Рейтинг
+3.53

şəxsi gigiyena

25 üzv, 45 topik

Əllərin yuyulması – şəxsi gigiyenanın əsasıdır

Çoxsaylı araşdırma və elmi faktlar  təsdiqləyir ki, əllərin gigiyenası- insanları hər addımda izləyən  bir çox xəstəliklərin yayılmasını məhdudlaşdıran əsas tədbirlərdəndir.
Bu gün təsdiq olunub ki, bağırsaq infeksiyalarının çoxu, hətta qrip belə əllər vasitəsilə keçir! Əllərin gigiyenasına riayət olunmaması dizenteriya, qarın yatalağı, hepatit, vəba, mədə, ya da on iki barmaq bağırsaq xorası, ağızdan keçən virus, salmanollez və s. kimi xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır. Bunun nəticəsi xroniki ağırlaşma, hətta ölüm ola bilər.  Pul əsginasları xüsusilə köhnə, yıpranmış pullar üzərində 200 növə qədər müxtəlif dəri, infeksion, hətta zöhrəvi xəstəliklərin, o cümlədən vərəm mikrobakteriyalarının, qarın yatalağını oyadan, salmonellez və dizenteriya, A hepatiti virusları və qrip, bağırsaq qurdları və qotur xəstəliklərinin daşıyıcısı ola bilər. Bir ölkədən başqasına səyahət edən əskinaslar daha təhlükəlidir.
Davamı →

Məktəblilərin sağlamlığı və məktəbdaxili mühit faktorları

uşaqların sağlamlıq vəziyyəti dünyada ən aktual problemləridən biridir. Bunun mahiyyəti daha çox xarici mühitdə vəziyyətin proqressivləşən pisləşməsi ilə əlaqədardır. Uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası elmi tədqiqat institutunun və elmi ədəbiyyatların analizi göstərir ki, müasir məktəb yaşlı uşaqların 90 %-inin sağlamlığında bu və ya digər kənara çıxmalar vardır: 50% də funksional pozğunluqlar, 40% də xroniki xəstəliklər (2). Məktəbə gələnlərin artıq 20%-ində xəstəlik aşkar ediril ki, məktəbi bitirəndə isə xəstələrin sayı 2 dəfə artır. Bu, təhsil müəssisələrində məktəblilərin qarşılaşdığı şəraiti sağlamlığa mənfi təsir göstərən əsas amillərdən biri hesab etməyə əsas verir.


Ardı →

Ağızda pis qoxu

Ağızda pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz iyin gəlməsini təsvir edir. Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil ətrafdakılar tərəfindən təyin edilr və bəzən böyük psixoloji sarsıntılara gətirib çıxarır. Hətta bəzi insanlarda Halifobiya deyilən psixoloji hal da inkişaf edir. Bu insanların ağızlarından pis qoxu gəlməsə belə əksinin olmasına inanırlar. Təcrübəmizdə belə vəziyyətdə hətta cərrahi əməliyyat tələb edən xəstələrə də rast gəlinir. 
Ardı →

Bədənə qulluq

Gigiyena insan sağlamlığının vacib aspektidir. Müasir elmi biliklərə esaslanan. əziyyət verməyərək gündəlik yerinə yetirilən gigiyena proseduraları insan sağlamlığı üçün çox xeyirlidir, yüksək iş qabiliyyətini, aktivliyi saxlayır, orqanizmin normal inkişafına kömək edir. Təcrübələr göstərir ki, uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar sağlamlığın şüurlu qorunmasına çevrilir. Ona görə də gigiyena vərdişləri oğlana da, qıza da uşaqlıqdan aşılanmalıdır.


Ardı →

Epilyasiya

Epilyasiya — üz və bədəndən arzuolunmaz tüklərin təmizlənməsidir. Salon epilyasiyasının bir neçə növü vardır. Hal-hazırda ən məşhurları lazerlə olan epilyasiya və fotoepilyasiyadır.Qadınlar epilyasiyaya qərar verdikdə səbrli olmalıdırlar, belə ki, tüklərin tam şəkildə təmizlənməsi bir seans ərzində baş vermir. Məsələ ondadır ki, bir seans ərzində yalnız epilyasiya zamanı aktiv inkişaf dövründə olan tüklər təmizlənir. Yetkin və köhnə tüklər epilyasiyadan sonra yenidən inkişaf edir ki, bu da təkrar epilyasiya edilməsini tələb edir. Bundan əlavə, insan bədənində görünən tüklərdən başqa, dəri altında “ehtiyat” tüklər də vardır.


Ardı →

Keyfiyyətsiz sabun almayın

Sabun yuyucu vasitə kimi istifadə edilən səthi-aktiv maddə olub yağ turşularının kaustik soda və potaş kimi qələvilərin suda qaynadılması nəticəsində əldə edilir. Yağ turşuları əsasən bitki (pambıq, soya, palma) və heyvan mənşəli məhsullardan əldə edilir. Bu yağların qələvilərlə qaynadılması nəticəsində qliserin və yağ turşularının duzları, yəni sabun meydana gəlir. Sonrakı mərhələdə sabun gərəksiz duz, qələvi və qliserindən təmizlənir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara sabun alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən alınan məlumata görə, keyfiyyətsiz sabun insan orqanizmi üçün çox təhlükəlidir. Ümumiyyətlə, istehlakçılar bilməlidir ki, sabunda ətirverici və rəngləndirici maddələr nə qədər az istifadə olunursa, bu daha yaxşıdır.
Ardı →

Buruq saçlarla necə baş etməli

Baxımı ən çətin saç növlərindən olan buruq saçlara necə hökm edə bilərik.
Buruq saçları olanlar yaxşı bilər; onlarla baş etmək sanıldığından çox daha çətindir. Baxımlı görünən, parlaq saçlara sahib olmaq üçün buruq saçlara hər zaman yaxşı baxmaq lazımdır. Doğru şampun, doğru saç kremi, doğru baxım vəsaitlərindən istifadə etmək əhəmiyyətlidir. Budur hər kəsi qısqandıran saçlara sahib olmanız üçün buruq saçlara xüsusi baxım ipucları.

Yuyarkən əvvəl saç kremi, sonra şampun istifadə edin

Ümumiyyətlə saç yumada əvvəl şampun sonra saç kremi istifadə edilİr. Evoria, buruq saçlar üçün tam tərsini təklif edir. Buruq saçlara sahib olanlar, saçlarını yuyarkən saçlarını yaxşıca islatdıqdan sonra diblərinə dəyməyəcək şəkildə kremləməlidirlər. Təxminən iki dəqiqə gözləyib bol suyla durulamalı,ardından saçları bir-birinə qarışdırmadan, incə hərəkətlərlə şampuanlamalıdırlar.Bu sayədə buruq saçlar daha asan daranacaq və elektriklənməyəcək. Buruq saçlar üçün ideal saç yuma aralığını isə bir gündür.Saçları bir gün arayla yumaq; saç sağlamlığını qorumaq və asan şəkilləndirmək üçün idealdır.


Ardı →

Təmiz əllər-sağlamlığın əsası

Uşağın dərisində səpgi əmələ gəlib, qaşınma hiss olunur? Qusmaq istəyir, yoxsa mədəsi qarışıb? Əlbəttə, siz birinci növbədə uşağın iştahının pozulmasına səbəb olan hansı bir keçici virusdan zəhərlənmədən şübhələnirsiniz… Amma çətin ki, bütün bunları doğuran səbəb ağliniza gələ. Bu da təmizliyin elementar gigiyenik qaydalarlna əməl etməməkdir-keçici xəstrəliklər üzrə pediator həkimlər bu fikirdədir.

Uşaq qumda oynayarkən, yaxud, gölməçədə gəmi üzdürərkən onun əllərinə təhlükəli mikroorqanizmlər bulaşır.Odur ki həkimlər ilkin olaraq təmizliyə əməl olunmasını tələb edirlər.


Ardı →

Təravətli nəfəs

Tanışlıq, münasibət qurmaq, eləcə də gündəlik həyatda ünsiyyət bizim üçün çox vacibdir. Amma bəzən buna mane olan səbəblər ortaya çıxır. Bu sırada ağızdan gələn xoşagəlməz qoxu çoxlarını narahat edir. Ağızdan gələn pis qoxu insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Bəzi adamlarda bu, hətta daimi stresslərə gətirib çıxarır. Nəfəsin xoşagəlməz qoxmasının bir çox səbəbləri var. Məsələn, soğan, sarımsaq, ət, balıq, pendir və s. kimi bəzi qidaları yeyəndən sonra qoxu yaranır. Köklük, siqaret yaxud alkoqol qəbulu da nəfəsin təmizliyini korlayır. Ümumiyyətlə, bu baxımdan ağızın və dişlərin gigiyenik baxımı olduqca vacibdir. Çünki dişlərin vaxtında və düzgün yuyulmaması da ağızdan qoxunun gəlməsinə səbəb olur. Belə ki, yemək qalıqları dişlərin arasına çökür və orada qalaraq qoxu törədən bakteriyaların çoxalmasına səbəb olur. Ona görə dişləri bir dəqiqədən az olmayaraq firçalamaq lazımdır. Həmçinin, yalnız dişləri yox, dilin üzərini də təmizləməliyik ki, bura yığılan bakteriyalar məhv olsun. Bunun üçün xüsusi fırçalar satılır.
Ardı →

Sağlamlıq üçün əsas 3 təhlükə mənbəyi

Bu yaxınlarda amerikalı mikrobioloq Ç.Qerb özünün yeni tədqiqatlarının nəticələrini mətbuat üçün açıqladı. O, bu dəfə mikrobların və virusların daha çox harada olduğunu aşkarladığını qeyd edirdi.Aydın oldu ki, bunlar heç də ofis işçilərinin hesab etdiyi yerlər deyil, Belə ki, hamı ümumi tualetlərdə unitazları ən çirkli yer hesab edir. Lakin aydın oldu ki, bu heç də belə deyil. Əslində bura aşağıdakılar aiddir:
1)kompyuterlərin klaviaturası,
2)Telefonların dəstəkləri,
3)Ümumi tualetlərdə əl-üz yuyanlar.


Ardı →