Şir bürcünün xarakteri
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
2024-cü ildə hər bürclə bağlı fərdi proqnozlar, həm şəxsi, həm də peşəkar inkişaf üçün yeni imkanlar vəd edir. Səyahət, mədəniyyət və maliyyə cəhətdən mümkün olan dəyişikliklər bürclərin yaşam tərzinə və qərarlarına təsir edəcək. Sevgi və münasibətlər baxımından da, bu il bir çox bürclər üçün mühüm irəliləyişlər və yeni başlanğıclar gözlənilir.
Heç fəaliyyət göstərdiyiniz peşənin sizə uyğun olub olmadığını düşünmüsünüzmü ?
Bəs bürcünüzün hansı peşəylə uyğunlaşdığından xəbəriniz varmı ?
Bürclər peşədə seçimində təsirli rol oynayır. Astroloqların araşdırmalarına əsasən bürclər aşağıdakı peşələrdə daha uğurlu olur.
Baharın gəlişi Günəşin BALIQLAR bürcünə daxil olması ilə əlamətdardır. BALIQLAR bürcü hələ Qədim Şərqdə məlum idi. Əfsanələrdən birində deyilirdi ki, gözəllik ilahəsi Afrodita və onun oğlu Erot öldürülməmək üçün çaya atılmış və dönüb balıq olmuşlar.
Qədim yunan astronomları göydə iki xəyali balıq görürdülər. Bunlar şimalda Erot, cənubda Afrodita idi.
Yaxın Şərq məbədlərində lap qədim vaxtlardan BALIQLAR üçün hovuzlar düzəldirdilər. Babillilər isə balıqda yalnız qüvvət və müdriklik deyil, həm də adamlara şəfa vermək qabiliyyəti görürdülər. Balıq fiqurlarından şəfaverici sehrlərdə istifadə olunurdu.
Göy qübbəsində təqribən 400 kvadrat dərəcəlik sahəni tutur. Tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. İti ucu ilə planetin Cənub qütbünə istiqamətləndirilmiş üçbucaq şəkilli deltaplanı xatırladır. Üçbucağın sağ bucağı qoşa alfa ulduzudur. Bu ulduz Giyedi və ya Algedi adlanır. (Ərəbcə «əl-Cədi» sözündəndir, «alın» deməkdir). Ondan cənubda Dabix («keçi başı») beta ulduzu yerləşir. Qədim ərəblər bu ulduzlara «Səd-əl-Cabiq» («qəssabın sevinci») devirdilər. Solda görünən zəif ulduzu bəziləri süfrəyə qoyulmuş quzuya bənzədirdilər. Üçbucağın sol bucağındakı ulduz Deneb Algiyedi («keçi quyruğu») betta ulduzudur. Zodiakın bütün işarələri öz mənşəyini müxtəlif xalqların miflərindən götürmüşdür. Ulduzlardan bəhs edən miflər əsasında müxtəlif rəmzlərlə işarə olunan səma cisimlərinin hərəkət mənzərəsi yaradılmışdır. Qədim zamanlarda qış Günəşduruşu nöqtəsi Oğlaq bürcündə idi.
Antik xalqların təsəvvüründə ƏQRƏB mifik və müəmmalı bir böcək idi. Adamların fikrincə, ƏQRƏBDƏ təcavüzkarlıq, məkrlilik, qəfilcillik kimi keyfiyyətlər vardır. Qızıldan, gümüşdən, misdən düzəldilmiş əqrəb fiqurları Finikiya kahinlərinin vacib rəmzi idi. Oktyabrın axırlarında kahinlər onun şərəfinə qurban verirdilər.
Rəvayətə görə Makedoniyalı İsgəndər Orta Şərq yürüşlərindən birində səhrada quru saksaul ağacları arasında sürünən bir əqrəb görübmüş. Böyük sərkərdənin qoşunu yolu azmış, suyu qurtarmışdı. İsgəndər demişdi: «Əqrəbin nişan verdiyi istiqamətdə gedək». Bir neçə saatdan sonra ordu yaşıl vahəyə çıxmış, «Şərqin fatehi» öz xilaskarının şərəfinə orada məbəd tikməyi əmr etmişdi.