Kanadaya dadlı səyahət

Kanada Şimali Amerika qitəsində yerləşən, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəd ölkədir. Bildiyimiz kimi, ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir.

Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 

1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular.

18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. 

Kanada mətbəxi
Kanada mətbəxi də tarixi və təbiəti kimi maraqlı ölkədir. Qədim və zəngin mətbəxə malik ölkənin hər addımbaşında kafe-restoranlara rast gəlinir. Burada yerli yeməklərlə yanaşı, italyan, fransız, çin, yapon və s. mətbəxləri də yer alıb.  

Ölkə mətbəxində təbii ətdən hazırlanmış qidalara, xüsusilə də ət və balıq steyklərinə, bifştekslərə, langetlərə üstünlük verilir. Ölkənin ən məşhur yeməklərindən biri «File broşşet»dir ki, bu, file kababına bənzəyir, soğan, sarmısaq, göbələk kimi ərzaqlar ona xüsusi dad verir.

Qəlyanaltı kimi isə ən çox paştet, pendir, hisdə qurudulmuş siyənək və dəniz məhsulları təqdim edilir.

Kanadalıların ən çox sevdiyi duru yemək balqabaq şorbasıdır.  Eləcə də, cənub-şərqi Asiyadan və İtaliyadan gəlmiş makaron məmulatları və müxtəlif əriştələrdən hazırlanmış şorbalar bu xalqın sevimli yeməkləri sırasındadır.

Onların qüruru — ağcaqayın siropudur. Bu siropla hər cür fəsəliləri, bulkaları, piroqları və keksləri yemək olar.


Kanadalıların sevimli içkisi — pivədir. Onun da «Labatt» və «Molson» növləri xüsusilə geniş yayılıb. Lakin yüksək keyfiyyətli şərabların və spirtli içkilərin çoxu xaricdən gətirilir.

0 şərh