avatar
Əziz dost, məqaləniz olduqca maraqlıdır. Çox böyük həvəslə oxudum. Lakin bir məsələdə gərək məni üzrlü sayasınız, saytda yeni istifadəçi olduğum üçün əsəhvən «unlike» düyməsini sıxdım, çalışsam da geri bərpa olunmadı. Üzrlü hesab edin.
avatar
Əla, məsləhətlərə görə sağ olun. 
avatar
www.helpaz.pro 
Artıq 8 ildi ki, Seni markası Azərbaycanda sidik qaçırma problemi ilə üzləşən xəstə və fiziki məhdudiyyəti olan insanları xəstə bezlər, hopdurucu tumanlar və dəriyə qulluq vasitələrlə təmin edərək kömək əlini uzadır!
Böyüklər üçün Seni Super bezləri — «pamperslər» həm aktiv, həm yataq həstəsi olan insanlar üçün nəzərdə tutulub. Onlar başqa hopdurucu vəsitələr arasında insanların inamını daha çox qazanıbdı. Bezin içərisindəki hopdurucu, bakteriyaların inkişafının qarşısını alaraq, sidiyin yaratdığını pis qoxunun qarşısını alır.Elastik elementlər rahat hərəkət etməyə imkan verir.
Bri istifadali «Seni Activ» tumanları, aktiv həyat tərzi aparan insanlar üçün əlverişlidi. Rahatlıq və komfort hissi yaşadaraq adi alt paltarına bənzəyir. Bezin içərisindəki hopdurucu, bakteriyaların inkişafının qarşısını alaraq, sidiyin yaratdığını pis qoxunu qarşısını alır.
Mühtəlif Seni dəriyə qulluq vasitələri, ağır və yataq həstəyə qulluğu asanlaşdıraraq ,vaxtı gücü və əsəbləri qənayət edir, qulluq prosedurunu xoş və rahat edir. 
Seni Care profesional dəriyə qulluq vasitələrindəki köpük çox qənayətlidi, həm xəstəxanalarda, həm ev şəraitində istifadə olunur və yataq yaraların əmələ qəlməsinin qarşısını alır. Təmizləmək üçün əlcəklər, gigiyenik əlcəklər və cibli qoruyucu döşlüklər xəstəyə qulluğu tezləşdirir və insanı paltar yumadan azad edir. 
Bizim məsləhətçi sizə yardım edər tel.: (012) 567-08-69(055) 515-83-05. 
avatar
en gozeli mehebbet uc il yawayir romanidi
 
avatar
Sevgi, məhəbbət, eşq — həyatın mənasıdır. Kim ki sevməyib — yaşamayıb, sadəcə var olub. Kim ki sevmir — yaşamır — sadəcə o bir əşya kimi var. Ulu Nizamini Yada salın.
«Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!» 
avatar
Enerji hesablamq üçün düstur ( bilməyənlər üçün) .
Hır bir istifadə olunan cihazın və ya lampanın üzərində və ya *Passportunda-istifadə kitabçasında- bu haqda qeyd olunur.
60 / 1000= 0.06 kW Əgər 60 Vattlıq bir lampa və ya 15 vattlıq hər hansı bir cihazı hesablayırıqsa, 1000-ə bölürük.
15 / 1000=0.015 kW
Gün ərzində təqribən 6 saat işlədiyini nəzərə alsaq onda bir ay ərzində;
30 gün/ay  * 6saat/ gün = 180 saat /ay
Və cihazın 0.06 kW olduğunu bilirik ;
0.06 kW * 180 saat /ay — 10.8 kWsaat / ay
Yəni 60 vattlıq bir cihaz bir ay ərzində təqribən 11 Kvatt saat işlədir, bunu da pula çvirsək;
11 Kvts*  0.11 manat = 1.21 manat kvts
1 manat 21 qəpik istifadə edir.
Əgər bir saçqurudan feni hesablasaq;
2500 Vatt = 2.5 kVtt
450kVt/saat /ay * 0.11 man=49 manat.( hər gün altı saat üçün )
Və ya hər gün 3 saat, həftədə 3 gün, ay ərzində 4 dəfə olarsa;
3saat/gün * 3gün/həftə * 4 həftə/ay = 28 saat /ay
2.5 kVt * 28 =7.7 man/ay
avatar
Məncə başlığı dəyişib «Qadınlar niyə deyinir?» yazmalı idiniz. :)
Firkini doğru söz axtara-axtara ifadə edə bilməyənlər, diqqət mərkəzində olmağı sevənlər, əsl məqsədini gizlədənlər də çox danışar. :)
avatar
8 filmi watchlist-ə əlavə etdim, çünki digər ikisini( «Turtles can fly» (kayzenin sayəsində), digər film isə «Chlidren of Heaven» (dostumun sayəsində) izləmişəm. Təşəkkür edirəm.
avatar
    sevgi nədir ?
   Əgər sizə görə sevgi özünü fəda etməkdirsə, bu da sizin inamınızdan gələn seçiminizdir. Ancaq mənə görə isə sevgi qarşılıqlı qayğı və hörmət hissləridir əslində.  Sevgi, bu allahın insana bəxş etdiyi ən böyük mükafatıdır. Sevgi bir insan tərəfindən başqa
   
avatar
Filarmoniya haqqında maraqlı məqaləni paylaşdığınıza görə təşəkkür edirəm. Filarmoniyada musiqi dinləmək imkanım olmasa da, Filarmoniya bağında dəfələrlə olmuşam və o bağ mənim ən sevimli bağımdır. Xüsusilə o bağda caz musiqisi səslənərdi. Ona görə lap çox sevirəm o bağı. Niyə «səslənərdi» deyirəm çünki bu keçən ilin ortaları bu ilin əvvəllərində o bağda bir neçə dəfə olmuşam caz musiqisi səslənməyib.  Bağın ümumi görünüşü, fontandan axan suyun şırıltısı, caz musiqisi və digər tərəfdə isə İçərişəhər. Bunları sevməmək mümkün deyil. :)  
avatar
İnsan özüne yaraşanı geyinende dahda gözəl olur, dəbi takip etmek lazımdır, ama sene yarşmayinada geyinmək belə insanlarda var, bədənini tanıyaraq geyinmək gözəldi.
avatar
Maraqlı məlumata görə təşəkkür edirəm. 
avatar
Bu alimciklər mənə «kosa» sözünü izah etsinlər sonra Novruzu türklərə aid olduğunu iddiasında olsunlar. Elmi-fantastik janr Azərbaycanda görünməmiş inkişafdadır.
avatar
Salam usaq huqularin rehberlerine men 8-ci sinifem gelen il 9 olacam bu il 9cu sinifler imtahan verdiler 1 imtahan yax biz niye 2 defe imtahan veririk 1 defe vere. 2 defe imtahan verende stres olur qorxuruq heyacanlayiruq mende demek isteyirem ki biz neye göre 2 defe imtahan veririk?
avatar
Müəllifi qeyd etdiyinizə görə təşəkkür edirəm. 
avatar
Caz musiqisini və muğamı Vaqif Mustafazdənin bəstələri, improvizələri ilə sevdim. Cazsevərlərə tövsiyə edirəm ki, həftəsonları saat 10-dan 12-yədək 103.0 FM-də Rahib Azərinin təqdimatında «Azəricaz» verilişini  dinləsinlər. Məqaləni paylaşdığınıza görə təşəkkür edirəm.
avatar
Filmə bu gün baxmaq şansım oldu. Bir faciə, müharibə haqqında çəkilən bir filmə möhtəşəm deməyə dilim gəlmir. Ən azından qurbanlara görə, insan faciəsinə görə. Amma sənət baxımından çox gözəl işdir. Müharibəni olduğu kimi tamaşaçıya çatdırmağı bacarıb bu film. Bu uşaqlar uşaqlığını yaşamaq, təhsil almaq yerinə mina toplayıb pul qazanırlar. Hələ o Aqrinin qardaşı minalanmış əraziyə gələndə Satellite ona güllələrdən hazırlanan boyunbağını oyuncaq əvəzi göstərərək başını qatmaq istədiyi səhnə çox təsirli idi. Agrinin özü ilə birlikdə körpəsini də öldürməsi də həmçinin. Hələ o qolsuz oğlanı demirəm. :( Görəsən bu müharibələrə fərman verənlər bir dəfə də olsun bu filmlərə baxıblarmı? Ehh... 
avatar
Qalereyadan videonu yerləşdirdiyiniz üçün təşəkkür edirəm. Watchlist-ə əlavə etdim. :) 
avatar
Məqaləni paylaşdığınıza görə təşəkkür edirəm. Ronda Bernin «Sirr» kitabı mənim üçün meditasiya vasitəsidir. Kitabın az qala bütün səhiflərində stikerlər var.İnsan düşüncəsi, onun ruhi vəziyyəti həqiqətən də çox böyük gücə malikdir. Amma çox insan bunun fərqində deyil. 
avatar
4 il öncə yazdığım bu yazını Kayzen-də görməyim xoş oldu mənə. Amma təəssüf ki, mənbəni qeyd etməmisiz. 4 il əvvəl mən Səma Yağmur imzası ilə yazırdım. İndi isə Səma Fuadqızı imzası ilə yazıram. Bu da link :
 kulis.lent.az/news/6918