Рейтинг
+8.22

Bürclər

26 üzv, 27 topik

Oxatan bürcünün xarakteri

Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabr ayının 23-dən başlayaraq dekabrın 21-nə qədər (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur.

Oxatan bürcü ulduzlar sisteminin təqribən 867 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 115 ulduz daxildir. Qalaktikamızın nüvəsi də məhz Oxatan bürcündədir. Onun 10 kürəvi və səpilmiş ulduz toplusu, habelə üç parlaq və iri Diffuz dumanlığı var. Onları hətta kiçik teleskopla və ya güclü durbinlə də müşahidə etmək mümkündür.
Davamı →

Tərəzi bürcünün xarakteri

Tərəzi bürcü Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Payızın gəlməsiylə bərqərar olan bu bürc iki fəslin ab-havasını özündə cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də payızın soyuq təbiəti məhz «Tərəzi»lərin qismətinə düşüb. Elə bu səbəbdən də qədim misirlilər bu bürcü «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlayan» adlandırırdılar. Babil münəccimləri isə belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələnlər qətiyyətsiz və dəyişkən adamlardır. Bir-birini inkar edən bu məlumatlar «Tərəzi»lərin konkret xarakterini təyin etməkdə çətinlik yaradır. Amma hər halda bəhs etdiyimiz qrupa aid olan insanlar haqqında bizim də özəl baxışlarımız var…
Haqqında yazdığımız bürcün gəlişi təbiətdə olduğu kimi ictimai-siyasi hadisələrin axarında, elm və texnika sahəsində, eləcə də insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq Tərəzi bürcünün əhatə etdiyi dövr məmləkətimiz üçün nisbətən düşərli olur.
Davamı →

Balıqlar bürcü

Baharın gəlişi Günəşin BALIQLAR bürcünə daxil olması ilə əlamətdardır. BALIQLAR bürcü hələ Qədim Şərqdə məlum idi. Əfsanələrdən birində deyilirdi ki, gözəllik ilahəsi Afrodita və onun oğlu Erot öldürülməmək üçün çaya atılmış və dönüb balıq olmuşlar.
Qədim yunan astronomları göydə iki xəyali balıq görürdülər. Bunlar şimalda Erot, cənubda Afrodita idi.
Yaxın Şərq məbədlərində lap qədim vaxtlardan BALIQLAR üçün hovuzlar düzəldirdilər. Babillilər isə balıqda yalnız qüvvət və müdriklik deyil, həm də adamlara şəfa vermək qabiliyyəti görürdülər. Balıq fiqurlarından şəfaverici sehrlərdə istifadə olunurdu.


Ardı →

Əqrəb bürcü

Antik xalqların təsəvvüründə ƏQRƏB mifik və müəmmalı bir böcək idi. Adamların fikrincə, ƏQRƏBDƏ təcavüzkarlıq, məkrlilik, qəfilcillik kimi keyfiyyətlər vardır. Qızıldan, gümüşdən, misdən düzəldilmiş əqrəb fiqurları Finikiya kahinlərinin vacib rəmzi idi. Oktyabrın axırlarında kahinlər onun şərəfinə qurban verirdilər.
Rəvayətə görə Makedoniyalı İsgəndər Orta Şərq yürüşlərindən birində səhrada quru saksaul ağacları arasında sürünən bir əqrəb görübmüş. Böyük sərkərdənin qoşunu yolu azmış, suyu qurtarmışdı. İsgəndər demişdi: «Əqrəbin nişan verdiyi istiqamətdə gedək». Bir neçə saatdan sonra ordu yaşıl vahəyə çıxmış, «Şərqin fatehi» öz xilaskarının şərəfinə orada məbəd tikməyi əmr etmişdi.


Ardı →

Oğlaq bürcünün xarakteri

Oğlaq bürcü öz qeyri-adiliyi ilə fərqlənir. Belə ki, «Oxatan» dövründə nisbi sakitlik və münasibətlərdə mülayimlik bərqərar olursa, Oğlaq bürcünün Göy qübbəsinə hakimlik etdiyi ərəfədə yenidən «alovlar püskürür». Bununsa bir neçə incə səbəbi var. Əvvəla ona görə ki, bu «soyuq» Zodiak insanlarda ilk növbədə səbrsizlik, müsahiblərlə razılaşmamaq, ailə zəminində qanqaraldıcı hadisələr vəd edir. Üstəlik, bu bürc mövcud olduğu dövrdə siyasi çəkişmələr, cəmiyyətdə gedən proseslərdə gərginlik, o cümlədən, sosial partlayışlar da baş verir. Bu səbəbdən də sözügedən «təhlükəli» bürcün əhatəsində ehtiyatlılığı maksimal həddə çatdırmaq lazımdır.
Davamı →

Qız bürcünün xarakteri

Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Bu zodiak işarəsi Göy qübbəsində 1290 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 95 ulduz daxildir. Hətta səmada ən parlaq obyektlərdən hesab olunan Spisk ulduzu da məhz Qız bürcündədir. Hərarəti təxminən 20 min dərəcə olan bu ulduzun kütləsi Günəşinkindən 15 dəfə çox, işıqlılığı isə 740 dəfə güclüdür.
Qız bürcünə himayədarlıq edən Merkuri astronomik hesabla birinci planet sayılır. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədim dövrlərdə Merkurini ölmüş insanların ruhu, yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə soyuqluqdur.
Davamı →

Tərəzi bürcü

200 min il bundan əvvəl payız gecə-gündüz bərabərliyi nöqtəsi TƏRƏZİ bürcündə idi. O zaman TƏRƏZİ bürcü misirlilər üçün «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlaşdıran» işarə idi.
TƏRƏZİ Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Qədim Misirdə astronomlar TƏRƏZİ bürcündə Nil sularının hündürlüyünü ölçən cihazın bir parçasını tərəzi qolu şəklində təsvir edirdilər. Bədirlənmiş Ay TƏRƏZİ bürcündə olanda misirlilər məhsulu tərəzidə çəkirdilər. Şərqin bir çox miflərində tərəzi ilahi ədalət mühakiməsinin rəmzi sayılırdı. Əhd-ətiq və xristian təsəvvürlərinə görə məlaikə Mikayıl ölənlərin ruhunu tərəzidə çəkir. TƏRƏZİ bürcü Hindistanda da məlum idi. Burada TƏRƏZİ bürcünü Misir mərasiminə bənzəyən və mərhumun mənəvi ləyaqətini müəyyən edən bir mərasimlə əlaqələndirirdilər. Qədim hindlilər tərəzinin bir gözünə müttəhimi qoyur, o biri gözünə torpaq tökürdülər.


Ardı →

Sutökən bürcü

Ulduzlar sistemində 11-ci yeri tutan Sutökən bürcü təxminən yanvarın 21-dən fevralın 19-na qədər olan dövrü əhatə edir. Ünsürü hava, planeti Saturn və Uran, düşərli günü çərşənbə və şənbə, düşərsiz günü bazar, uğurlu rəngi göy-yaşıl, bənövşəyi və boz, uğursuz rəngi qara, uğurlu daşı sirkon, parıldayan sapfir, ametist və opal, metalı qalay, enerji verən çiçəyi yasəmən və nərgiz, uğurlu rəqəmi 2, 4, 8 və 9, müxalif bürcü Şir, şanslı ölkələri isə Rusiya, İtaliya, Danimarka və Kanadadır.
Sutökən bürcü ictimai həyatda, eləcə də insanların taleyində mühüm rol oynayır. Klassik Şərq astrologiyasında bu bürc altında doğulan adamları yüksək qiymətləndirir, onları mələk xislətli adlandırırdılar. Qədim Babilistanda isə bu Zodiakın hakim olduğu dövrü müqəddəs ərəfə hesab edir, onun gəlişinə dualar oxuyurdular.
Elmi kəşflərə, xeyir işlərlə əlaqədar danışıqların aparılmasına, uzunmüddətli haqsızlığa son qoyulmasına zəmin yaradan Sutökən dövrü Xeyirlə Şərin bir araya gəlməsinə mane olur, onların arasında kəskin sədd yaradır.
Davamı →

Buğa bürcünün xarakteri

Qədim Babil münəccimləri Buğa bürcü altında dünyaya gələnləri varlı və öz mənafeyini hər şeydən üstün tutan adamlar adlandırırdılar. Əgər bundan əvvəl yola saldığımız Qoç bürcü cəmiyyətdə və siyasi həyatda gərginlik yaradırdısa, Buğa bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr nisbətən sabit keçir. Münəccimlərin qənaətlərinə görə, Buğa bürcünün əhatə etdiyi məqamlarda hava mülayim və sakit keçir. Bu isə haqqında yazdığımız Zodiak işarəsinin təmkinliliyi ilə əlaqədardır. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.
Davamı →

Şir bürcü

Yayın oğlan çağı Günəş ŞİR bürcünə daxil olur. Misirlilər onu BÖYÜK ŞİR adlandırırdılar. Bu zaman bərk istilər düşür. Nil çayı daşmağa başlayırdı. Güman edilirdi ki, ŞİRLƏR ilahi qüvvə ilə əlaqədədirlər. Antik dövrün mədəni ənənəsinə görə padşaha, qəhrəmana ŞİR deyilirdi. Dişi ŞİR obrazı isə analığın simvolu, eyni zamanda şəhvətin, ehtirasın təcəssümü idi. Buddizmdə şir cəsurluğun, nəcibliyin, bütövlüyün təcəssümü kimi təsəvvür olunur. Buddizmə görə, şir insanlara uğur və səadət gətirir.


Ardı →