Buğa bürcü

Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarirlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz.


Ardı →

Azərbaycanda "həqiqi" hərbi xidmət

Bu gün eşitdiyim bir xəbərdən sonra Azərbaycanda həqiqi hərbi xidmət haqqında yazmaq qərarına gəldim. Düzdü, mən hələ ki hərbi xidmətdə olmamışam, ona görə də hərbi xidmətin içindən, orda əsgərə qarşı münasibətdən, verilən yeməklər, təhqirlərdən, haqsızlıqlardan danışmayacam. Bunları mənim kimi yəqin ki bir çoxlarınız hərbi xidmətlərini başa vurmuşlardan eşitmisiniz, bəziləriniz isə bunları hərbi xidmətin özündə yaşamısınız. Mənim bu gün toxunacağım mövzu gənc oğlanlarımızın hərbi xidmət problemindəndir.


Ardı →

Ayıb olmasın!

Xalqımızın milli, mənəvi və mental dəyərlərinin zənginliyini nəzərə alaraq bu günkü yazımı ayıblara həsr etmək qərarına gəldim.

>Hamı razılaşar ki, xalqımızın ən dəyərli dəyərlərindən ən dəyərlisi utancaqlıqdı. İndi bəzi qara qəlbli insanlar deyəcək ki, XXI əsrdə yaşayırıq, nə utancaqlıq. Amma əminəm ki aşağıda yazacağım nümunələr fikrinizi dəyişəcək.

Həmişə böyüklərimiz bizə nəyinsə ayıb olub olmadığını deyir. Bəzi geridə qalmış xalqlardakı kimi nəyin doğru nəyin yalnış olduğunu demirlər.

Məsələn, hamilə qadlna «hamilədir», «uşaq dünyaya gətirəcək» və «doğacaq» kimi ifadələr işlətmək ayıbdır.
Ardı →

Müharibədə əsaslı dönüş

1942-ci ilin yayından müharibənin gedişində yeni mərhələ başlandı. 1942-ci ilin iyunu-1944-cü ilin yanvarını əhatə edən bu dövr II dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Belə ki, bu mərhələdə faşist bloku ölkələri cəbhələrdə strateji təşəbbüsü itirmişdilər, iqtisadi, hərbi, siyasi və mənəvi üstünlük antihitler koalisiyasının əlinə keçmişdi. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. 1942-ci ilin mayın 7 — 8-də ABŞ orduları Korolin dənizindəki döyüşdə Yaponiyanı məğlubiyyətə uğratdı. Müharibənin gedişində əsaslı dönüşün ilk tutarlı addımı 1942-ci ilin iyununda Sakit okeanın mərkəzində yerləşən mərcan adası Miduey yaxınlığındakı döyüşdən başlamışdı. Həmin döyüşdə yaponlar ciddi məğlubiyyətə düçar olmuş və bundan sonra Sakit okeanda müdafiə mövqelərinə keçmişdilər. 1943-cü ilin noyabrında Gilbert adalarında da yaponlar ciddi məğlubiyyətə uğradılar.


Ardı →

Azərbaycan klubları Avrokuboklarda

Hamımıza məlumdur ki, ölkəmiz futbolda hələ də inkişaf etməyib və həmişə adımız zəif komandalar arasında çəkilir, püşkatma mərhələlərində ölkəmiz bizim kimi zəif ölkələrlə bir sırada durur. Amma bir sevindirici hal var ki, get-gedə futbolumuz inkişaf etməkdədir, zəif, həm də çox zəif sürətlə olsa belə. Bunu əsasən futbol klublarımızın avrokuboklarda iştirakında görmək olar. Yadımdadı, ən azı 10 il bundan əvvəl Şəmkir klubunun Çempionlar Liqasında mərhələ keçməsini bütün ölkə bayram edirdi, çünki bu müstəqil ölkəmizin tarixində ilk belə hadisə idi. Mən də ikinci mərhələnin ilk görüşü ərəfəsində yaxşı ki Bakıda qonaq idim, qohumlarımın baş-beynini xarab elədim və məni stadiona oyuna baxmağa apardılar. Təəssüf ki ayağım düşmədi və Şəmkir (səhv etmirəmsə) 1-4 hesabı ilə məğlub oldu. Bu oyundan sonra 2009-cu ilə qədər bir neçə dəfə yığma komandamızın və klublarımızın xarici komandaları ilə oyunlarına getdim. Həmin oyunlarda əksər hallarda məğlub olduq, birində isə bərabərlik qeydə alındı. Onda da həmişə deyirdim ki, bizim futbolçulara mənim ayağım düşmür. Amma sən demə günah mənim ayağımda deyilmiş, çünki oyunçularımız oynaya bilmirlərmiş.


Ardı →

KİNO: Memento

Memento — latın sözüdür, «yadda saxla» deməkdir.

Görəsən niyə onun ardınca qaçıram?.. Lənətə gələsən....., deyəsən o mənim ardımca qaçır.....

Leonard hər gün yuxudan durur və güzgüyə yaxınlaşır. Özünün kim olduğunu yadına saldıqdan sonra, harada olduğu barədə fikirləşir. Son dəfə nə etdiyini öyrənmək üçün bədənindəki tatuları diqqətlə tədqiq edir, yaxınlığa qoymalı olduğu «Polaroid» şəkilləri axtarır. Lenny..., yox, yalnız sevimli həyat yoldaşı onu belə çağırırdı...., Leonard amneziya xəstəliyinin xüsusi növündən əziyyət çəkir.



Reliz:              2000
Rejissor:         Christopher Nolan
Ssenari:          Christopher Nolan
Baş Rollarda:   Guy Pierce, Carrie-Anne Moss, Joe Pantaliano

Ardı →

1.4 Marketinqin əsasları

Marketinqin yuxarıda qeyd etdiyimiz baza konsepsiyasına, resurslara istiqamətlənən marketinqin qanunauyğunluqlarına və ümumi biznesin iştirakçılarının alternativ maraqlarına əsaslanaraq marketinq nəzəriyyə və praktikasında əsaslanıla biləcək bir sıra əsas və yüksək səviyyəli tətbiqi marketinq prinsiplərini irəli sürmək olar. Bu prinsiplər dəyərə əsaslanan və Vebster tərəfindən təsvir olunan proseslərin məntiqinə tabedir.  Bu prinsiplərin hər biri o qədər aydındır ki, onların ifadə edilməsinə ehtiyac qalmır. Buna baxmayaraq bu prinsiplərin qəbul edilməsi və təşkilatın fəaliyyətində tətbiq edilməsi təşkilatın müştərilərin ehtiyaclarına reak­si­ya­sında və müştərilərlə qarşılıqlı əlaqələrində köklü dəyişikliklərə səbəb ola bilər.


Ardı →

Qoç bürcü

Qoç bürcündən olanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun monoloquna diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında ozündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür.
Davamı →

Nyuton Isaak

Elm tarixində çox az adam tapılar ki, İsaak Nyutonla müqayisə olunsun, Elm yaradıcılıq aləmində, dünya elminin xəzinəsinə Nyuton qədər kəşflər, ixtiralar gətirən, fizika elmini inkişaf etdirən az adam tapılar. Nyuton((4.1.1643-31.3.1727) bir də ona görə dahidir ki, o, öz yaradıcılığı ilə təbiətin tədqiq olunmasında səmərəli metodlar və üsullar vermişdir.



Ardı →

Gecikmək mədəniyyəti.

Gecikmək mill-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsidir. Umumiyyətlə gecikməyən insana bizdə bir az qeyri-ciddi yanaşırlar. Əlbəttə insan görüş yeriənə vaxtında gəlirsə, demək heç bir işi-gücü yoxdur. «Vallah təcili iş çıxdı, ona görə gecikdim» ifadəsi çoxunuza tanışdır. Bu bir daha bizim millətin nə qədər işgüzar olduğunu göstərir. Deyəsən yenə mövzudan yayınıram. Nəisə…
Ardı →