Yəmən ərəbləri

Yəmən ərəbcədən – Sağ, yəni Məkkədən sağa deməkdir. Paytaxtı Sənə şəhəri 1990-cı ildən Yəmən Respublikasının paytaxtıdır.
Yəmən Ərəb Respublikası Ərəbistan yarımadasının cənub-qərbində yerləşir. Yəmən Ön Asiya mədəniyyətinin ən qədim mərkəzlərindən biri sayılır. Eramızdan əvvəl II minillikdə Ərəbistanın cənub-qərbində bir sıra Ərəb quldar dövlətləri meydana çıxdı. Uzun müddət ərzində Misirlilər farslar, həbəşlər Yəməni öz nəzarətləri altına keçirmək və orada möhkəmlənmək istəmişlər. Bütün bunlar yerli əhalinin etnik tərkibində öz əksini tapmışdır. E.ə. V əsrdə yuxarıda adları çəkilən knyazlıqlar vahid bir quldar Yəmən dövlətində birləşdilər. Bu dövrdə Yəmən çiçəklənmə dövrünü keçirirdi. VI əsrin əvvəllərində Yəməni Həbəşistan, həmin əsrin 70-ci illərində isə iran ələ keçirdi. VII əsrdə Yəmən ərəb xilafətinin bir hissəsinə çevrildi. Yəmən ərəbləri müsəlmanların işğalçı yürüşlərində fəal iştirak etdilər. Onların çox hissəsi Suriyada, İrakda, şimali Afrika ölkələrində ilişib qaldılar. 1538-ci ildə Yəmən Osmanlı imperiyasının tərkibinə qatıldı. Osmanlı imperiyasının süqutundan sonra Yəmən  1918-ci lidə İmam Yəhyanın başçılığı ilə müstəqil Krallığa çevrildi. Yəmən əhalisi1962-ci ildə Yəməndə monarxiya rejimi devrildi və Respublika quruluşu yarandı. Yəmənin cənub hissəsi olan Ədən isə 1937-ci ildə İngilis müstəmləkəsi elan olundu. 1967-ci ildə Ədəndə başlayan mili azadlıq hərəkatı ingilis müstəmləkə rejiminə son qoydu və orada Cənubi Yəmən Xalq Respublikası yaradıldı. 1970-ci ildən sonra YXDR adını daşımağa başladı. XX əsrin 90-cı illərindən başlayaraq bir çox xalqlarda olduğu kimi ərəblərdə də etnik birləşmə prosesi gücləndi. Beləliklə 1992-ci lidə Yəmən Ərəb Respublikası ilə YXDR vahid bir dövlətə – Birləşmiş Ərəb Respublikasında birləşdi.

Yəmən ərəbləri ölkənin 99 %-ni təşkil edir. Əhalinin sayı 20,7mln. nəfərdir. Yəmən ərəbləri müsəlman sünnüdürlər- 63 %. Yəmənlərin ictimai həyatında Məhəmməd Peyğəmbərin nəslindən olan seyidlərin böyük rolu var. Dövlət dili ərəb dilidir. Bəzi vilayətlərdə əhali şərqi Afrika ölkələrindən köçüb gələn əhali ilə qarışdığından burada zənci irqi xüsusiyyətləri mühahidə olunur. Yəmən aqrar ölkədir. Burada dənli bitkilər bağçılıq, tərəvəzçilik, texniki bitkilər inkişaf etmişdir. Məhşur Yəmən  qəhvəsi ölkə ixracatında mühüm yer tutur. Avropa ölkələrində Yəmən qəhvəsinin ən yaxşı növü Mokko adı ilə tanınır. Maldarlığın da ölkə iqtisadiyyatında böyük rolu var. Ənənəvi Yəmən ərəblərinin geyimi bədənlərinə başdan ayağa sarınan ağ parçadan ibarət geyimdir. Üstdən köynək və qolsuz gödəkcə geyirlər. Başlarına ağ yaylıq bağlayırlar. Ölkə ixracatı neft, pambıq, paltar, balıq, düyü, qəhvə ilə bağlıdır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Oxşar məqalələr

0 şərh