Əllərin yuyulması – şəxsi gigiyenanın əsasıdır

Çoxsaylı araşdırma və elmi faktlar  təsdiqləyir ki, əllərin gigiyenası- insanları hər addımda izləyən  bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir.
Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər.  Pul əsginasları xüsusilə köhnə, yıpranmış pullar üzərində 200 növə qədər müxtəlif dəri, infeksion, hətta zöhrəvi xəstəliklərin, o cümlədən vərəm mikrobakteriyalarının, qarın yatalağını oyadan, salmonellez və dizenteriya, A hepatiti virusları və qrip, bağırsaq qurdları və qotur xəstəliklərinin daşıyıcısı ola bilər. Bir ölkədən başqasına səyahət edən əskinaslar daha təhlükəlidir. Amerika alimləri müəyyən ediblər ki, əskinasların 94%-i 93 növ patogen bakteriya daşıyıcısıdır. Təhlükəyə ilk növbədə zəif immunitetli adamlar, uşaqlar, qocalar və işi ilə bağlı olaraq pula toxunanlar (satıcı, kassir, taksi sürücüsü ) məruz qalırlar.
Protex antibakterial sabunu, şəxsi gigiyena,antibakterial sabunƏlləri axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan öncə və hər dəfə çirklənəndə mütləq yumaq lazımdır. İnsanlarla fiziki ünsiyyətdən (əlsıxma), tualetdən, burun silmə və ya asqırmadan, heyvanlarla təmasdan sonra, yemək hazırlayarkən ya da qida qəbulundan, yatmazdan əvvəl, gəzintidən, təmizlik işlərindən sonra və ümumiyyətlə əllərin çirkləndiyi hər halda  yaxşıca yumaq tövsiyə olunur. Əllərinizi yalnız yeməkdən əvvəl yox, küçədən gələn kimi, tualetdən sonra, daxılınızdakı pulları saydıqdan və s. sonra da yumaq lazımdır. Təhlükəli mikrob və bakteriyaları məhv etmək üçün əlinizi axar suyun altına salmaq, sonra yaxşıca sabunlamaq, durulayıb, qurulamaq kifayət edir. Potensial xəstələnmə riskini azaldaraq siz yalnız sağlamlığınızı deyil, pullarınızı da qorumuş olursunuz. Yaxşı olardı ki, ilıq sudan istifadə olunsun, çünki mütəmadi olaraq soyuq sudan istifadə əlin dərisini cadarlaşdırır və kobud edir.
Araşdırmalar göstərir ki, antimikrob əlavələri olmayan sabunla  adi əl yuma bizi infeksion yoluxmalardan qorumaq iqtidarında deyil. Adi sabunla tez-tez əl yuma vaxt aparmaqla narahatçılıq yaradır və bir qayda olaraq nəinki mikrobların yayılma imkanını azaltmır, hətta əksinə onların artımını 17 dəfə çoxaldır. Çanaq, kran və bir neçə gün ərzində dəyişdirilməyən ümumi dəsmal da həmçinin bütün mümkün mikroorqanizmlərin daşıyıcısıdırlar. Beləliklə, əllərinizi yuyarkən suyu bağlayaraq krana, təsadüfən çanağın kənarına toxunmanızla siz asanlıqla özünüzlə müxtəlif növlü mikrobları apara bilərsiniz. Qatı sabunların tərkibində dərinin üst qatına keçən  kalium-maqneziumlu birləşmələr var.  Tez-tez yuyulmadan şişən  epidermis antibakterial xüsusiyyətlərini itirir və özü müxtəlif mikroorqanizmlər daşıyıcısına çevrilir. Protex antibakterial sabunu unikal xüsusiyyətlərə malikdir. Ilk növbədə 99% bakteriaları məhv edir, hər yuyulmadan sonra dəridə müdafiə qatı yaradır, və nəhayət təravətli rayihə bəxş edir. Mütəmadi istifadə zamanı Protex yuyulmalar arası zaman kəsiyində bakteriyaların təkrar yaranmasının qarşısını alır, bununla da dərinin sağlamlığını təmin edir.

Sonda isə aşağıdakı videorolikə baxmağınızı və şəxsi gigiyenamız haqqında daha çox fikirləşməyiniz məsləhət görülür:

4 şərh

Fianda
əllərimizi tez-tez yuyuruq amma elə xəstələnirik də.əllərini yumuyan elə çirkli insanlar var ki,heç xəstələnmir.Mikroba mikrob keçmire.
Cavid
Həmin növ insanlarda immunitet çox güclüdür yəni infeksion amilə və yad genetik informasiya daşıyan antigen xassəli yad maddələrə qarşı orqanizmin davamlığı kifayət qədər güclüdü, ona görə bu kateqoriyaya aid olan insanlar daha az xəstələnir.
burla xatun
Mənim maye Protex Ultra xoşuma gəlir. Yumru qabda olur.
Zahid_GDMLI
Apardığım şəxsi müşahidələrin nəticəsinə görə 10 evin 7-sində Protex dən istifadə olunur, xüsusilə də Protex Ultra.