Uşaqlarımız nədən qorxur?

Dünyaya gəldiyi andan etibarən  insanlarda təhlükələrlə  rastlaşma qorxusu var. Bu əslində normaldır. İstənilən mühitdə insanın özünə nəzarətini itirməməsi, ona gələ biləcək zərəri dəf etmək qabiliyyətinə malik olması bəyənilən keyfiyyətlər sırasındadır.  Böyüklər kimi uşaqlar da  bu təhlükələrdən qorunma istəyinə sahibdir. Bu istək sayəsində müdafiə mexanizmləri formalaşır.  Psixoloq Zümrüd Səfərovanın sözlərinə görə  mövcud olan yaxud mövcud olmayan  təhlükələrin qarşısında  müdafiəsiz qalaraq  məğlub olacağını düşünmə səbəbindən  uşaqlarda qorxu yaranır. Uşaqlarda ən çox rast gəlinən qorxular siyahısına  bunlar daxildir:

  1. Ani səslərə qarşı qorxu
  2. Tanımadığı insanlara qarşı qorxu
  3. Su qorxusu
  4. Qaranlıq qorxusu
  5. Ata-ananı itirmə qorxusu
  6. Yaşıdları tərəfindən rəddedilmə qorxusu
  7. Ailəyə yeni uşağın gəlməsiylə diqqətdən kənar qalma qorxusu
  8. Məktəb qorxusu
  9. Kütlədən qorxma

Uşaqlarda yaş dövrlərinə uyğun olaraq qorxunun predmeti də dəyişir.

0-2 yaşlarda uşaqlar daha çox böyük obyektlər, yüksəs səs, ata-anadan ayrılmaqdan qorxurlarsa, 3-4 yaşlarındakı uşaqlarda əsasən qaranlıq qorxusu daha çox müşahidə olunur. 6 yaşlı uşaqlarda isə abstrakt anlayışlar, canavar, naməlum obyekt, əcaib canlılar əsas qorxu mənbəyi olur ki, bu da qarabasmalara səbəb olur. Z. Səfərovanın sözlərinə görə uşaqlarda qorxunun formalaşmasının qarşısını almaqda  valideynlərin üzərinə düşən məsuliyyətlər də az deyil. Onlar ətrafdakı əşyaları, canlıları uşaqlara izah edərkən daha diqqətli olmalıdırlar. Məsələn, it adamı dişləyir, parçalayır,  yırtıcıdır, ona yaxın getmə” əvəzinə “  it əslində vəfalı heyvandır, o qorumaq və müdafiə etməkdə insana ən yaxın dostdur” sözlərini işlədə bilərlər. Həmçinin bildirir ki, uşağı uzun müddət qorxduğu vəziyyətlərlə baş-başa qoymaq məsləhətli deyil. Bu psixoloji durumu daha da kəskinləşdirə bilər. Yaxşı olardı ki, uşaqlarla empati qurasız. Onun “dərdinə şərik” olduğunuzu hiss etdirin. “Bundan qorxursan? Burda qorxulu nə var ki?” əvəzinə “ Bundan qorxduğunu anlayıram, mən də sənin yaşında olanda bundan qorxmuşdum, sonralar əslində heç də qorxulu olmadığını ötrəndim” deyə bilərsiniz. Daha sonra uşaqda güvən duyğusu yaradın. Qorxduğu predmetin müsbət tərəflərini izah edin. Ən əsası, uşaqdakı mövcud qorxunu bəsləməyin, böyütməyin.  Məsələn, uşaq tək yatmaqdan qorxursa, onu öz yanınızda yatırmaq əvəzinə, siz onun otağına gedin, yuxuya gedənə qədər yanında olun, kitab oxuyun, nağıl danışın və sair.  Önəmli məsələlərdən biri də bu qorxulara ciddi yanaşın, vaxtında üzərinə düşüb mütəxəssislərə müraciət edin. Bu  uşağın şəxsiyyətində defisitlərn ortaya çıxmasının qarşısıını almış olacaq.

 

 

Müəllif:Psixoloq

Zümrüd Səfərova BDU SEP fakultəsi tələbəsi

 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub