Qoç bürcü

Siseron və Yuli Sezar dövründə yaz gecə-gündüz bərabərliyi nöqtəsi bu bürcdə idi (indi BALIQLAR işarəsindədir).
Qədim dövrdə QOÇ işarəsinə pərəstiş edilirdi. Yeni Misir səltənətinin baş allahı Amon-Ra qoç başı kimi təsvir edilirdi. Onun tacında iki hündür lələk və ortada Günəş diski var idi. Qurbanlıq quzu ayini icra olunurdu. Bu ağ və məsum məxluq insanların rifahı naminə, onların günahlarını yumaq üçün qurban gedirdi. Qorxaqlıq, utancaqlıq, mülayimlik, passivlik, səbir, bəzən isə təşəbbüssüzlük, tərslik-quzu bax bu keyfiyyətlərlə səciyyələndirilirdi. Törəyib artma qabiliyyəti də QOÇ obrazı ilə əlaqələndirilirdi.
Qədim misirlilərdə qoyunlar və qoçlar həm də əmtəə mübadiləsi vahidləri idi. Misirin bir çox məbədlərində müqəddəs qoçlar saxlanılırdı. Belə heyvanlar öldükdə balzamlayıb təntənə ilə dəfn edirdilər. QOÇ bürcü şimal yarımkürəsindədir. O, astronomiya baxımından bir o qədər diqqəti cəlb etmir. QOÇ bürcündə müşahidə edilən obyektlər yoxdur. II ölçülü alfa ulduzu Tamal (ərəbcə «yaşlı qoç») adlanır. Qədim insanlar bütün Zodiak bürclərini dörd mühitə bölürdülər; od, hava, su və torpaq. QOÇ işarəsi od mühitinə həsr olunmuşdur. Astroloqlar belə hesab edirdilər ki, QOÇ bürcünün hamisi Mars planetidir. QOÇ işarəsi altında dünyaya gələn adamlarda qeyri-adi həyat qüvvəsi və çeviklik, cəldlik olur. Belə bir rəy vardı ki, «QOÇ» - insanlar nikbindirlər, öz şərəflərini qoruyandırlar. Qədimdə xəbərdarlıq edirdilər ki, onlar bəzən də şöhrətpərəst, kobud və tərs olurlar. Qədim ulduz falları təsdiq edirdi ki. bu adamlar müasir dövrlə yaşayır, ətrafda baş verən hadisələrə münasibətlərini tez bildirməyi bacarırlar. Onlara həkim,sərkərdə peşəsini seçmək tövsiyə olunurdu, hesab edilirdi ki, ən uğurlu nikahlar QOÇUN ŞİR və DOLÇA ilə nikahlarıdır. Bu bürcün altında dünyaya gələn adamlara qırmızı rəng, çiçəklərdən isə bənövşə xüsusilə yaraşırdı.

 

loading...

1 şərh

Arzt
Mən bürclə ele də çox maraqlanmıram.Amma burda özümə aid nələrsə tapdım.Teşekkür.