Çarli Çaplin - komediyanın sehrbazı

«Həmin gecə mən Nyu-Yorkun küçələrində avaralanırdım – Çarli Çaplin öz memuarında yazır, — mağazaların vitrinlərini gözdən keçirir, məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi mən — yaxşı geyinmiş cavan oğlan hara gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma mən heç kimi tanımıram. Nədənsə özümə çox yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən «Esseney» firmasıyla kontrakt bağlayıb qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki, filmləri Nyu-Yorkda görünməz dərəcədə məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə bağladığı üçüncü — 670 min dollarlıq kontraktdan sonra kasıblıq və təhqirlərdən canını birdəfəlik qurtarmış olacaqdı.
Davamı →

Cinsiyyət Mübahisəsi

Qadınlar deyir ki: Kompüter erkəkdir.
Çünki kompüterlər əslində problemləri həll etmək üçün yaradılmalarına baxmayaraq ömürlərinin dörddə üçünü problem yaradaraq keçirirlər. Daha da əhəmiyyətlisi bunlardan bir dənə aldığınız an, bir az daha səbr etmiş olsaydınız çox daha inkişaf etmiş bir modelinə sahib ola biləcəyinizi görüb peşman olarsınız.

Kişilər deyir ki: Kompüter dişidir.
Çünki onun məntiqini Yaradıcısından başqa heç kimin anlaması mümkün deyil. Etdiyiniz ən kiçik səhvi belə yaddaşına yazıb təkrar- təkrar önünüzə qoyar. Və bir kompüter aldıqdan qısa bir müddət sonra fərqinə vararsınız ki, əsl pulu ona lazım olan aksesuarlar üçün xərcləmək məcburiyyətindəsiniz.


Davamı →

Məzəli hekayələr

Qadınlar ağıllıdır
Qadının biri bir gün meşədə gəzərkən tələyə düşmüş bir qurbağa görər.
Qurbağa ona, «Məni bu tələdən qurtarsan, sənə 3 dilək haqqı verəcəyəm». deyir.
Qadın onu xilas edir və qurbağa da:
— «Təşəkkür edirəm, amma sənə diləklərinlə əlaqədar bir şərti söyləməyi unutdum. Nə diləsən, diləyinin 10 qat yaxşısına və çoxuna ərin də sahib olacaq!»
Qadın: «Yaxşı» deyir.
İlk dilək olaraq;
— «Dünyanın ən gözəl qadını olmaq istəyirəm.» deyir.
Qurbağa onu xəbərdar edərək:
Ardı →

Qədim Roma mədəniyyəti

Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur. E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu.
Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.
Ardı →

Qədim Hindistan mədəniyyəti

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi- mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib.
Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. «Sıfır» anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər.
Ardı →

Qədim Misir mədəniyyəti

Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.
Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, — Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur.
Ardı →

Dost başa baxar,düşmən ayağa

Gündəlik həyatda istifadə etdiyimiz məsəllərdən biri " Dost başa baxar, düşmən ayağa"  məsəlidir. Camaat arasında məsəl bəzən öz mənasına uyğun şəkildə istifadə edilmir. Məsələn, birinin ayaqqabısı və ya şalvarının balağı haqqında söz deyəndə həmin şəxs " Dost başa baxar,düşmən ayağa" məsəlini işlədir ki, məsəlin həmin məqamda işlədilməsi düzgün deyil. Ola bilsin ki, «Dost başa baxar, düşmən ayağa»  məsəli bu mənanı sonralar qazanıb.  Lakin indiki halda məsəlin ikinci mənası onun əsl mənasını kölgədə qoyub.


Ardı →

Real hadisələr üzərində qurulub

  • Sevgi
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc… Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
slində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün…
Ardı →

Yuxu ilə bağlı maraqlı bilgilər

  1. Insan yuxuda ikən faktik iflic vəzziyyətdə olur.

  2. Vaxtilə siqaret çəkmiş ,sonradan tərgitmiş şexslər daha parlaq ve real yuxular görurülər.

  3. Bütün insanlar yuxu görür sadəcə bəzileri heç zaman bunu xatirlamir.

  4. Bəzi insalar yuxunu ağ-qara rəngdə görürlər.

  5. Insan gördüyü yuxunun 90%-ni unudur.

  6. Hətta kor insanlar da yuxu görürlər.

  7. Insan xoruldayan zaman yuxu görmür.

  8. Körpələr 3 yasinadək özlərini yuxuda görmürlər.

  9. 3-8 yas arasinda olan usaqlar böyük insanlarin bütün ömrü boyu gördüyündən də daha qorxulu yuxular görürler.

Ardı →

Qiyamətmi yaxınlaşır yoxsa?!

  1. Rusiyada ildə 12 mindən yuxarı qadın, ailə içi şiddət nəticəsində həyatını itirir.

  2. İngiltərədə 15 yaşındakı uşaqların yarısı narkotik istifadə edir, dörddə biri isə siqaret çəkir.

  3. ABŞ və İngiltərə, inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik nisbətinə sahibdir

  4. Çin Respublikasında təxminən 44 milyon qadının itkin olduğu qeyd edilir.

  5. Braziliyadakı Avon qadınlarının sayı, əsgər sayından çoxdur

  6. İngilis süpermarketleri, müştəriləri haqqında hökumətdən daha çox məlumata sahibdirlər.

  7. ABŞdaki hər inək üçün verilən gündəlik 2.50 dollarlıq yem, Afrikanın yüzdə 75-nin gündəlik dolanışığından daha çoxdur.

Ardı →