Uğurlu nəticə istəyirsən? Gözləntilərini azaltmalısan..

İstənilən  sahədə  fəaliyyətin  gedişatından  asılı  olmayaraq  hər  kəsdə  məqsəd eynidir-işin sonu uğurla  bitsin, nəticə ürəkaçan olsun. İlk  öncə uğur əldə etdiyimizi  dərk etmək üçün  uğurlarımızı  qiymətləndirməyi  bacarmalıyıq. Uğuru qiymətləndirmək üçün isə  ilk öncə uğursuzluğu tanımaq lazımdır. Necəki, Türk ədəbiyyatının ən böyük adlarından sayılan Yunus Əmrədən   bir stat var  “Heç vaxt məğlub olmayan insan  heç vaxt heç nəyə cəhd  etməyən  insandır”.  
Nəticəni daha obyektiv qiymətləndirmək, uğursuz nəticə ilə qarşılaşmaqdan qorxmamaq, uğurlu nəticəni  daha yüksək qiymətləndirməyə zəmin yaradır.Gözlənti ilə nəticənin üst-üstə düşməsi uğurun qiymətləndirilməsini  şərtləndirir.  Mərhələli şəkildə desək, hər işin başlanğıcında  ilkin düşüncələr, fikirlər, ideyalar yaranır.  Həmin düşüncələr “ölçüb-biçilərək”, formalaşdırılaraq məqsəd şəklində qarşıya qoyulur.
Bu məqsədə doğru irəliləmək üçün motivasiyanın  mövcudluğu mühüm şərtlərdəndir. Belə ki, məqsədə doğru irəliləməyimiz  daxilimizdə istək olduğu müddətcə  daha sürətli olur. Əldə edilən nəticəni  uğurlu sayıb, qiymətləndirməmiz isə öncədən  istəyimizin reallıqla uzlaşması sayəsində mümkündür. Doğrudur, arzulamaq gözlədir, həyata rəng qata bilər, amma arzular hədəf mövqeyinə gətirilən zaman reallığa uyğun olmalıdır. Bir insan nə qədər ki, hər  axşam şam yeməyini kosmosda yeməyi qarşısına məqsəd qoysa və bu istəyin reallaşmadığının şahidi olsa, getdikcə ruh düşkünlüyü yaranacaq, arzulamağa həvəsi qalmayacaq və zamanla özünü dünyanın ən bədbəxt insanı hesab edəcək ki,  bu da artıq depressiyanın başlanmasına şərait yaradır.

Məhs  bu səbəbdəndir ki, insan arzularını öz imkanlarına uyğun  qurmalı, həyat tərzi ilə uzlaşan  hədəflər seçməli, reallıqla mütənasib olan  təsəvvürlərinin ardıyca getməlidir. “Xoşbətx insan”, “şanslı adam” adlandırılan  fenomenləri  bir növ  canlandırmaq üçün əsas öz davranışlarımıza nəzarəti gücləndirməliyik. Bu barədə tanınmış amerikalı mütəxəssis Deyl  Karnegi “Dostları necə qazanmalı və insanlara necə təsir etməli” əsərinin “Ailə həyatınızı xoşbəxt etmək üçün yeddi qayda” bölməsində belə demişdir.
1.Heç bir halda bəhanə axtarmayın.
2.Öz partnyorunuzun başqa cür olmasına çalışmayın.
3. Tənqid etməyin.
4. Səmimi qəlbdən minnətdar olun.
5. Azacıq diqqət göstərin.
6. Nəzakətli olun
7. Nigahın qarşılıqlı münasibətlər tərəfindən  bəhs edən yaxşı bir kitab oxuyun.

Bu qaydalar əsasən ailə həyatında xoşbəxtliyi bərpa etmək üçün səmərəli sayılsa da, bəzi qeydlərin gündəlik şəxslərarası münasibətlərdə də tətbiqi effektiv nəticəyə gətirib çıxarır. Frustrasiya vəziyyətinin yaranmasına səbəb olan amillər sırasında  “sərhəd tanımayan” xəyallar, ucsuz-bucaqsız arzulama həvəsi, filmlərdə nümayiş etdirilən lakin, reallıqla əlaqəsi olmayan personajların həyat tərzləri, davranışları, poetikanın “şişirtmə” obrazları, mübaliğə mənşəli düşüncələr və baxış bucaqları geniş yer alır. Demək hədəflər nə qədər reallığa uyğun qoyulsa, nəticə bir o qədər ürəkaçan olar və onu uğurlu qiymətləndirməmizə səbəb olar.

Müəllif: Psixoloq Zümrüd Səfərova, BDU  SEP fakultəsi tələbəsi

0 şərh