Soyuqdəymə əleyhinə ev damcıları

Yaz-payız fəslinin ən sıx müşahidə olunan situasiyalarından biri də “qrip” adı altında sadə,asanlıqla keçirdiyimiz,immunitetin zəifləməsi ilə əlaqədar bədənin süst qaldığı yüngül infeksion xəstəliklərdir ki,şikayət olaraq daha çox “soyuqdəymə” adı ilə adlandırılır.Əslində,bilinməlidir ki,tibbdə “soyuqdəymə” termini yoxdur. Yüngül şəkildə keçirilən iltihaba reaksiya olaraq bədənimizin öz tarazlığını itirməsi isə apteklərə üz tutmağa vadar edir.Sonluğu –Hot ilə bitən N sayda parasetamol tərkibli dərmanları qəbul etməklə tezcə sağalma əldə etsək də bunun orqanizm üçün uzaq fəsadlarını bilmirik.Mütəxəssislər isə bu hallarda tərəvəz şirələri ilə ziyansız  sağalma əldə etməyin mümkün olduğunu söyləyirlər.

Əgər sizin burun boşluğunuzdan davamlı şəkildə maye xaric olursa onu bir çay qaşığı kök şirəsi,5 damcı sarımsaq şirəsi və 1 çay qaşığı bitki yağından hazırlanmış qatqını buruna gündə 3-4 dəfə damızdırmaqla rədd etmək olar.Unudulmamalıdır ki,hər dəfə,mümkün olmazsa hər gün hazırlanmış damcı yeni olmalıdır.Sarımsağın qıcıqlandırıcı təsiri yağın hesabına azalsa da fitonsidlər “öz işlərini” artıqlaması ilə görərək sizi qorumuş olacaqlar.Zökəm zamanı isə boğaz üçün qarqara məhlulunu da eynilə yarım stəkan kök şirəsi, yarım stəkan qaynayan  su və bir damcı sarımsaq şirəsinin köməkliyi ilə hazırlaya bilərsiniz.

Sağlam olun!

0 şərh