Balıqlar bürcü

Baharın gəlişi Günəşin BALIQLAR bürcünə daxil olması ilə əlamətdardır. BALIQLAR bürcü hələ Qədim Şərqdə məlum idi. Əfsanələrdən birində deyilirdi ki, gözəllik ilahəsi Afrodita və onun oğlu Erot öldürülməmək üçün çaya atılmış və dönüb balıq olmuşlar.
Qədim yunan astronomları göydə iki xəyali balıq görürdülər. Bunlar şimalda Erot, cənubda Afrodita idi.
Yaxın Şərq məbədlərində lap qədim vaxtlardan BALIQLAR üçün hovuzlar düzəldirdilər. Babillilər isə balıqda yalnız qüvvət və müdriklik deyil, həm də adamlara şəfa vermək qabiliyyəti görürdülər. Balıq fiqurlarından şəfaverici sehrlərdə istifadə olunurdu.
BALIQLAR bürcü səmada 900 kvadrat dərəcəlik sahəni tutur. Həmin bürcdə adi gözlə görünən 75 ulduz vardır. Lakin parlaq ulduzlar yoxdur. Hətta bürcün əsas ulduzu sayılan alfa dördüncü ölçülü ulduzdur. Alfa ulduzunun dövrəsində Peqas «Kvadratını» cənubdan və şərqdən əhatə edən zəif ulduzlar silsiləsi yerləşir.
Alfa ulduzu ərəbcə «əl-Riştə» («kəndir») adlanır. Əl-Riştə BALIQLAR bürcünün yeganə maraqlı müşahidə obyektidir. Səthinin temperaturu 10 min dərəcə olan bu mavi isti ulduzu durbinlə görmək mümkündür.
İndi yaz gecə-gündüz bərabərliyi nöqtəsi BALIQLAR bürcündədir. Günəş bu bürcdən martın 21-də keçir. 2000 il əvvəl həmin nöqtə Qoç bürcündə idi. BALIQLAR bürcü demək olar bütünlüklə səmanın şimal yarımkürəsindədir.
Astroloqlar belə hesab edirdilər ki, BALIQLAR işarəsi altında dünyaya gələn adamlar Neptun planetinin himayəsi altındandılar. Onların fikrincə, Neptun planeti bu adamlarda incə intuisiya, kövrəklik, vicdanlılıq kimi keyfiyyətlər yaradır. BALIQLAR emosional, alicənab, eyni zamanda qətiyyətsiz və zəif iradəli sayılırdılar.
Qədim Babildə astroloqlar onlara aktyor, şair, dənizçi peşələrini seçməyi məsləhət görürdülər. Qədim insanlar ay daşini, çiçəklərdən isə novruzçiçəyini balıqlar işarəsi ilə eyniləşdirirdilər. əqrəb və xərçəng işarələri altında doğulanlarla nikah bağlamağı tövsiyə edirdilər.

4 şərh

Mikola-Mikola
mende balig burcuyem amm burda deylenlerin boyuk bir qismi menimle ziddiyet tewkil edir
Old_Baku_

İstəyirəm ki,bürclər haqqında hamı həqiqəti öyrənsin.


“Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!. (Allahın qüdrətini həmişə) yada salmaq və (ne’mətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!” (Furqan 61-62) And olsun bürclər dolu olan göyə; Bürüc 01.
Allahın göydə yaratdığı bürclər islama görə böyük ulduzlardır. İnsanın həyatında onların heçbir rolu yoxdur.
“Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür’ətlə tə’qib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!. Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (Əraf 54-55)
Bürclər, ulduzlar, ay, günəş və s. səma cisimləri insanların.təbiətin taleyində, qədərinin dəyişməsində heç bir rola malik deyil. Bu barədə rəvayət edilən hədidə belə deyilir: “Rasulullah (s.a.v)bir dəfə yağışdan sonra dedi: Allahın (c.c) qullarından bəzisi səhərə mömün, bəzisi də kafir olaraq çıxdı. Kim Allahın lütf və rəhməti ilə yağışa qovuşduq dedisə mənə inanmiş, ulduza inanmamışdır. Kim də filan ulduzun doğması və ya batmasıyla yağış yağdı dedisə o da mənə inanmamiş, ulduza inanmişdır.” (Buxari, Müslim).
Hz Əli xaricilərlə döyüşə gedəndə bir münəccim çıxıb: “Ey mömünlərin əmiri, Getmə! Ay əqrəb bürcündədir. Ay əqrəb bürcündə olanda getsəniz məğlub olarsınız.” Hz Əli belə cavab verdi: Mən Allaha güvənib dayandığım üçün və səni yalanlamaq görə gedirəm”. Hz Əli müharibəyə getdi və qələbə qazandı.
“Kim bir arrafın (falçı, kahin) yanına gedib, onun söylədiklərini təsdiq edərsə, Muhammədə (s) nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz.” (Təbərani)

Cavid

çox sağ Old Baku, Allah razı olsun, sənin sayende bilmədiklərimizi öyrəndik və bildiklərimizi də bir daha xatırladıq,

Old_Baku_
təşəkkürlər.Borcumuzdur.