Sudan

Sudan sözü- ərəbcədən tərcümədə Bilyad ES-Sudan- qaralar ölkəsi mənasını verir. Sudan tarixi etnoqrafik vilpayəti Şərqi və Qərbi Sudan rayonlarına bölünür. Şərqi Sudan Nil çayı hövzəsində geniş bir ərazidə yerləşir. Qədim Misirlilər bu torpaqları Nubiya və yaxud Kuş ölkəsi adlandırırdılar. Ümumiyyətlə Şərqi Sudan xalqlarının tarixini Misir və Həbəşistan xalqlarının tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Hələ eradan əvvəl IV-III minilliklərdə Misir fironları Nubiyaya qarşı tez-tez qarətçi yürüşlər edirdilər. Bu qarətçi yürüşlər zamanı çoxlu qul, qızıl, qiymətli fil sümüyü əldə edirdilər. Həmçinin bu yürüşlər hesabına Misir öz cənub sərhədlərini genişləndirirdi. Təsadüfi deyil ki, burada tədricən Misir mədəniyyəti, dil, yazı, memarlıq yayılmyşdır. Şimali Afrikanın etnik tarixində ərəb işğallarının rolu olmuşdur. Ərəb mənşəli etnosların şimal-şərqi Afrikaya ilkin gəlişi eradan əvvəl I minilliyə aid olsa da bizim eranın I minilliyində bu proses güclənmişdir. Ərəblər Misiri ələ keçirdikdən sonra XIII-XVI əsrlərdə Nubiyada da möhkəmlənmişdilər. XIX əsrin əvvəllərindən başlayaraq Şərqi Sudana türk-Misir müdaxiləsi genişlənmişdir. XIX əsrin sonlarında Sudanda İngiltərənin hökmranlığı təsdiq olunmuşdur. Bundan sonra İngiltərə müstəqil Sudan Respublikası yaranana qədər Sudanı təkbaşına idarə etmişdir. 1956-cı ildə müstəqil Sudan Respublikası yaranmışdır.

Sudan inzibati cəhətdən 18 əyalətə ayrılır. Əhalisi 40,1 milyon nəfərdir. 70% sünnü müsəlmanlardır. Sudan çoxmillətli ölkələr sırasına daxildir. Sudan ərəbləri ümumi əhalinin təxminən 50%-ni təşkil edir. Qədim dövrlərdə Sudanda Semit və kuş dillərində danışan etnoslar məskunlaşmışdılar. Təkcə cənubi Sudanda 500-ə qədər etnos yaşayır. Ərəblər 48%, zənci irqli tayfalar: dinqa, nuer, şilluk 30%, nuba 6%, beca 6%. Ayrı-ayrı Sudan dillərinin hansı dil qrupuna aid olması məsələsi də qəti surətdə ayırd edilməmişdir. Burada yaşayan əhalinin dilləri əsasən Afrasiya dil ailəsinə -13,360 min nəfər, Nil-Saxar- 8,775 min nəfər, Niger-Kardofan-1,190 min nəfər aid edilir. Şərqi Sudanda bəzi xalqlar –nilotlar, bakkarlar və s. hələ ibtidai icma quruluşunun qalıqlarını qoruyub saxlamışlar. Ölkənin cənub rayonlarında yaşayan nilotlar 3 qrupa bölünürlər: dinka, nuyer, şilluk. Onlar maldar tayfalar idilər. Keçi, qoyun, zebu da saxlayırdılar.  
Sudanın dövlət dili ərəb dilidir. Ərəb dillərində danışanların sayı 18 milyondan çoxdur. İslam dininin sünnü məzhəbinə qulluq edənlərin ümumi əhalinin 7%-ni təşkil edir. Ənənəvi yerli dini etiqadlar ümumi əhalinin 4-də bir hissəsi arasında yayılmışdır. Dinki, şilluk, azande, bari, banda və s. yerli dini inamlara qulluq edirlər. Xristianlıq Sudanda geniş yayılmamışdır. Onların ümumi sayı 2000-ci ilin statistik məlumatlarına əsasən 800 nəfərdən çox deyil.

Qərbi Sudanın da etnik tərkibi olduqca mürəkkəbdir. Burada çoxlu dil ailələri və dil qruplırına aid etnoslar yaşayır. Bu etnosların bir-birilə qohumluq münasibətləri o qədər də aydın deyidir. Bu bölgənin ən böyük xalqlarına misal olaraq hausa 22,4 mln., fulbe 17 mln., yoruba 19,6 mln., ibo 16 mln., eve 3 mln, mandinqo 3,5 mln, akan 6,7 mln, mosi 5,4 mln və b. göstərmək olar. Qərbi Sudanın qədim tarixi barədə hələlik ciddi tədqiqatlar aparılmamışdır. Arxeoloji qazıntılar Qərbi Sudanın qədim əhalisinin əkinçiliklə məşğul olduğunu təsdiqləyir. Afrikanın imperialistlər tərəfindən bölüşdürülməsinə qədər Qərbi Sudanın bir çox xalqları yüksək mədəniyyət yaratmışdılar. Qərbi Sudanın ərazisi əlverişli təbii coğrafi şəraitdə yerləşdiyindən kənd təsərrüfatının inkişaf etməsi üçün münasib şərait var idi. Sudanın orta əsrlər tarixi barədə yazılı mənbələr çox deyil. Verilən məlumatlar da yalnız ərəb müəlliflərinin verdiyi məlumatlardan ibarətdir. Bölgənin ən böyük xalqlarına misal olaraq hausa, fuble, yoruba, ibo, eve, mandinqo, akan, mosi və b. göstərmək olar. Hazırda fublelər iri mal-qara, zebu, dəvə və at saxlayırlar. Hauslar gözəl əkinçi olduqları kimi gözəl toxucudurlar. Onların rəngarəngparçalardan hazırladıqlarıgeyim növləri bu günə qədər nəinki ölkədə, habelə qonşu xalqlar arasında da həvəsləistifadə olunur. Burada yaşayan fuareqlər bir neçə əsr əvvəl Məğrib ölkələrindən köçüb gəlmişdilər. Bu müddət ərzində onlar öz dillərinivə bir çox adətlərini qoruyub saxlayırlar Başqa bərbər qruplarına nisbətən tuareqlər islam dininin təsirinə az məruz qalmışdır. Belə ki, tuareqlərdə poliqamiya yoxdur. Sudanın paytaxtı Xartum şəhəri Ağ Nil və Mavi Nil çaylarının qovuşduğu yerlərdə yerləşir. Xartum sözü Xortum sözündəndir. İxracat əsasən pambıq, küncüt, günəbaxan yağı, yerfındığı, ət məhsulları.
Afrikanın imperialist bölüşdürülməsinə qədər Sudanın bir çox xalqları yüksək mədəniyyət yaratmışdılar. Sudanın ərazisi əlverişli təbii coğrafi şəraitdə yerləşdiyindən burada kənd təsərrüfatı inkişaf etmişdir. Sudanın dövlət dili ərəb dilidir. Əhalinin bir hissəsində ənənəvi yerli etiqadlar qalmaqdadır. Burada yaşayan dinka, şilluk, azande, vari, banda və s.-ləri yeril dini inamlara etiqad edənlərdəndir. 2000-ci ilin məlumatına əsasən onların sayı 800-dən çox deyil. Burada yaşayan əhalinin dilləri əsasən Afrasiya dil ailəsinə -14 minə yaxın, Nil-Saxara dil ailəsinə – 9 minə yaxın, Niger-Kordofan – 2 minə yaxın aid edilirlər.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

 

0 şərh