Musa Nağıyev

Milyonçu, xeyriyyəçi, I dərəcəli (gildiya) tacir, neft maqnatı Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində samançı ailəsində dünyaya göz açıb. Kasıb ailədə boya-başa çatmış Ağa Musanın çəkdiyi əzab və əziyyətlər Allah Taala tərəfindən qiymətləndiriləndə, onun heç ağlına da gəlməzdi ki, bir vaxt belə məşhurlaşacaq.
Bakının salnaməsinə 98 bina bəxş edən, 35 yoxsul ailənin başçısının vəsiyyətinə əməl edib, onların dəfnini Kərbəlada keçirən, mariflənməyə xüsusi diqqət yetirən, səhiyyəyə nəzər yetirən belə bir insanın qənaətçilliyini düzgün qiymətləndirməyiənlər də tapılmışdı.
Ağa Musa Nağıyev Bakının ilk mülk sahiblərindın olub, onun başqa milyonçulardan fərqi – köhnə Bakının memarlıq simasına ən çox töhfə verməkdir.
O, pulunun qədrini bilməklə yanaşı, ondan necə istifadə etməyi ustalıqla bacarıb.
Amma o, mesenatlığı və xeyirxahlığına görə ölməzliyə vəsiqə aldı.
Əbəs yerə deyil ki, Çar II Nikolay məhz Ağa Musa Nağıyevi “Neftin Kralı” adlandırmış, Orden tretey stepeni Sv.Stanislava ilə mükafatlandırıb və bu gün onun kreslosu Sankt Peterburqda “Ermitaj” muzeyində saxlanılır.
Ağamusa Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində olduqca kasıb aildə doğulub. Samançı oğlu Musa 11 yaşından hamballıq edib. 18 yaşına kimi əlinin qabarı, ayaqlarının döyənəkləri hesabına qazandığı pulu qəpik-qəpik toplayaraq kiçik torpaq alıb. O, özünün kiçik təsərrüfatını yaratmaq və kasıbçılıqdan can qurtarmaq, ucalmaq arzulayıb. Və bunun öhdəsindən gəlib.
Musa Nağıyev vəfat etdikdən sonra pulundan istifadə etmək mümkün olmayıb. Bütün Sovet İttifaqının hakimiyyəti ərzində onun qəbri üzərində ərəb əlifbası ilə adı yazılan kiçik bir daş parçasından ibarət olub. Bundan başqa, Musa Nağıyevin cəsədi üç dəfə müxtəlif yerlərdə yenidən basdırılıb. Üç dəfə bu kiçik dördbucaqlı qəbir daşı onun yeni qəbrinin üzərinə qoyulub. Qəbir yerlərinin dəyişdirilməsinin də müxtəlif səbəbləri olub. Belə ki, xeyriyyəçiliklərlə məşğul olan Ağamusanın Çəmbərəkənd qəbiristanlığındakı (1919-cu ildən 1931-ci ilədək) qəbri Kirov parkının salınması ilə əlaqədar Biləcəridəki «Proparka» qəbiristanlığına köçürülür.
Onun Biləcəri Dağüstü qəbiristanlığındakı 3-cü qəbrinin də aqibəti bu cür olur. Beləcə, Ağamusanın nəşi 80 il Kərbəla yolu gözləməli olur. Milyonçunun nəşi yalnız 1998-ci ilin 23 iyulunda Dilarə xanımın və xeyriyyəçi Axund Hacı Əvəzin təşəbbüsü ilə yenə Biləcəri qəbiristanlığında əbədi məzara qovuşur. Qəbrin üstü oğlunun xatirəsinə tikdirdiyi İsmailiyyə binasının estetikası ilə tərtib edilib. Beləcə, nəvə bir qədər rahatlıq tapır.
Ağa Musa Nağıyev 11 Bakı milyonçuları arasında ən varlı olduğuna görə (690 mln.vəsaiti ) fərqlənib, I-ci yeri tutub.
- 4 hamam sahibi olub- onları qardaşı Ağa Əli işlədib;
- 35 yoxsul ailənin ailə başçılarının vəsiyyətinə əməl edib, onların dəfnini öz vəsaiti hesabına Kərbəlada keçirib;
- Fəhlələrinə öz hesabına toy edən, fərqlənən işçilərinin təhsil haqqını ödəyən, onların savadlanmasına sevinən olub;
- 28 may küçəsinin sağ və sol tərəfindəki bütün binalar ona məxsus olub;
- 1895-1897-ci illərdə həmin küçədə Lüteran kirxasını tikdirib;
- Yəhudilər üçün Sinaqoq tikdirib (indiki Nizami küçəsində). 
- Indiki M.A.Əliyev küçəsində məscid tikdirib; 

Ağa Musa Nağıyev "Cəmiyyəti xeyriyyə" üçün şəhərin mərkəzində əzəmətli "İsmailiyyə" binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilmişdir.

Mərhum milyonçunun nəvəsi Dilarə Nağıyeva bildirib ki, babası Bakıya 98 möhtəşəm bina bəxş edib: “Ağamusa Nağıyev Azərbaycanda 11 milyonçudan biri idi. Ona “el atası” deyirdilər. Bakıya Şollar suyunun çəkilməsində sərf olunan pulun xeyli hissəsini Ağamusa verib. Yetmiş illik ömrü ərzində Bakıda 98 bina tikdirib, 35 yoxsulun vəsiyyətini yerinə yetirib və dünyalarını dəyişdikdən sonra onları Kərbəlada dəfn etdirib”. 

Allah Ağamusa Nağıyevə rəhmət eləsin.
Musa Nağıyev və onun nəsli haqqında sayt
 

7 şərh

Aynur
Dilarə xanım sağ olsun. Musa Nağıyevin irsini məhz o işıqlandırıb. Musa Nağıyevin oğlu Fərəc Nağının qızı olan Dilarə Nağıyeva olmasaydı bəlkə də Musa Nağıyevi belə tanımazdıq. Babası haqqında əlindən gələni edib.
Kanti
narxoz da bunun adındadır da deyəsən. narxozun yanındakı binalardan biri də ismayıllıdır. oğlunun xatirəsinə tikdirib.
Magicboy
Mən Manaf Süleymanovun Bakı haqqında yazdığı «Eşitdiklərim, gördüklərim, bildiklərim» kitabını oxumuşam. Orda Bakı milyonçuları haqda geniş məlumat var. Kitabı çoxdan oxusam da, yadımdadır ki, Musa Nağıyev olduqca xəsis, simic bir şəxs kimi qələmə verilmişdi. Hətta deyilənə görə İsmayıllını da Zeynalabdinin xahişi və ya məsləhəti əsasında tikdirib. Hər qəpiyinin qədrini bilən olub. Bir sözlə Azərbaycanın Rokfelleri. Düzdü, bəzi yazıçılar kitabda özündənəlavələrin olduğunu qeyd edib. Amma yenə də Nağıyev heç də yaxşı adam kimi tanıdılmayıb kitabda. Hətta mən kitabı oxuyanda Musa Nağıyevə nifrət etməyə başlamışdım ta ki oxuduğum universitetin binasının onun tərəfindən tikdirildiyini bilənə qədər :))) Bir şeyi də qeyd edim ki, Zaynalabdin haqqında olan teatr tamaşasına Az Dramada baxmışam, hətta orda da Zeynalabdin Nağıyevin xəsisliyindən şikayətlənir.
Əliyev
Düz deyirlər ki adamın gərək bəxti olsun.O qədər əziyyət çəkib Musa Nağıyev.Amma adı xəsis çıxıb.Əgər binalar tikdirən Musa Nağıyev xəsisdirsə indiki milyonerlərə nə deyək?
Azərbaycan
Hamı diqqətlə oxusun!
Ağa Musa Nağıyev oğlu İsmayıl öləndən sonra qardaşının beşinci oğlu Fərəci oğulluğa götürmüşdü.Amma sonra sovet höküməti qurulandan sonra aktyor olan Fərəcin günləri qara keçir.Onu 30-cu illərdə KQB çağırır və deyir ki xarici bankdan Musa Nağıyevin varislərinin adına çoxlu pul gəlib.Çekə qol çəksin və pulları yetim uşaqların hesabına köçürmək üçün Sovet hökümətinə versin. Buradan məlum olur ki Musa Nağıyevin adında xarici banklarda pul var.
İndi lazımdır bir yaxşı hüquqşünas ki,bu işi araşdırsın. Xahiş olunur kim bacarırsa bu işlə maraqlansın.İndi Musa Nağıyevin nəslindən qalan Dilarə xanım yəqin ki o pulun alınmasında çəkilən əziyyətə görə həmin pullardan mükafat verər.Həmin pullları isə xeyriyyə üçün xərcləmək olar.
Əliyev
Əslində bu işlə dövlət məşğul olmalıdır.Bir adamın bu işi görüb nəsə etmək ehtimalına inanmıram.Bəlkə də Sovet höküməti o pulu çoxdan alıb.
təpəgöz
Fərəcin ağlı olmayıb.gərək ölkədən qaçıb xaricə gedəydi.O zaman pulları özü ala bilərdi.