Budapeşt üslubunda can əti

Ərzaqlar:
4 tikə 160 qr. can əti,
250 qr. dana əti sümüyü,
50 qr. hisə verilmiş donuz piyi (şpik),
150 qr. qaz qaraciyəri,
150 qr. göbələk (şampinyon),
50 qr. baş soğan,
150qr. təzə bibər,
100 qr. təzə pomidor,
150qr. yaşıl noxud,
10 qr. üyüdülmüş qırmızı bibər,
duz.

Hazırlanması:
Xırda doğranmış soğanı bitki yağında qovururuq. Üstünə qırmızı istiot səpirik, 0.5 l. su tökürük,duzlayırıq, kəsilmiş sümüyü qoyuruq. Təxminən 20 dəqiqə pötrləyib, sümükləri çıxardırıq və bulyonusüzgəcdən keçiririk.
Davamı →

Düşünmək zamanıdır

— Ana, nəyə görə ağac yetişdirmək, onlara qulluq etmək mütləqdir?
— Çünki onlar bizim yaşamağımız üçün böyük önəm daşıyır.
— Necə yəni?
— Biz yaşamaq üçün nəfəs almalıyıq, bu zaman biz xeyirli qaz olan oksigeni uduruq, zərərli qaz olan karbonu isə nəfəslə ətraf mühitə ötürürük.
— Bəs bu prosesdə ağacın nə rolu var?
— Bizə lazım olan oksigen məhz ağacların yarpaqlarında əmələ gəlir. Bilmək istəyirsən bu proses necə adlanır?
Davamı →

Cek London

1897-ci ildə Kanadanın Yukon deyilən ərazisində, Klondayk çayında qızıl tapılması haqqında xəbər bütün Amerikaya yayıldı. Alyaskanın adam ayağı dəyməmiş geniş əraziləri minlərlə yoxsul adamı və xəyalpərvəri cəlb etdi. O vaxtlar yazıçı kimi qələmini yenicə sınamağa başlayan Cek London da onlardan biri idi. Amma qızılaxtaran olmazdan əvvəl o, çox işin qulpundan yapışmışdı.

Ehtiyac təhsilini başa çatdırmasına imkan verməmişdi. Onun universiteti həyatın özü idi və o, əsərlərində keçdiyi həyat universitetindən danışırdı.

Cek London Alyaskada varlanmadı, amma oxucularını Şimal ilə tanış edən çox qiymətli material topladı. Ağacdan tikilmiş, buz bağlamış yaşayış yerləri, qırx dərəcə şaxta, bitib qurtarmayan qütb gecələri, güclünün qalib gəldiyi münaqişələr, ölüm riski ilə müşayiət olunan həyat. Yazıçının “Şimal hekayələri”nin qəhrəmanları — ağdərili qızılaxtaranlar və yerli hindilər belə şəraitdə yaşayırdılar.
Davamı →

Döyüşçünün yolu | Brüs Li

Bruce LeeDünya şöhrətli əlbəyaxa döyüş ustası, aktyor, kinorejissor, prodüser və ssenarist Brüs Li (əsl adı Li Yun Fan) 1940-cı il noyabrın 27-də San-Fransiskoda (ABŞ) Çin operası aktyorunun ailəsində anadan olub.
Çin təqviminə əsasən oğlan uşağı Əjdaha ilində anadan olduğundan onun adını balaca Əjdaha kimi tərcümə olunan Li Syaolun qoyurlar.

O, Honkonqda böyüyüb başa çatıb. Uşaq vaxtı “zəif” olan Brüs döyüş növləri ilə maraqlansa da idmanla ciddi məşğul olmayıb. Məktəbdə də xüsusi nailiyyətləri ilə fərqlənə bilməyib. 12 yaşında olarkən “Lya Sal” hərtərəfli inkişaf kollecinə qəbul olub. 13 yaşından rəqs məşğələlərinə maraq göstərən Brüs hətta 4 il sonra Honkonqda keçirilən ça-ça-ça üzrə çempionatın qalıbı olub.

Brüs Li 19 yaşında ABŞ-a geri dönməyi qərara alır. Əvvəlcə o, San-Fransiskoya, oradan isə Sietlə yola düşür. Sietldə yerli restoranların birində ofisiant işləməyə başlayır.
Davamı →

Zəhərli çiçək

Bir çox evlərdə difenbahya, yəni xalqa arasında “ağlayan çiçək” kimi tanınan bu bitkini görməyə vərdiş etmişik. Ona qulluq edir, su verir və yarpaqlarını əlimizlə yuyuruq. Amma aparılan araşdırmalara əsasən bu çiçəyin zərərli ola biləcək əlamətlərinin də mövcudluğu ortaya çıxıb. Belə ki, türkiyəli uşaq həkimi Ümid Sarıcısı bu ev bitkisinin xüsusən uşaq böyüyən evlər üçün təhlükəli olduğunu bildirib.

Həkim və qrupu tərəfindən aparılan araşdırmalara görə, difenbahyaya əllə toxunmaq və iyləmək belə, zərərlidir: “Difenbahyanın səbəb olduğu zəhərlənmə hallarında gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ bilər. Eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxır:
Davamı →

Pəncərələrin yuyulması

Çirklənmiş şüşələr işığın düşməsini azaldır və otağı qaranlıqlaşdırır. Mənzillərdə ən çox mətbəx şüşəsi çirklənir, ona görə onu tez-tez yuyurlar. Şüşələri küləksiz və çox isti olmayan havada yumaq lazımdır. Əvvəlcə çərçivələr və pəncərə altlarını silirlər. Xüsusi şüşə təmizləyən vasitələr onlara düşməməlidir. Axırda onları yaxşı qurulamaq lazımdır.

Sadə, el üsulları: soyuq suda həll olmuş nişasta, diş tozu və ya əhəng ilə də silmək olur. 1 stəkan suda 2-3 x.q. tabaşiri həll edir, sonra bu qarışıqla çox çirklənmiş şüşələri yaxşı təmizləmək olar. Şüşə quruyan kimi onu  quru əski ilə silirlər. Əgər şüşələr çox çirklidirsə, bu məhlullardan istifadə edirlər:  
Davamı →