Рейтинг
+37.29

Ölkələr

53 üzv, 73 topik

Gözəl Norveç

Norveç bir çox təbii möcüzələrin vətəni hesab olunur. Belə ki, bura başgicəlləndirici şəhərlərə, möcüzə tarixə və xoşbəxt əhaliyə malik bir ölkədir.

Norveçin tərifə layiq olmasının 25 səbəbi:
1. Norveç Yer kürəsinin ən xoşbəxt yerlərindən biri hesab olunur.

2. Ən təhlükəsiz yerlərdən biridir.
Norveçin cinayət və həbslər üzrə statistikası olduqca aşağıdır. Bir müdrik hüquq tələbəsi demişdir: “Xoşbəxt insanlar ərlərinə atəş açmazlar”

3. Burada “allemannsrett” adlandırılan qanun vardır.
“Allemannsrett” sözü “all men’s right” ifadəsindən götürülmüşdür. Bu ictimai hüquq hesab olunur və insanların becərilməmiş torpaqlar arasında “azad veyillənməsi”nə imkan verir. Bu o deməkdir ki, insanlar ucqar ərazilərdə(utmark) çadır qura və yürüyüş edə bilərlər.
Ardı →

Girişi sərbəst olan 5 ən məhşur Avropa muzeyi

Avropa muzeylərinin  böyük əksəriyyəti ziyarətçilər üçün müəyyən tariflər tətbiq edir. Amma xaricə səfər zamanı pullarına qənaət etmək və dünya mədəniyyətinə bələd olmaq istəyənlər üçün girişi sərbəst olan muzeylər də var. Bu tipli muzeylərdən beş ən məşhurunu sizə təqdim edirik.  

Parisdəki Müasir İncəsənət Muzeyi

Eksponatları az olsa da, burada XX əsr müasir incəsənətinin bütün istiqamətlərini təmsil edən 9000 əsər saxlanılır. Bu bina 1920-cu ildə inşa edilib.  Xatırladaq ki, 2010-cu ildə Pikasso, Matiss, Brak, Modilyani və Lejenin ümumi dəyəri 95 milyon avro olan beş tablosu oğurlandı və bu hadisə “əsrin qarəti” adını aldı. Bu oğurluğun üstü açılmadı. 


Ardı →

Qəribəliklərlə zəngin Sinqapur

Sinqapurda 3 milyon insan yaşayır. Onların əksəriyyəti itaətkar çinlilərdir. Sinqapurun rəhbəri Li Kuan Yu 1959-cu ildən 1990-cı ilə qədər burada faktiki olaraq qeyri-məhdud hakimiyyətə sahib idi. Bu da ona burada kompüter-dövlət yaratmağa imkan verirdi.

Sinqapur üç zonadan – turistik, iqtisadi və şəhər kənarı hissədən ibarətdir. Hər zona 5 kilometr enə sahib qüsursuz ot örtüyü ilə ayrılır.

Burada ictimai asayişin, qaydaların pozulmasına ağır cərimələr nəzərdə tutulur:

— Yerə tüpürməyə görə – 500 dollar.
— İctimai yerlərdə siqaret çəkməyə görə – 500 dollar.
— Yerə zibil atmağa görə – 500 dollar.
— Dibçəkdəki gülləri sulayarkən onların nəlbəkilərinə suyun yığılmasına səbəb olmaq – 500 dollar (su ağcaqanadları cəlb edir).
Ardı →

Dünyanın məşhur ölkələri haqda maraqlı faktlar

Norveç – çox bahalı ölkədir. Yerli supermarketlərdə 200 yevro ilə  mühüm bir şey almaq mümkün deyil. Burda xidmətlər (tikinti, taksi) hədsiz bahadır. Benzinin 1 litri 2 dollardır. Avtonəqliyyat vergiləri də kifayət qədər yüksəkdir. Buna baxmayaraq, Norveç neft məhsulları ixracına görə Avropada ikinci yeri tutur. Neft hasilatı ilə məşğul olan “Statoil” və “Shell” kimi nəhəng şirkətlər Norveç mənşəlidirlər. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli internet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir. Digər avropalılarla müqayisədə norveçliləri mini-oliqarx hesab etmək olar. Norveçdə orta əməkhaqqı 5-7 min yevrodur. Ona görə də norveçlilər üçün yerli qiymətlər normal olsa da gəlmələr üçün uyğun deyil.


Ardı →

Ölkələrin simvolu sayılan məşhur tikililər haqqında

Hansısa ölkəyə səfər etmək istəyərkən ağla ilk gələnlərdən biri bu olur? Bu ölkədə gəzməli-görməli, maraqlı, tarixi yer haradı? Bəzən bir abidə, saray, qüllə, saat, ümumiyyətlə hansısa bir tikili o ölkənin simvolu sayılır. Ölkələrin simvolu sayılan məşhur tikililər haqqında maraqlı məlumatlar burda

Bosniya və Herseqovina — Mostar Körpüsü
 
Mostar Körpüsü, Bosniya və Herseqovina Respublikasının Mostar şəhərindən keçən Neretva çayı üzərində yerləşir. Memar Sinanın şagirdi memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilib. Neretva çayından 24 m yüksəklikdə, 30 m uzunluğunda, 4 m enində olan Mostar Körpüsü, o dövr üçün inkişaf etmiş texnologiya ilə tikilib.
Davamı →

Səhralıqdan yaranan şəhər

Tarixin nadir şəkillərindən biri. 11 Aprel 1909-cu il. Təxminən 100 nəfər lotoreyada iştirak edib püşk atır. Aldıqları 12 hektarlıq qum ərazini bərabər şəkildə bölüşdürmək üçün. Bu ərazi sonradan Təl-Əviv şəhəri, İsrail adlandırıldı.


Ardı →

Dünyanın ən zəngin 10 müsəlman ölkəsi

Ölkə iqtisadiyyatı son 80 il ərzində neft və qaz sənayesi sayəsində daha da inkişaf edib. Ancaq ölkə iqtisadiyyatının neftən asılı halda olması heç də yaxşı hal deyil, buna Hollandiyada baş vermiş «Dutch Disease» Hollan sindiromunu göstərmək olar. Dünyanın 10 ən zəngin müsəlman ölkələri siyahısında olan dövlətlərin çoxunun esas gəlirlərini neftdən gələn gəlirləri təşkil edir. Bundan başqa ölkədə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) yüksək olması həmin ölkənin dünya bazarının mühüm iştirakçısı olması deməkdir.

Qətər

Fars körfəzi ölkələri 1,7 milyon əhali ilə dünyanın ən zəngin ölkələri reytinqinə başçılıq edir. Qətərdə 2011-ci ildə adambaşına düşən orta ÜDM-in həcmi 88 min 919 dollar olub. Burada fəal inkişafın əsas mənbəyi təbii qaz, neft və neft məhsulları istehsalı və ixracatının durmadan artmasıdır.

Bildirək ki, futbol üzrə 2022-ci ilin dünya çempionatının keçiriləcəyi Qətər, həmçinin 2020-ci ilin Olimpiya oyunlarının ev sahibliyinə namizədliyini irəli sürüb.


Ardı →

Kəşmir

Kəşmir insanı valeh edən təbii gözəlliklərə malikdir. Burada hara getsən, özünü gül-çiçəyin içində hiss edəcəksən.Bu, Kəşmirin iqlimindən və təbiətindən irəli gəlir. Kəşmirdə turistləri cəlb edən yerlərdən biri Dal gölüdür. Bu göl üzən nəfis ev-gəmiləri ilə məşhurdur. Ev — gəmilərdə turistlərin istirahəti və 5-6 saat ərzində özünü gölün qoynunda azad hiss etməsi, mənən və ruhən dincəlməsi üçün bütün şərait yaradılıb. Dünyanın heç yerində turistlər özlərini Dal gölündə üzən ev-gəmilərdəki kimi rahat hiss edə bilmirlər.

Dünyanın ən gözəl, insanda qeyri-adi, heyrətamiz təəssüratlar doğuran yerlərindən biridir Kəşmir. Hələ orta əsrlərdə Kəşmirə səyahətə gələn insanlar onun gözəlliyi qarşısında baş əyərək, oradan heç cür ayrılmaq istəmirdilər. Təsadüfi deyil ki, XVII əsrdə Kəşmir vadisini ziyarət edən Böyük Türk -Moğol imperatoru Cahangir buranın gözəlliyi qarşısında heyrətə düşərək: “Yer üzünün cənnəti Kəşmirdir”,-demişdi.

Dağlar qoynunda yerləşən Kəşmirdə turistlərin gəzməsinə, əylənməsinə, özlərini təbiət qoynunda mənən və ruhən azad hiss etmələrinə imkan verən çoxlu sayda məkanlar var. Kəşmir, Sriniqar, Moğol bağları, Gülmarq, Pahalkam, Cammu, Ladax və digər yerlər ilin bütün fəsillərində turistlərə gəl-gəl deyir.


Ardı →

Finlandiya

Finlandiya şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Finlandiyanın bayragıÖlkənin paytaxtı Helsinki, həmçinin Tampere, Turku, Oulu Kuopio və Porvoo turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdir. Bu ölkəyə turistlər ən çox yayda gəlirlər. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır. Finlandiyada turistlərin ən sevimli yerlərindən biri də Qütb dairəsi yaxınlığında yerləşən Aavasaks dağıdır. Laplandiyada qış turizmi geniş yayılıb. Ona görə də qısa qış tətillərində Avropanın hər yerindən on minlərlə turist Finlandiyaya axışır.

Ardı →

Çexiya

Cexiya bayragıAvropanın ən qədim, gəzməli, görməli, dincəlməli ölkələrindən biridir Çexiya. Çexiyanın rəngarəng və insanda xoş ovqat doğuran gözəl məkanlarını sevməmək mümkün deyil. Ona görə də yayda Avropanın və dünyanın hər yerindən bura yüz minlərlə turist axışır. Ölkə tarixən 2 vilayətdən — Bohemiya və Moraviyadan ibarətdir. Çexiya şimalda Polşa, qərb və şimal-qərbdə Almaniya, cənubda Avstriya, şərqdə isə Slovakiya ilə həmsərhəddir. Ölkənin adı qədim çex qəbiləsinin adından götürülmüşdür. Çexiya Respublikasının əhalisinin sayı 10 509 377 nəfərdir.
Ölkənin paytaxtı 1 212 097 nəfər əhalisi olan Praqa şəhəridir.
Əhalisinin 94.2 faizi çexlərdən ibarətdir. Bundan əlavə Çexiyada slovaklar (1.9%) və almanlar (0.4%), həmçinin polşalılar da yaşayırlar. Ölkə əhalisinin böyük əksəriyyəti iri şəhərlərdə cəmləşib. Əhalinin ən sıx olduğu yerlər paytaxt Praqa, Brno və Ostravadır.
Davamı →