Kitabın ilk bölümündə Qədim Misirdəki firon rejimindən söz açmış və bu rejimin fəlsəfi dayaqlarının ən əsas məqamlarına toxunmuşduq. Artıq bilirik ki, Qədim Misirdə materialist dünyagörüşü hakim idi, yəni onlar maddənin əzəli və əbədi olduğuna, yaradılmadıqlаrına inanırdılar. Bununla bağlı mason yazarları Kristofer Nayt (Christopher Knight) və Robert Lomasın (Robert Lomas) «The Hiram Key» (Hiram Açarları) adlı kitabından gətirdiyimiz sitatı yenidən xatırladaq:
«Qədim Misirdə maddənin əbədi olduğuna inanırdılar. Bir Yaradıcının heçlikdən hər şey yaratdığını düşünmək onlara məntiqsiz görünürdü. Onların fikrincə, dünya xaosun içindən düzənin doğması ilə yaranmışdı. Bu xaosu onlar da şumerlər kimi „Nun“ adlandırırdılar. Nun — qaranlıq, su dolu bir dərinlikdi, bu dərinliyin öz içində bir gücü vardı və bu yaradıcı güc düzənin formalaşmasını əmr etmişdi… Xaosun içindəki həmin güc öz varlığının fərqində deyildi. O, qarışıqlığın təsadüfən əmələ gətirdiyi bir potensial idi...»
Bəli, Qədim Misirdəki bu məntiqsiz fikirlərlə dövrümüzün materialist nəzəriyyələri arasında xeyli bənzərlik var. Bunun gizli, amma çox önəmli bir səbəbi isə Qədim Misir inanclarını mənimsəyən və bu günümüzə qədər yaşadan, bundan sonra da yaşatmaq istəyən bir təşkilatla bağlıdır — masonlarla…
Ardı →