Yuxuların informasiya dili

Yuxunun təbiəti, röyanın necə yaranması və onun özündə hansı informasiyalar daşıması bəşəriyyət tarixinin bütün dövrlərində insan zehnini daima məşğul edən məsələlərdən biri olmuşdur. Ana təbiətin orijinal ideyası olan röyanı millətindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlar görür. Elm artıq sübut edib ki, hətta yatanda yuxu görmədiklərini təkid edən insanlar da vaqiə görürlər, sadəcə, onlar ayılanda öz gördüklərini yada sala bilmirlər. 
Ardı →

qız tutmaq 2

Qız tutmaq öz inkişaf dövrünü yaşayır.  Qız tutmaq  termini dövrdən, fəsildən asılı olaraq öz adını dəyişir. Bu yaxınlarda marşrutda iki ovçunun(hunter) Şıxov çimərliyinə getmək haqqında danışması diqqətimi cəlb etdi. Məhz buna görə də bu postu onlara ithaf edirəm. Gəncləri şərti olaraq cındır və cındırquyruğu adlandırıram.
Ardı →

Normal dəri

Gözəllik və dəriyə qulluq haqqında olan bütün mənbələrdə adətən problemli dərilərdən söhbət açılır. Yağlı dəri, quru dəri, qarışıq dəri… problemlərinə dəfələrlə müraciət olunub. 
Diqqətdən kənarda qalan bircə dəri quruluşu var: normal dəri. Nəmliyin, yağlılığın normal səviyyədə olduğu bu dəridə problemlər, adətən, az olur. Lakin bu, o demək deyil ki, normal dəriyə qulluq etmək lazım deyil. Dəri bütün hallarda qulluq tələb edir. Ən azından ona görə ki, ötən hər il insanın orqanizmində dəyişikliklərlə müşahidə olunur. Müəyyən yaş həddi keçdikdən sonra isə bu dəyişikliklərin heç biri yaxşılığa doğru getmir.
Ardı →

Ağa Musa Nağıyev

1919-cu ildə Musa Nağıyevin varisləri onun əmlakını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Digər tərəfdən Ruhani cəmiyyəti də tələb edir ki, Musa Nağıyev şiə məzhəbinə mənsub olduğu üçün sərvətinin 10-da bir hissəsi məscidə verilməlidir və məhkəməyə rəsmi iddia da təqdim etmişdi. Varislər ruhani cəmiyyətini bu bölgüdən kənarlaşdırmaq üçün sübut etdilər ki, vaxtilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırıb, Bəhayi kitabına əl basıb and içib. Məhz bu fakt da Ağa Musanın adının sonradan xalq arasında nisbətən hörmətsizliklə çəkilməsinə səbəb oldu…


Ardı →

Musiqi ruhun qidasıdır, canın dərmanı!

Biz elə bir dairəylə maraqlana bilərik ki, bu istər-istəməz bizə mənfi təsir göstərə bilər və həmin maraq dairəmiz orqanizmimizə arzuolunmaz ziyan verə bilər. Hər cür insan olduğu kimi yer üzündə o qədər də zövqlər və maraqlar mövcuddur və bunların hər biri də öz həddini aşanda insana yorğunluq, stress və hətta depresiya da gətirə bilər. İşləyirik, çalışırıq, gedirik, gəlirik – dincəlmək bilmədən vurnuxuruq və nəticədə orqanizmimizdə baş verən fəsadlarla qarşılaşmaq məcburiyyətində qalırıq. Nəinki, işləmək, hətta seçdiyimiz əyləncələr də bizləri yora bilər. Professorlar deyirlər ki, diskotekalara, səs-küylü pop musiqisinə, kompüterlərə olan hədsiz maraq bəzən insanı yükləmiş olur, hətta psixikanı da məhv edir, ən əsası da ki, cavan orqanizmləri.

Xarici ölkələrdə bəzi tibbi mərkəzlərdə psixiatorlarla bərabər musiqiçilər də çalışırlar. Belə ki, musiqiçilər də insanı müalicə edirlər. Sırf səslərlə- sənətlə, musiqiylə. Kimisi orda şəkil çəkir, kimisi isə musiqi dinləyir. Daha çox da klassik musiqi.


Davamı →

Sözün qüdrəti

Nitq bacarığı bəşəriyyətin unikal nailiyyətidir. Hesab olunur ki, insanı bütün canlılardan fərqləndirən əsas faktorlardan biri məhz dildir. Dil insan şüurunun və şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Nitq insanlar arasında ünsiyyəti təmin edir. 

Dil vasitəsilə ötürülən məlumat təbii ki, söz şəkilində olmalıdır. Sözlər vasitəsilə insandüşünür, öz fikrini, hissini, biliyini, gördüyünü ifadə edə bilir. Müqəddəs kitablarda qeyd olunur ki, dünyada mövcud olanlar elə sözdən yaranıb. Yəni, Allah deyib dəniz olsun və dəniz yaranıb, işıq olsun işıq olub. Məşhur psixiatr Ziqmund Freyd güman edirdi ki, söz insan şüurunun baza instrumentidir, ona görə də o, xüsusi təsirə malikdir. Freyd yazırdı: “Söz və magiya əzəldən bir olub, hətta bu gün də əksər sözlərin sehrli qüvvəsi itməyib. Söz vasitəsilə insan digərinə böyük xoşbəxtlik bəxş edə bilər və yaxud onu sonsuz ümidsizliyə salar. Sözün köməyi ilə müəllim öz biliyini şagirdə ötürür, sözlə natiq auditoriyanı ələ alır, onun fikrini və qərarını müəyyənləşdirir. Söz emosiya yaradır və bütövlükdə o, bizim əlimizdə yaxınlarımıza təsir etmək vasitəsidir”. 
Ardı →

Azərbaycanın iqtisadi-coğrafi mövqeyi

Azərbaycanda 66 rayon, 70 şəhər, 192 şəhər tipli qəsəbə, 4242 kənd var. Son illərdə Azərbaycanda Xızı, Qobustan, Siyəzən, Samux, Sədərək, Ağstafa, Kəngərli rayonları yaradılıb. Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-ininki isə mülayimdir. Azərbaycanda qışın mülayim keçməsi — əhalinin yanacağa və isti paltara çəkilən xərclərini azaldır, ilboyu mal-qaranın təbii otlarla qidalanmasına, ildə iki dəfə məhsul götürməyə imkan verir. Azərbaycan Ermənistandan başqa digər 4 qonşu ölkə ilə və Iran ərazisindən keçməklə Naxçıvanla iqtisadi əlaqələr yaradır.
Ardı →

Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
— Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!


Davamı →

Söz sənətinin acı səhifələri.

Həyatı obrazlı şəkildə əks etdirən, bədii sürətlərlə sürətlərlə təsvir edən zö sənətimiz sayılan bədii ədəbiyyat bu günə kimi çox keşməkeşli yollardan keçib. Bədii ədəbiyyat hər zaman konkret ictimai-tarixi və siyasi-sosial şəaritdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı hər əsrdə yeni-yeni məsələlərin təsiri altına düşmüş və yeri gəldiyində qurbanlar verərək ağır nəticələrlə də nəticələnmişdir. Hərçənd ki, bu gün mənim «qurban getdilər» deyə adlandırdığım şəxslərin ruhu bəlkə də məndən inciyərlər, çünki, bu onlar üçün şərəf olsa gərək!

20-30-cu illərdə mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə;  yaranmalar və devrilmələr — Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, devrilməsi, sovet hakimiyyətinin quluması və s. bunun kimi mühüm hadisələr bir-birinin ardınca yeni-yeni mərhələlər gətirərək ədəbiyyatımızda yeni-yeni ideyalara, yaradıcılıq qüvvərlərinə  təkan vermişdi.
Artıq maariflənmə işi daha da güclə start götümüşdü. Bu dövrlərdə də hökümət dairələri yazıçıların yaradıcılıqlarına, onların yazıb-yaratdıqlarına daha da cidd və böyük təsir göstərirdilər. Bunun nəticəsində də yazıçı ilə cəmiyyət arasında süni divarlar hörülürdü. Bəzən bəzi yazçılar öz yaradıcılıqlarına uyğun olmayan əsərlər də yazırdılar. Amma bütün bunlara baxmayaraq elə təcrübəli yazıçılar da var idi ki, öz yaradıcılıq prinsiplərinə nə olur-olsun xəyanət etmir, öz sadiqliyini göstərərək istədiyi kimi yazıb-yaradırdılar.


Ardı →

Yerin iqlim qurşaqları. Göy sferinin əsas elementləri

Yerin iqlim qurşaqları

Yerin şəkil müstəvisinə proyeksiyasına baxaq (şəkil 1.3).
Coğrafi enliyi φ=±66°33’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (a’a) və cənub (d’d) qütb dairələri deyilir.
Coğrafi enliyi φ=±23°26’.5 olan nöqtələrindən keçən coğrafi paralellərə şimal (b’b) və cənub (c’c) tropikləri deyilir.
Şimal (b’b) və cənub (c’c) tropikləri arasındakı qurşağa isti və ya tropik qurşaq deyilir. Şimal qütb dairəsi (a’a) ilə şimal tropiki (b’b) arasındakı qurşağa şimal mülayim qurşaq, cənub qütb dairəsi (d’d) ilə cənub tropiki (c’c) arasındakı qurşağa isə cənub mülayim qurşaq deyilir.Şimal qütb dairəsindən (a’a) Yerin şimal qütbünə (pN) qədər olan qurşağa şimal soyuq qurşaq, cənub qütb dairəsindən (d’d) Yerin cənub qütbünə (ps ) qədər olan qurşağa isə cənub soyuq qurşaq deyilir.


Ardı →