Рейтинг
+8.22

Bürclər

26 üzv, 27 topik

Xərçəng bürcünün xarakteri

Hələ qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə «Xərçəng»in hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür. Bədirlənən Ay zamanında isə qadınların daha zəif və əsəbi olduqları bildirilirdi. Bu səbəbdən də Xərçəng bürcündə daha çox zərif məxluqları qoruyurdular.
Məqalənin girişində qeyd etdiyim kimi, bu Zodiak işarəsinin gəlişi iqlimin daha da istiləşməsinə təsadüf edir.
Davamı →

Əkizlər bürcünün xarakteri

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.
Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak işarələrindən yüksəkdə durur.
Davamı →

Buğa bürcünün xarakteri

Qədim Babil münəccimləri Buğa bürcü altında dünyaya gələnləri varlı və öz mənafeyini hər şeydən üstün tutan adamlar adlandırırdılar. Əgər bundan əvvəl yola saldığımız Qoç bürcü cəmiyyətdə və siyasi həyatda gərginlik yaradırdısa, Buğa bürcünün Göy qübbəsinə hakim kəsildiyi dövr nisbətən sabit keçir. Münəccimlərin qənaətlərinə görə, Buğa bürcünün əhatə etdiyi məqamlarda hava mülayim və sakit keçir. Bu isə haqqında yazdığımız Zodiak işarəsinin təmkinliliyi ilə əlaqədardır. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.
Davamı →

Qoç bürcünün xarakteri

Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü martın 21-dən aprelin 20-nə qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Gü-nəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvamarin və ametistdir.

Bu Zodiak işarəsi astronomik baxımdan o qədər də diqqəti cəlb etmir. Belə ki, səmanın Şimal yarımkürəsində yerləşən Qoç bürcündə müşahidə edi-lən obyektlər yoxdur. Zodiakı əhatə edən 12 bürc arasında yeganə qəmli duruş da məhz Qoçlara aiddir. Sözügedən işarənin daşıyıcıları həyatın həl-ledici məqamlarında təklənir, kədərli hadisələrə yuvarlanırlar: ağrı-acılar, it-kilər, uğursuzluqlar və s.
Davamı →

Tərəzi bürcünün xarakteri

Tərəzi bürcü Zodiakın cansız əşyaya həsr edilmiş yeganə işarəsidir. Payızın gəlməsiylə bərqərar olan bu bürc iki fəslin ab-havasını özündə cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də payızın soyuq təbiəti məhz «Tərəzi»lərin qismətinə düşüb. Elə bu səbəbdən də qədim misirlilər bu bürcü «gündüzü gecə ilə, əməyi istirahətlə tarazlayan» adlandırırdılar. Babil münəccimləri isə belə hesab edirdilər ki, bu işarə altında dünyaya gələnlər qətiyyətsiz və dəyişkən adamlardır. Bir-birini inkar edən bu məlumatlar «Tərəzi»lərin konkret xarakterini təyin etməkdə çətinlik yaradır. Amma hər halda bəhs etdiyimiz qrupa aid olan insanlar haqqında bizim də özəl baxışlarımız var…
Haqqında yazdığımız bürcün gəlişi təbiətdə olduğu kimi ictimai-siyasi hadisələrin axarında, elm və texnika sahəsində, eləcə də insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq Tərəzi bürcünün əhatə etdiyi dövr məmləkətimiz üçün nisbətən düşərli olur.
Davamı →

Balıqlar bürcü

Baharın gəlişi Günəşin BALIQLAR bürcünə daxil olması ilə əlamətdardır. BALIQLAR bürcü hələ Qədim Şərqdə məlum idi. Əfsanələrdən birində deyilirdi ki, gözəllik ilahəsi Afrodita və onun oğlu Erot öldürülməmək üçün çaya atılmış və dönüb balıq olmuşlar.
Qədim yunan astronomları göydə iki xəyali balıq görürdülər. Bunlar şimalda Erot, cənubda Afrodita idi.
Yaxın Şərq məbədlərində lap qədim vaxtlardan BALIQLAR üçün hovuzlar düzəldirdilər. Babillilər isə balıqda yalnız qüvvət və müdriklik deyil, həm də adamlara şəfa vermək qabiliyyəti görürdülər. Balıq fiqurlarından şəfaverici sehrlərdə istifadə olunurdu.


Ardı →

Dolça bürcü

Bu bürc saysız-hesabsız əfsanələrlə, ulduzlara aid əsatirlərlə bağlıdır. Qədim xəritələrdə və atlaslarda DOLÇA bürcü əlində içərisindən şırıltı ilə su axan kuzə tutmuş adam şəklində təsvir edilirdi. Görünür, bu rəmz ilin fəslinin konkret əlamətlərini əks etdirirdi: Günəş bu bürcə bahar yağışları başlandığı, dağlarda qar əridiyi vaxt, daşqın mövsümündə daxil olurdu. DOLÇANIN rəmzi sayılan su qədim xalqların təsəvvüründə hər şeyin həm əvvəli, həm də axırı idi. Təsadüfi deyildir ki, bir sıra miflərdə DOLÇA bürcünü ümumdünya tufanı haqqında rəvayətlə bağlayırdılar.
Davamı →

Oğlaq bürcü

Göy qübbəsində təqribən 400 kvadrat dərəcəlik sahəni tutur. Tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. İti ucu ilə planetin Cənub qütbünə istiqamətləndirilmiş üçbucaq şəkilli deltaplanı xatırladır. Üçbucağın sağ bucağı qoşa alfa ulduzudur. Bu ulduz Giyedi və ya Algedi adlanır. (Ərəbcə «əl-Cədi» sözündəndir, «alın» deməkdir). Ondan cənubda Dabix («keçi başı») beta ulduzu yerləşir. Qədim ərəblər bu ulduzlara «Səd-əl-Cabiq» («qəssabın sevinci») devirdilər. Solda görünən zəif ulduzu bəziləri süfrəyə qoyulmuş quzuya bənzədirdilər. Üçbucağın sol bucağındakı ulduz Deneb Algiyedi («keçi quyruğu») betta ulduzudur. Zodiakın bütün işarələri öz mənşəyini müxtəlif xalqların miflərindən götürmüşdür. Ulduzlardan bəhs edən miflər əsasında müxtəlif rəmzlərlə işarə olunan səma cisimlərinin hərəkət mənzərəsi yaradılmışdır. Qədim zamanlarda qış Günəşduruşu nöqtəsi Oğlaq bürcündə idi.


Ardı →

Oxatan bürcü

Misir astroloqları OXATAN bürcündə ikibaşlı (bir başı insan, o biri başı şir), qanadlı, ox-kamanlı kentavr görürdülər. Şumer-akkad mifologiyasının rəvayətlərində OXATAN səadət və firavanlıq gətirən bürc sayılır. Kentavrların ən məşhuru Xiron idi. Başqalarından fərqli olaraq o, müdrik, adil və xeyirxah idi. Xiron incəsənət, musiqi, ov və təbabət bilicisidir. Digər yunan mifinə əsasən OXATAN işarəsi kentavr Krotosa məxsus idi. O, insana xas olan bütün qüsurları və hədsiz vəhşiliyi ilə fərqlənirdi.
Davamı →

Əqrəb bürcü

Antik xalqların təsəvvüründə ƏQRƏB mifik və müəmmalı bir böcək idi. Adamların fikrincə, ƏQRƏBDƏ təcavüzkarlıq, məkrlilik, qəfilcillik kimi keyfiyyətlər vardır. Qızıldan, gümüşdən, misdən düzəldilmiş əqrəb fiqurları Finikiya kahinlərinin vacib rəmzi idi. Oktyabrın axırlarında kahinlər onun şərəfinə qurban verirdilər.
Rəvayətə görə Makedoniyalı İsgəndər Orta Şərq yürüşlərindən birində səhrada quru saksaul ağacları arasında sürünən bir əqrəb görübmüş. Böyük sərkərdənin qoşunu yolu azmış, suyu qurtarmışdı. İsgəndər demişdi: «Əqrəbin nişan verdiyi istiqamətdə gedək». Bir neçə saatdan sonra ordu yaşıl vahəyə çıxmış, «Şərqin fatehi» öz xilaskarının şərəfinə orada məbəd tikməyi əmr etmişdi.


Ardı →