Nikola Tesla | Başı bəlalı dahi

1883-cü ildə serbiyalı elm adamı Nikola Tesla, Continental Edison Şirkətinin Avropa bölümündə işləyirdi.Çok zəkalı bir ixtiraçı idi. Fabrik mü­dürü ve Edisonun dostu Charles Batchelor onu şansını Amerika'da axtarmağa razı salaraq özünü Edisona tanıtmağı üçün məktub verdi. Beləcə Teslanın ölümünə qədər davam edən sıxıntılı və çiləli bir həyat başladı. Tesla, New Yorkda Edisonla tanış olan kimi Edison onu dərhal işə aldı. Tesla gündə on səkkiz saat işləyib Edison'un ibtidai dinamolarını inkişaf etdirməyin yollarını tapdı. Nəhayət onları tamamilə başdan dizayn etməyi təklif etdi. Edison'a görə bu bir nəticəsi olamayan və illərcə üzərində işləməyi tələb edən böyük bir iş idi, amma Teslaya, "Əgər bunu eliyə bilsən sənə 50.000 dollar verəcəm… əgər bacarsan," dedi. Tesla bu proyekt üstündə gecə gündüz işlədi və sadəcə bir il sonra dinamonu avtomatik idarəedicilərlə tamamlanmış ve qüsursuz şəkildə yenilənmiş olarak ortaya qoydu. Yaxşı xəbəri vermək və 50,000 dolarını almak üçün Edisona getdi.
Davamı →

Azərbaycan kəlağayısı

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı.

Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi.

Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Davamı →

Dodaq boyasından istifadə

Solğun rəng dodaqlar üçün necə bir dodaq boyası istifadə etməliyəm?
Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq bejləri, tünd dərililər isə qəhvərəngi tərkibli daha isti tonları seçməlidirlər. Həm də solğun rəngli dodaqlarınızı dumanlı gözlərlə də tamamlaya bilərsiniz.

Mükəmməl qırmızı dodaq boyası deyilən bir şey varmı?
Sizə yaraşan mükəmməl qırmızı tonu tapmaq üçün qutunun üzərində görünən rəngə önəm verməyin. Dodaq boyasının rəngini əlinizin üzərinə çəkib baxmaqla təyin etməkdənsə, boyanı dodaq rənginizə azca uyğunluğu olan barmaq uclarına çəkin.
Davamı →

Andrey Tarkovskinin qadınları

  • Kino
Sarışın İrme Rauş
Dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurub. Hər evlilikdən bir oğlu doğulub. İlk evləndiyi qadınla 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın Tarkovskinin Kinomatoqrafiya Universitetində tələbə yoldaşı olub. 1957-ci ildə evlənirlər. Elə həmin il oğlan övladları dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur. Uşaqdan sonra ailədə problem yaranır. 60-cı illərin əvvəlində onlar boşanırlar. İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib.

Valentina Malyavina
Lakin bir müddət sonra o, “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O, isə evləndi. Lakin, münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar.
Davamı →

Bürclərə uyğun ailə həyatı qurmaq olarmı?

Mövzunun adından, yəqin, elə düşündünüz ki, bu dəfə sizə hansı bürcə aid insanla ailə həyatı qurmağın məsləhət olduğunu tövsiyyə edəcəyik. Əsla… düz deyiblər, ailə həyatı qurmaq çox çətin məsələdir. Belə bir addım atmazdan öncə bir sıra məsələləri götür-qoy edirik. Görəsən, xasiyyətimiz tutacaqmı? Ailəmiz nə dərəcədə möhkəm olacaq? O mənə xəyanət edə bilərmi? və s. və ilaxır bu tip suallar daima beynimizi məşğul edir.

Diqqətimizdən yayınmayan əsas məsələlərdən biri ailə həyatı quracaq cütlüyün bürclərinin nə dərəcədə tutuşmasıdır. Evliliklə bağlı mediada yayımlanan yazıların bir çoxunda da oxucular üçün bu məsələnin ciddi önəm daşıdığını gördük. Bürclərə görə ailə həyatı qurmaq nə dərəcədə düzgündür?
Davamı →

Uğur qazanmağa təsir edən 9 amil

Müvəffəqiyyət yalnız çox işləməkdən asılı deyil. Bəzən təsadüfən gəlir, bəzəndə qeyri-aşkar amillərlə izah olunur. Uğura təsir edə bilən bəzi amillər bunlardır.

1. Üsyan edənlər yaxşı qazanırlar
Alimlər yeniyetmə dövründə baş verən üsyankarlıq ilə yetkinlik yaşlarda əldə olunan yüksək gəlir arasında əlaqə tapıblar. Təcrübə 1968-ci ildə başlayıb, Lüksemburqdan təxminən 3.000 altıncı sinif şagirdlər sorğu edilib. 2008-ci ildə tədqiqatçılar o vaxt 52 yaşı olan 745 iştirakçı ilə əlaqə qura biliblər. Məlum olub ki,uğur qazananlar – uşaqlıqda qaydaları pozanlar və valideynlərinin səlahiyyətinə riayət etməyənlərdir.
Davamı →

Zövqlü geyindiyinizi göstərən amillər

Belə deyirlər ki, zövqlər ətrafında mübahisə etmək olmaz. Müasir dəb də hər kəsə öz istədiyi tərzdə geyinməyə icazə verir. Lakin dəb dünyasının özünün yazılmamış qanunları var ki, onlara görə kimin zövqümüzü oxşadığını, kimin isə əksinə zövqümüzü korladığını müəyyən etmək olur.

Hər insan geyimində ümumi qaydaları nəzərə alıb öz imzasını qoymağı bacarmalıdır. Təbii ki, necə gəldi geyinənləri nəzərdə tutmuruq. Ancaq özünəməxsusluğu ilə fərqlənən şəxs modapərəst adına layiq görülə bilər.

1. Geyiminizlə bağlı hər gün tərif eşidirsiniz.
Davamı →

Qorxma, səni öldürməyəcəm

  • Esse
Uşaq idim, rayonumuzda sirli bir qətl hadisəsi baş vermişdi. Evdəkilərin bunu pıçıltıyla, bizdən inadla gizlədərək müzakirə eləməsi mənim onsuz da böyüklərin söhbətinə olan aşırı marağımı bir az da gücləndirmişdi. Axır ki, iyləyib-çüyləyib söhbəti öyrənmişdim. Rayon mərkəzində yaşayan gənc ər-arvad öz evində, intiqam zəminində qətlə yetirilmişdi. Səs küyə ailənin yeganə, beş-altı yaşlı uşağı yuxudan oyananda qatil əlindəki bıçağın qanını silə-silə uşağa gülümsəmişdi: “Qorxma, səni öldürməyəcəm”.

Bıçağın qanını silmək məsələsi çox güman ki, camaatın hadisəyə vurduğu bəzək, yəni şifahi xalq yaradıcılığı idi. Amma, “qorxma, səni öldürməyəcəm”i qatilin dediyinə inanıram, çünki bu dəhşətli sözləri uydurmağa insan fantizayasının gücü çatmazdı, bu tanrı ssenarisi idi…
Davamı →

Evlilik təzyiqinin fəsadları

Övladını zorla evliliyə sürükləyən valideynlər bu gün də mövcuddu. İstəmədiyi biri ilə evlənməyə məhkum olunan gənclərin özünə qəsd etdiklərini çox görmüşük. Təəssüf ki, valideynlər hərdən atdıqları addımların sonluğunu düşünmürlər. Məhz buna görə də adətən qızlar çıxış yolunu qaçmaqda tapırlar. 

Elə əsl həngamə də bundan sonra başlayır. Valideynin istədiyi biri ilə deyil, sevdiyi şəxslə qaçan qızlar bütün yaxınları, qohumları tərəfindən daim təzyiqlərə məruz qalır. Halbuki, belə olan halda yalnız bir çıxış yolu var. Necə deyərlər, olan-olub, keçən də keçib. Ana və atanın, qohumların yenidən hədə-qorxuları görəsən nəyi dəyişdirəcək?
Davamı →

F.M. Dostoyevski yaradıcılığında uşaqlıq mövzusu

İstənilən dövrdə yazıçılar uşaqlıq mövzusuna laqeyd qala bilməyiblər. Uşaq dünyası yazıçıları daima həyəcanlandırıb, düşündürüb, yazmağa sövq edib.

XIX əsrin ortalarında uşaq mövzusu rus qəzet və jurnal səhifələrində geniş müzakirə olunurdu. Diskussiyalara tanınmış psixoloqlar, pedaqoqlar və yazıçılar da qatılırdılar. Müzakirələrdə müasirlərinin sosial və əxlaqi nöqsanlarını açmaq üçün cəmiyyətin diqqətini uşaqların saflığına, məsumluğuna çəkməklə göstərməyə çalışıblar. 

Bir çox yazıçılar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda böyüklərin zərif yumorunu qatmaqla yazsalar da, onların daxili dünyasının dərinliyinə nüfuz edə bilməmişdilər. F.M. Dostoyevski isə öz əzərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olmuş yazıçılar sırasındadır. Yazıçının bu incə qabiliyyətini ilk dəfə «Karamazov qardaşları» əsərini (mənə görə İlyuşa Sneqirov obrazı Dostoyevskinin yaratdığı şedevr uşaq obrazıdır) mütailə edərkən kəşf etsəm də, digər əsərlərini də oxuyaraq bu məsələdə yanılmadığıma əmin oldum. 
Davamı →