Kiçik bir təbəssüm

Kiçik bir qız fikirli bir adama gülümsədi.Çox keçmədi ki, adamın fikri dağıldı. Sonra dostu yadına düşdü. Kiçik bir iş üçün ona təşəkkür etmədiyini xatırladı. Tez bir məktub yazıb yolladı. 
Dostu bu məktubdan o qədər sevindi ki, nahar etdiyi yeməkxanada xidmətçiyə böyük bir bəxşiş verdi.
Xidmətçi ilk dəfə idi ki, belə bəxşiş alırdı. Axşam evə gedəndə bəxşişin bir hissəsini küçənin tinində oturan dilənçiyə verdi.
Dilənçi iki gün idi ki, ac idi. Tez gedib qarnını doyurdu. Sonra da bir binanın zirzəmisindəki “evinə” yollandı.
Ardı →

Tutuquşular kimyaya aid bilikləri haradan bilir?

Bildiyimiz kimi bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda, israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə sizdə maraqlandınız, elə deyilmi?
Ardı →

Böyük yanaqlı sevimli sincab

Kisə yanaqlı sincab digər sincablardan daha fərqlidir. Bu sincab növünü digər sincablardan ayıran xüsusiyyət yemədiyi qidasını yanaqlarındakı kisəsində saxlamasıdır. Sincab daha sonra bunlardan qida ehtiyatı kimi istifadə edir. Yanağındakı kisələr əslində çox elastik quruluşa malik dəri qırışlarıdır. Bunların içəri hissəsi boş olsada rütubətli deyil, yəni qida orada xarab olmadan uzun müddət qalır. Bu kisələr ağızın hər iki tərəfində yerləşir.
Ardı →

Qanuni və məntiqli

Universitetin son sinif şagirdi  imtahandan kəsilincə doğru müəlliminin
yanina gedər:
-«Siz məni sinifdə saxlayaraq həyata atılmamı önləyir və
məni cəzalandırırsınız. İşin bu yanını heç düşündünüzmü?»
-«Təbii düşündüm. Müəllim: mənim vəzifəm məlumatı yoxlamaq
kafi olmayanı sinifdə saxlamaq deyilmi?»
-«Yaxşı. O zaman sizə bir təklifim var. Bir sual da mən sizdən soruşacağam.
Doğru cavab versəniz, mən pis qeydimi qəbul edib sinifdə
qalacağam. Bilə bilməsəniz, qeydimi düzəldəcək və mən imtahandan keçəcəyəm.
 Müəllimin kefi yerində. Təklifi qəbul edər. Və şagird soruşar:
-»Qanuni olub, məntiqli olmayan nədir?
Məntiqli olub, qanuni olmayan nədir?
Nə məntiqli nə də qanuni olmayan nədir?"
Müəllim uzun uzun düşünər amma cavabı tapa bilməz. İddia gərəyi şagirdini imtahandan  keçirər. Amma ağılı da sualda qalar. Sonunda sinifin ən yaxşı şagirdini çağırar, hadisəni izah edər və problemin cavabını bilib bilmədiyini soruşar.
Şagird dərhal cavab verər:
-«Siz 65 yaşındasınız və 23 yaşında bir qadınla evlisiniz.
Bu qanuni amma məntiqli deyil. Yoldaşinizin 25 yaşında bir sevgilisi var.
Bu məntiqli amma qanuni deyil. Siz yoldaşinizin sevgilisini, sinifdə saxlamaq əvəzinə imtahandan keçirib 
məzun edirsiniz. Bu da nə məntiqli, nə də qanuni.»


Davamı →

Bürclərə görə qadınlar

QOÇ
Qoç qadını bir kişidən qorunmağı, güdülməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istər. Ona təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmə təsisində tətil təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basket matçı və ya Bungy-jumping nümayişinə isə qaçaraq gəlir. Şəfqət və sevgi yerinə ehtiras və cinsiliyi seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər. Bir idman qarşılaşmasında komandanın as oyunçususanız və, o da tamaşaçılar arasında isə mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi təklif: «Paraşütlə atlama kurslarına gedirəm, sən də gəlirsənmi?»
Davamı →

H.O.S.T qrupu haqqında

Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib.2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın “Sənsiz (Love Story)” hiti də məhz o dövrdə yazılır.

Ardı →

"Paris məktəbi" rəssamları-1

İyirminci əsr təsviri sənətində, ümumiyyətlə incəsənət tarixində “Paris məktəbi” rəssamları önəmli yer tutur. Maraqlıdır ki, bu rəssamların arasında mənşəcə bir fransız sənətkar belə yoxdur. “Paris məktəbi”nə mənsub olan rəssamlar Birinci Dünya Savaşı ərəfəsində və savaşdan sonra Avropanın müxtəlif ölkələrindən, fərqli mədəniyyətlərdən gəlib kosmopolit Parisdə məskunlaşan, burada yaşayıb-yaradan sənətkarlardır. Bununla belə, onların yaradıcılığını Fransız mədəniyyəti konteksində qəbul etmək və incələmək ən düzgün yoldur.


Ardı →

Vergi nədir və vergilərin mahiyyəti

  • Vergi

VERGİ NƏDİR?
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.


Ardı →

Arı məhsulları ilə müalicə

Bilməyib danışmaq,bilirkən susmaq qədər pis əməl hesab edilir.Buna görə də mən öz bildiklərimi sizinlə bölüşməyi özümə borc bildim.
Arı məhsullarının müalicəvi əhəmiyyətinin böyük olduğunu artıq hamı bilir,lakin,hansı xəstəliyə görə nəyin necə qəbul etmək lazım olduğunu çox az adam bilir.Biz həkimə gedərkən sağlamlığımızı kimə gəldi etibar etmirik,mütəxəssis axtarırıq,alınan dərmanların da keyfiyyətinə əmin olmaq istəyirik.Hər şeydən öncə isə dəqiq diaqnoz lazımdır.Bütün bunları deməkdə məqsədim,belə bir insanı tanımağımdır.
Ardı →