Xərçəng bürcü

Misir mifologiyasında bu bürc analığın, əbədi qadın incəliyinin və müdrikliyin təcəssümü sayılan İsida ilahəsi ilə əlaqələndirildi. Qədim misirlilər münbitlik, su və külək ilahəsi, ailənin və dənizçiliyin müdafiəçisi İsidaya sitayiş edirdilər. XƏRÇƏNG bürcü Ayın himayəsində olan yeganə bürcdür. Babillilər XƏRÇƏNGİN Ay ilə birləşməsinə müəmma kimi baxırdılar, buna görə də XƏRÇƏNG, işarəsi altında dünyaya gəlmiş adamları axirət dünyasının qüvvələri ilə bağlı hesab edirdilər.

Lap qədim zamanlardan XƏRÇƏNG insanın şüurunda Yerlə su arasında bir növ vasitəçi kimi təsəvvürə gətirilirdi. Belə hesab edilirdi ki, məhz buna görə XƏRÇƏNG iki mühitdə yaşayır. Vaxtilə bütün Yaponiya arxipelaqında, indi isə Xokkaydo adasında yaşayan aynlar şirin suda və dənizdə yaşayan «Xərçəng-yengəclərə» həsr edilmiş xüsusi bayramı indi də qeyd edirlər. Qədim Tibet risalələrində «iki qısqaclı xeyirxah ruh» haqqında sözlərə tez-tez təsadüf edilir. Nepalın bəzi dağ monastırlarında indi də hücrənin qapısından gil xərçənglər asılır və qoca rahiblər onlara səcdə edirlər. XƏRÇƏNG ən kiçik Zodiak bürcüdür. Səmada təqribən 500 kvadrat dərəcəlik sahəni tutur. Adi gözlə görünən 60 ulduzdan ibarətdir. Parlaq ulduzları yoxdur. XƏRÇƏNGİN alfası Akubens isti ulduzdur, buna görə də ağ-mavidir. XƏRÇƏNGİN deltası diqqəti cəlb edir. Həmin ulduz Günəşin səmadakı illik yolunun üstündədir. Buna görə də həm Günəş, həm də Ay öz diskləri ilə onun üstünü örtə bilərlər. XƏRÇƏNG bürcündə müşahidə üçün ən maraqlı obyekt Yasli (Axur) adlanan səpilmiş ulduz toplusudur. Bu topluda 320 ulduz vardır. Onların işığı Yerə 520 ilə gəlib çatır. Topluya isti, daha nəhəng ulduzlar. Habelə Günəşə bənzəyən müəyyən qədər ulduz daxildir.

Belə hesab edilirdi ki, XƏRÇƏNGLƏR xeyirxah, cazibəlidirlər, zəngin təxəyyül, qeyri-adi yaddaş və intuisiyaya malikdirlər. Ayın təsiri altında intuisiya daha da güclənmişdir. XƏRÇƏNGLƏR ev ocağının qoruyucularıdır. Onlar, xüsusən qadınlar ailəcanlıdırlar. XƏRÇƏNG emosionaldır, tez qızışandır, ovqatı tez-tez dəyişir, tərifi xoşlayır. Belə hesab edilirdi ki, bu işarə altında dünyaya gələn adamlar gözəl balıqçılar, pedaqoqlar, "tarixçilər və mahir aşpazlardir. Münəccimlər XƏRÇƏNGƏ mirvari və ya ay daşı ilə işlənmiş gümüş bəzək şeyləri taxmağı məsləhət görürdülər. Belə hesab edilirdi ki, XƏRÇƏNGƏ yaşil və sari rənglər, bitkilərdən isə yabani bitkilər daha çox yaraşır. Nikahda onun üçün ən uğurlu ittifaq ƏQRƏB və BALIQLAR ilə olan ittifaqdır. BUĞA ilə ittifaq uğursuzdur.

Həmçinin bax: Xərçəng bürcü haqqında məlumat

loading...

0 şərh