NƏYİ, NECƏ SÖYLƏMƏLİ...


Bir Padşah, bir gecə yuxusunda bütün dişlərinin töküldüyünü, yemək belə yeyə bilməyəcək hala gəldiyini görür. Həyacan və qorxu içində oyanır. Vəzirini çağırıb, sarayın yuxu yozanlarını dərhal hüzuruna çağırmasını əmr edər. Yuxu yozanlar gəlir.
Padşah gördüyü röyanı yuxu yozanlara ( Təbirçilərə ) nəql edir və təbirçiyə deyir:
"..Ey təbirçi, de görək bu yuxu xeyirdimi şərdimi..? "
Təbirçi fikirləşir, sonra qorxu və utanc içində:
— Şərdir Hökmdar. Uzun yaşayacaqsınız, amma çox təəssüf ki,  bütün yaxınlarınızın gözlərinizin qarşısında bir-bir ölüb, sizi yap yalnız buraxdıqlarını görəcəksiniz.
Bir an səssizlik çökür saraya,  ardından padşah kükrəyərək:
 - Tez atın bunu zindana, fəlakət xəbərçisi olmaq nəymiş öyrənsin..!
Təbirçini həmən zindana atırlar. Padşah bir başqa təbirçidən yozum istəyir.
Hüzura gətirilən təbirçiyədə, yuxusunu danışıb:
— Xeyirdimi, Şərdimi..? — deyə sual edir.
İkinci təbirçi əvvəl bir az düşünər, ama sonra üzü gülüb gözləri işıqlanar.
 - Xeyrdir, Padşahım — deyər.
 - Bu yuxu, bütün yaxınlarınızdan daha uzun yaşayacağınızı göstərir. Daha neçə illər boyu ölkənizi idarə edə biləcəksiniz.
Padşah, həmən buyurar : 
 - Bu təbirçiyə iki kisə qızıl verin.
Hadisəni əvvəldən sonunadək izləyən saray əyanları təəccüb içində Təbirçidən sorağ edərlər ki:
 - Əslində sən və digər zindana atılan təbirçi, ikinizdə eyni şeyi söylədiniz.
 Nə üçün onu cəzalandırdı, səni isə mükafatlandırdı..?!
Təbirçi gülərək:
 - Əlbəttə eyni şeyi söylədik, ama əhəmiyyətli olan odur ki, insanlara NƏ söylədiyin yox, nəyi NECƏ söylədiyin önəmlidir. 


Davamı →

Sevginin üç növü

  • Sevgi
Sevginin də növləri varMasumi Toyotome bir yapon yazıçısıdır. «Dünyada sevilmək istəməyən adam yoxdur», «Amma sevgi nədir, harada tapılır, bilirikmi?»- deyə soruşur. Sonra izah etməyə başlayır. onun düşüncəsinə görə sevgi 3 növdən ibarətdir!...
Birincinin adı "Əgər" növü sevgidir!..Müəyyən qarşılıqları gözləsək bizə veriləcək sevgiyə bu adı vermişdir yazıçı…
buna müvafiq nümunələr gətirərək izahat verir yazıçı: Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər müvəffəqiyyət qazansan və mühim adam olsan səni sevərəm.Əgər yoldaş olaraq mənim ehtiyaclarımı qarşılasan səni sevərəm. Toyotome -ən çox rast gəlinən sevgi növünün bu olduğunu da qeyd edir. Bir şərtlə bağlı sevgi..Qarşılıq gözləyən sevgi… «Sevənin, istədiyi bir şeyin təmin edilməsi qarşılığı olaraq vəd edilən bir sevgi növüdür bu»- deyir yazıçı.
Ardı →

Shift+2=@

"@" (ət) işarəsi elektron poçt simvoludur. "@" işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir.
Çində "@" heroqlifi «ay ta» kimi oxunur və mənası «onu sev» deməkdir.
"@" işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı tacirin yazdığı bir məktubda rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən "@", daha sonra texnologiyalara da daxil oldu. Zamanla istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq «dənəsi 5 manatdan 10 məhsul» kimi bir tərif istifadə etmək yerinə «10 məhsul @ 5 manat» deməyə başladılar. Lakin burada da müxtəlif fikirlər var.
Ardı →

"Nə, Harada, Nə vaxt" sualları - Hikmət Əliyev

1)1924-cü ilddə  «Philip Morris» kompaniyası bütün dünyaya yenilik elan elədi.İstehsala nazik qadın X-ləri buraxılmışdı. Reklamda «May kimi yumşaq»deyildiyindən X qadınları özünə gözlənildiyindən də çox cəlb etmişdi.Zino isə X-i yuxuya getmiş gözələ bənzədirdi.X-in nə olduğunu tapın.

2)Enşteyn onu Əlahəzrət Uşaq adlandırırdı.Öz qəhrəmanı haqqında belə deyirdi: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər»Onu tanımaq üçün sizə bu üç söz sizə kifəyət edər.Şlyapa, iri çəkmə və əl ağacı...onun kim olduğunu tapın.

3)Yəhudilərin nə qədər ağııllı olduğunu göstərən bir əhvalata qulaq asın:Amerika İsrailə həm iqtisadi həm də siyasi məqsədlə kömək etmək üçün onlara 2 general verə biləcəklərini bildirdilər.Yəhudilər çox düşündülər və amerikalılardan bu iki generalı almaq qərarına gəldilər.Kömək üçün deyək ki, bu generallardan birinin xidmətində duranların sayı 250 minə yaxındır, digərinin adını çəkiləndə isə Tomas Edisonu yada salmamaq mümkün deyil.Söhbətin hansı generallardan getdiyini tapın.


Ardı →

Futbol tarixinin ən yaxşı komandaları

İngiltərənin “Daily Mail” qəzeti futbol tarixinin ən yaxşı komandalarını müəyyənləşdirib. Nüfuzlu qəzetin keçirdiyi sorğuda 1-ci yeri 39 il əvvəl dünya çempionu titulunu qazanmış Braziliya yığması tutub. 1970-ci ildə dünya birinciliyində qızıl medallar əldə etmiş komandanın heyətində ulduz futbolçular – Feliks, Brito, Piazza, Karlos AlbertoTorres, Everaldo, Klodoaldo, Gerson, Jairzinyo, Tostao, Rivelinyo və əlbəttə, Pele var idi.

Futbol tarixinin ən yaxşı 50 komandası sırasına türk kollektivlərindən heç biri daxil olmayıb.

Siyahıda ilk “onluq” belədir:
Ardı →

Qadın və kişidə eşqin ilk əlamətləri

Qadın və kişidə eşqin o ilk halları, ilk əlamətləri fərqlilik göstərər.
Qadında eşq əlamətləri:
Gözlərinin içinə dərin bir diqqətlə, maraqla baxar.
Gözbebekleri böyüyər.
Yanınızda və ya ətrafınızdaykən üzü qızarar.
Səs tonunu sizin səs tonunuza uydurmaq üçün yüksəldər və alçaldar.
Sizə doğrudan deyil amma başını əyərək bir baxış atar, beləcə utancaq və çəkingən olduğu mesajını çatdırar.
Danışarkən əli tez-tez çənəsinə gedər, yanaqlarına toxunar.
Ovuc içlərini sizə doğru açıq saxlayar. Güldüyünüz şeylərə o da sizinlə birlikdə, eyni anda gülər.
Ardı →

Bir gecənin tövbəsi

Allahu Təala, Peyğəmbəri Musa Əleyhissalama xitab edib:
— «Ey Musa! Filan məhəllədə, bizim dostlarımızdan biri vəfat etdi. Get onun işini gör. Sən getməzsənsə, bizim rəhmətimiz onun işini görər» buyurdu.
Həzrəti Musa, əmr olunduğu məhəlləyə getdi. Ordakılardan:
— «Bu gecə, burada Allahu Təalanın dostlarından biri vəfat etdimi?» deyə soruşduqda.
— «Ey Allahın peyğəmbəri! Allahu Təalanın dostlarından kimsə vəfat etmədi. Amma filan evdə zamanını pisliklərlə keçirən bir gənc öldü. Pis əməllərinin çoxluğundan heç kim onu dəfn etməyə yanaşmır» dedilər.
Ardı →

Cənnət ağacları

Bir gün Rəsulullah (s. a. a) belə buyurdular: Kim «SubhanAllah» desə, Allah Təala bu zikrə qarşılıq qiyamət günü ona cənnətdə bir ağac əkər.
Yenə kim «La ilahə illəllah» desə, Allah Təala bu zikr qarşılığında cənnətdə ona bir ağac əkər.
Yenə kim «Allahı Əkbər» desə Allah Təala bu zikrə qarşılıq cənnətdə ona bir ağac əkər.
Bu sırada Qureyşli olan bir adam belə dedi:
Ardı →

8 Mart Beynəlxalq Qadınlar günü

8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin «qadın bayramı»nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.

Belə ki, hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (o, ailə ocağının qoruyucusu hesab olunurdu) məbədinə gəlirdilər.
Ardı →

Vətən

Vətən – doğma diyar, ana yurd…
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Davamı →