək vacibdir.

Təlimlər:

Şəki şəhəri, Uluçay Sosial-İqtisadi İnnovasiya Mərkəzi

22 oktyabr ,14:00-18:00

23-24 oktyabr, 10.00-17:00

Online ərizə: http://url.az/bloqshaki

Son tarix: 20 oktyabr, saat 23:00

Gəncə şəhəri, Gələcəyə Körpü Gənclər İctimai Birliyi

29 oktyabr ,14:00-18:00

30-31 oktyabr, 10.00-17:00

Online ərizə: http://url.az/bloqgence

Son tarix: 26 oktyabr, saat 23:00

Suallarınızı [email protected] ünvanına göndərə bilərlərsiniz.

Qeyd edək ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi USAID və Counterpart International təşkilatlarının dəstəyi ilə həyata keçirilir.

0 şərh