5. Əngəllərlə mübarizə

Paroxodlar yelkənli qayıqları dənizdən qovdular,
çünki onlar külək olsa da, olmasa da hərəkət edirlər.
Herbert N. Kasson

Uşaqlıq dövrləri iztirabla keçmişdi. Yoxluq, dərd, qəm, kədər sanki onu təqib edirdi. İçki düşkünü atanın yanında böyümüşdü. Hələ kiçik yaşlarından döyülür, vurulur, pul qazanmağa məcbur edilirdi. Atılan hər addımı əngəl dənizinin sahilinə varırdı. Lakin o, bütün bunlara sinə gərir, bir qəhrəman ədası ilə mübarizə aparırdı.
Çox keçmədən adı əfsanə olmuşdu. Milyonları sənətinə heyran buraxan Lyudviq van Bethoven. Qət etdiyi məsafələrə, ram etdiyi əngəllərə baxaraq «Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz», — deyirdi. Bunları dilə gətirərkən isə baş verəcək böyük fəlakətdən xəbərsiz idi.


Ardı →

Çəhrayı-qırmızı makiyaj

1.Karandaş — Çəhrayı karandaşdan həm dodaqlar, həm də gözlər üçün istifadə etmək olar. Məhz bu çalar payız səhərində yorğun gözlərinizi canlı və ifadəli edəcək.

2.Demək olar ki, çəhrayı dırnaq boyası klassikadır. Nə qədər yeni çalarlar satışa çıxarılsa da, hazırda ən çox istifadə olunan məhz çəhrayı boyadır. Çünki o, hər bir geyim növünə və bir sıra makiyaja gözəl yaraşır.

3.Dodaq parıltısı — Dodaqlarınızın diqqət mərkəzində olmasını istəyirsinizsə, açıq-çəhrayı parıltı vurun. Parıltını adi pomadadan sonra alt dodağınızın ortasına vursanız, dodaqlarınız vizual olaraq həcmli və təravətli görünəcək. Ən dəbli rəng qızılgül çalarıdır.
Ardı →

Xərçəng bürcünün xarakteri

Hələ qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə «Xərçəng»in hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür. Bədirlənən Ay zamanında isə qadınların daha zəif və əsəbi olduqları bildirilirdi. Bu səbəbdən də Xərçəng bürcündə daha çox zərif məxluqları qoruyurdular.
Məqalənin girişində qeyd etdiyim kimi, bu Zodiak işarəsinin gəlişi iqlimin daha da istiləşməsinə təsadüf edir.
Davamı →

Lev Landau-dahi fizik

Lev Davidoviç Landau Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının (ABŞ), Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fizikidir.
Onun atası David Lvoviç Landau Balaxanı neft mədənlərində mühəndis işləmiş, anası Lyubov Veniaminovna Qarkavi (Landau) isə Balaxanıda mamaça-ginekoloq kimi fəaliyyət göstərmişdir. Övladlarının təhsil alması vaxtı çatanda — 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçmüş və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılmışdır) mənzil almışdır. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşamışdır.
Davamı →

Nikah

Nikah insan həyatında ən əlamətdar hadisədir. Bu da təbiidir. O, ailənin hüquqi əsasıdır. Nikahı vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı (VADQ) qeydə alır.
Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.


Ardı →

İmmunitet və onun növləri

Bildiyimiz kimi, qanın hər bir formalı elementi və qan hüceyrələri orqanizmdə müəyyən bir funksiya yerinə yetirir. Bizə məlumdur ki, leykositlər orqanizmin mikroblardan, zəhərli maddələrdən və yad hüceyrələrdən qoruyur. Bir sözlə orqanizmin müdafiə sistemində iştirak edir. Böyük rus alimi İ.İ. Meçnikov müəyyənləşdirmişdir ki, leykositlər orqanizmdə müdafiə funksiya yerinə yetirir. Leykositlər  orqanizmə daxil olan infeksion xəstəliklər törədən mikrobları udub, həll etməklə zərərsizləşdirir, nəticədə özləri də ölür və çirk əmələ gəlir. Bu proses faqositoz, leykositlər isə faqositlər adlandırılıb. Muçnikovun bu fikri immunitet təliminin əsasını qoydu. Bu kəşf bir çox keçirici xəstəliklərin qarşısının alınmasına, bəşətiyyəti qırğınlardan qurtaran peyvəndlənmə üsulunu yaratmışdı.


Ardı →

Əkizlər bürcünün xarakteri

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.
Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak işarələrindən yüksəkdə durur.
Davamı →

3.2 Artım matrisi–Boston Konsaltinq Qrupu (BCG group)

1960-cı ilin ortalarında bir çox kompaniyalar fəaliyyət növləri portfelində tarazlığı qiymətləndirmək üsullarını axtarmağa başladılar. Bəzi kompaniyalar yenicə formalaşan və Mead Paper korporasiyasına xidmət göstərdiyi zaman dörd kateqoriya üzrə əldə etmənin təsnifatı metodunu hazırlayan Boston Consulting Group firmasına müraciət etməyə başladılar. 1970-ci ildən bu metod artım matrisi – xüsusi çəki, yaxud da Boston matrisinə (Henderson, 1970) çevrildi. Şəkil 3.5-də Boston Consulting Groupun metodunun əsasında duran iki ölçmə təsvir olunmuşdur.


Ardı →

Kişilər nə istəyir?

Kişilərin istədikləri:
1. Qadınların heç bir şey istəməməsini istəyir.
2. " Səni sevirəm " sözünü bir dəfə söyləyərək, qarşı tərəfi bununla 20 il idarə etməyi istəyir.
3. Göydən yağış deyil, qadın yağsın istəyir.
4. Futbolun 90 dəqiqədən 24 saata çıxarılmasını istəyir, bu 24 saatı də televiziya qarşısında, pijamaları və pivəsiylə keçirmək istəyir.
5. Evli olmaq, amma subay kimi yaşamaq istəyir.
Ardı →