Qədim Finikiya və Assuriya mədəniyyəti

Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi.
Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyükm olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi.
Ardı →

«Paris Notr-Dam kilsəsi»| Viktor Hüqo

Viktor Hüqo yaşadığı dövr haqqında düşüncələri bəşər tarixinin ümumi konsepsiyası və yazdığı romanda hadisələrin cərəyan etdiyi on beşinci əsr haqda təsəvvürləri ilə yaxından səsləşirdi. Roman “Paris Notr-Dam kilsəsi” adlandırılır və 1831-ci ildə işıq üzü görür. “Paris Notr-Dam kilsəsi” 1820-ci ildə fransız ədəbiyyatında əsası qoyulan ənənənin davamı oldu. Romanda isə diqqət tarixçinin unutduğu və ya əhəmiyyət vermədiyi məsələlər üzərində cəmlənir.


Ardı →

Vasili Blajennı kilsəsi (Храм Василия Блаженного)

Vasili Blajennı kilsəsi — Moskvanın mərkəzi olan Qırmızı meydanda yerləşir.
O, son dərəcə gözəl inşa edilməklə yanaşı, həm də Moskva şəhərinin əsas rəmzlərindən biridir. Qeyri-adi memarlığı ilə diqqətləri üzərinə çəkən bu sənət nümunəsi əsrlərdən bəri dini obyekt rolunu məharətlə ifa edir.
Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən Moskvanın mərkəzində Qızıl meydanda rus memarlığının fəxri sayıla biləcək bir abidə kimi Vasili Blajennı kilsəsi fərqliyi ilə göz oxşadırdı. Bu abidə yerləşdiyi əraziyə verdiyi gözəlliyi və memarlıq zənginliyi ilə seçilir. Həmin abidə, dünya memarlığı tarixində rus memarlığının rəmzinə çevrilmişdir.


Ardı →

Allaha məktub

Rüstəm səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan çıxardarkən qızını, Səbinəni yolla gedən gördü.Əynində gözəl bir don, əlində isə bir məktub var idi. — Hara gedirsən?
— Mən...mən....ata, mən poçta gedirəm.
— Niyə?
— Bu məktubu göndərməliyəm
— Ver mənə mən göndərərəm sənin üçün
Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı.Atası qoydu maşının qabaq oturacağına, qızına əl elədi və yola düşdü. 
İşdə oturarkən məktub Paulun gözünə dəydi. Üstündəki ünvanı oxudu:
Allahım
Cənnət
Səma

Məktubu açdı və oxudu.
Ardı →

Kaş ki...

Bir anda yuxudan oyandım. Çox maraqlı bir işıq gördüm amma otağımın işığı bağlı idi. Baxdım saat 3:30 gecə yarısıdı. Çox yaxşı gördüyüm bu qədər işıq haradandı görəsən?
Birdən çaşıb qaldım… Baxdım ki, əlimin yarısı divarın içində.
Dərhal əlimi çıxartdım, qorxu içində oturub əlimə baxırdım.
Təkrar əlimi divara doğru uzatdım yenə əlim divarın içinə girirdi!!!
Ardı →

HACI ZEYNALABDİN TAĞIYEV

Bir nəfə Hacının yanına dəfələrlə gəlib, onun iş müdirlərinin birindən çuğulluq edir:  "Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına da dükan açıb, fayton alıb, onu işdən qov". Hacı gülümsəyib deyir:" Qalmağı məsləhətdir. O, nə lazımdır hamısını eləyib, bundan sonra işləyəck, onu çıxardıb, başqa adam götürsəm, o da köhnənın elədiklərini yenidən başlayacaq. Qalmağı məsləhətdir!"
Ardı →

Balıqçı və tələbələr

Rəvayət edirlər ki, bir dərviş var idi, ovçuluqla məşğul olardı, xüsusilə balıq tutmaqda çox məharəti vardı.

Çevik quşu göydə oxla vurardı,
Cəld balığı göldə əllə tutardı.

Bir gün torunun çəmənlikdə qurmuş, özü isə pusquda oturmuşdu. Bu zaman üç quş enib torun ətrafında dənlənməyə başladı, elə bu dəmdə haman tərəfdən hay- küy qopdu, mübahisə səsləri eşidildi. Ovçu qorxdu quşlar səsi eşidib qaçsınlar. Pusqusan çıxıb gördü iki tələbədir, elmi mübahisə edirlər, ancaq bir- birini başa sala bilmədikləri üçün az qalırlar savaşsınlar. Ovçu onların yanına gəlib yavaşdan yalvarmağa başladı və dedi: — Ey elm kanları və fəzilətləri! Xahiş edirəm lütf edib bir az sakit olasınız, bu quşlar hürküb qaçmasınlar, mənimdə zəhmətim hədərə getməsin.
Ardı →

Kasıb ananın xəzinəsi

Qadının biri, comərd olduğu deyilən yaşlı bir müdrikə gedib:
— Bu şəhərdə məndən kasıb insan yoxdur!- deyər. Mənə bir az kömək edərsinizmi?
Müdrik adam, qadının qucağındakı körpənin bir ipəyi xatırladan yanaqlarını oxşayıb öpdükdən sonra:
— Deməli kasıbsan!..- deyə soruşar. Həm də çox kasıb… Amma qarşılıqsız kömək etmək, adətim deyil!.. Əgər kömək
Ardı →