Sağlamlıq üçün əsas 3 təhlükə mənbəyi

Bu yaxınlarda amerikalı mikrobioloq Ç.Qerb özünün yeni tədqiqatlarının nəticələrini mətbuat üçün açıqladı. O, bu dəfə mikrobların və virusların daha çox harada olduğunu aşkarladığını qeyd edirdi.Aydın oldu ki, bunlar heç də ofis işçilərinin hesab etdiyi yerlər deyil, Belə ki, hamı ümumi tualetlərdə unitazları ən çirkli yer hesab edir. Lakin aydın oldu ki, bu heç də belə deyil. Əslində bura aşağıdakılar aiddir:
1)kompyuterlərin klaviaturası,
2)Telefonların dəstəkləri,
3)Ümumi tualetlərdə əl-üz yuyanlar.

Mikrobların sayına görə bir yox, bir neçə insanını istifadə etdiyi klaviaturalar və telefon dəstəyi liderlik edir. Alimin hesablamalarına görə əgər ofisin hər kvadrat sahəsində 20 mindən çox mikrob yaşayırsa, bu hissələrdə təxminən 26 min olur. Klaviatura üzərindəki mikroblar isə ümumi tualetin unitazındakı mikrobların sayından 400 dəfə artıqdır. İctimai tualetdə əl-üz yuyan həmişə nəm olduğundan istilik və nəmlik xoşlayan mikroblar orada daha çox olur. Bütün bu kiçik mikroblar xəstəlik yarada bilər: konyunktivit, ancgina, zökəm, bağırsaq və dəri infeksiyaları və s.
Professor Qerbin fikrincə, məktəb müəllimi, mağazada bankda işləyən kassir, eləcə də həkimlərin infeksion xəstəliyə qoşulmaq təhlükəsi daha çoxdur.

Evin 3 əsas təhlükəsi

Ənənəyə görə, ev xanımları dəhliz və sanitar qovşağını Evin ən tez-tez çirklənən və daha təhlükəli hissəsi hesab edirlər və onların təmizliyinə daha çox diqqət yetirirlər. Əslində isə mikrobların daha çox olduğu yerlər başqalarıdır:

1)Soyuducu. Çoxumuz müasir texnikaya hədsiz dərəcədə inanaraq, qida məhsullarının saxlanma qaydalarına lazımi qədər riayət etmirik. Çox zaman süd, ət məhsullarının, yarımfabrikatların saxlama müddətinə diqqət yetirmirik, istehsalçının xəbərdarlığına baxmayaraq, konservləri açıq şəkildə soyuducuda saxlayırıq.Halbuki bunu etmək düzgün deyil. Biz bəzən çiy və bişirilmiş məhsulları bir-biririn yanında yerləşdiririk, soyuducunun qənaətli iş rejiminə keçiririk, Bu zaman yaddan çıxarırıq ki, məhz belə şərait mikroblar üçün daha əlverişlidir. Nəticə isə aydındır – bağırsaq infeksiyaları, qida zəhərlənmələri.

2)Mətbəx avdanlığı. Burada çiy məhsulların doğranılması üçün istifadə olunan lövhələrin hazır məhsulların doğranılması üçün istifadəsi qəti yol verilməzdir. Çiy tərəvəzlərin (xüsusən yarpaqlı) doğranılması üçün isə xüsusi lövhələrdən istifadə edilməlidir. Tərəvəz və meyvələri bəzən diqqətlə yumurlar, bu zaman onlar nəinki zaharli kimyəvi maddələrlə, həmçinin onlara verilmiş üzvi gübrələrdən ora düşən mikroblarla təhlükəli sayılır.

3)Paltaryuyan maşın. Amerikalılar artıq xeyli vaxtır ki, minimal dövrədən istifadə edərək soyuq yumaya üstünlük verərək, pullarına qənaət edirlər. Eləcə də bir çox geyim əşyalarının ütülənməsini vacib hesab etmirlər. Artıq çoxları, o cümlədən də biz bunu müvəffəqiyyətlə tətbiq edirik. Sən demə, mikrobların çoxu məhz bu şəraitdə sağ qalır və camaşırların üzərində yaşayırlar.

səliqəsiz antisanitariya

Təmizkarlıq və pintilik haqqında miflər

Adətən gigiyena vərdişləri insanlərdə lap uşaq yaşlarından formalaşır.Lakin valideynlərdə buna müxtəlif cür münasibət yaranır. Bəzi analar hesab edirlər ki, mikroblar çirkdən məhv olurlar, digərləri isə uşaqlarını ifrat dərəcədə təmizliyə öyrəşdirirlər.
Əlbəttə, birinci fikir özünü doğrultmur – belə şəraitdə böyüyən uşaqlar tez-tez xəstələnir, zəhərlənir, dəri və bağırsaq infeksiyaları və helmintozlər daim onları müşayiət edir. Belələri böyüyəndə isə təmizliyə qarşı laqeydlik onlarla ətrafdakılar arasında çoxlu sayda problem doğurur.
Doğrudur, ifrat dərəcədə təmizkarlıq (vasvasılıq) özü də az problem yaratmır. Məsələn, deyilənə görə, rus şairi V.Mayakovski başqalarının qabından istifadə etməmək üçün özü ilə hər yerə stəkan aparırmış. Lakin həkimlərin fikrincə, əllərin sonsuz olaraq, sabunla və antimikrob əlavəli digər yuyucu vasitələrlə yuyulması insanın həssaslığını daha da artırır.

Mənbə: İqtisadiyyat qəzeti

 

0 şərh