Kainat bizi əhatə edən sonsuz varlıq olub, 100 mln-larla qalaktikadan ibarətdir. Qalaktika göy cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqəyə girərək əmələ gətirdikləri sistemdir. Bu sistemlərdən biri bizim yaşadığımız yer planetinin daxil olduğu günəş sistemidir. Bu sistemə Günəş, onun ətrafında fırlanan 9 planet, onlarla peyk, minlərlə asteroid, komet və meteroid daxildir. Komet və meteroidlər daha kiçik səma cisimləridir. Meteroidlərin — asteroidlərin parçalanması nəticəsində yaranması fərz edilir. Günəş yerə ən yaxın ulduz olub, aralarında orta məsafə 150 mln km -dir. Günəş 70% hidrogendən, 29% heliumdan ibarətdir Günəşin mərkəzində temperatur +20mln C0, səthində isə 6000 C0-dir. Saniyədə 300 min km sürətlə hərəkət edən işıq şüası Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır. Günəşin atmosferi 3 qatdan-fotosfer, xromosfer və günəş tacından ibarətdir.
Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.
O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.
Diplomatik missiya başçısının ölkədə fəaliyyətini bitirməsinin müəyyən protokol prosedurası mövcuddur. Missiya başçısının akkreditə olduğu hökumət onun geri çağırılmasını tələb edirsə, əksər hallarda, nüfuz nöqteyi-nəzərindən, onu əvəz etməzdən öncə diplomatı məsləhətləşmələr üçün çağırır.
İlk romantik bəstəkar avstriyalı Şuberti (1797 — 1828) onun bilavasitə sələfi Bethovenlə müqayisə etdikdə musiqidə nə dərəcədə əhəmiyyətli dəyişikliklərin baş verməsi açıq-aydın görünür. Bethovenin qəhrəmanı öz üzərinə nəhəng, şəxsi mənafelərindən uzaq məqsədlər qoyub ona kəskin mübarizədən sonra nail olur. Şubertin qəhrəmanı da xoşbəxtlik, səadət sorağındadır, lakin o, bədbinliyə, ümidsizliyə qapılır və axırda tənha qalır. Şubert musiqisinin obrazlar dünyası bəstəkarın öz həyatı ilə də səsləşirdi. Belə ki, dostlarının söylədiklərinə görə, son dərəcə təvazökar, hətta utancaq olan Şubert çox vaxt mənəvi sarsıntılar keçirir, öz mənafeyini qoruya bilmirmiş. O, daim maddi ehtiyac içində yaşamış və bəzən fortepianosunu girov qoymalı, musiqini alətsiz bəstələməyə məcbur olmuşdur. Lakin heç bir çətinlik Şuberti seçdiyi yoldan döndərə bilməmişdir.
Davamı →
1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank fəaliyyət göstərirdi. Onların 7000-i emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir və banknotların emissiya hüququna malik deyildilər. ABŞ-ın bütün ərazisi 12 dairəyə bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan az olmayan federal ehtiyat bankı təsis edilmişdir. Əvvəllər Federal ehtiyat sisteminin əsas məqsədi bank böhranlarında və birja çaxnaşmalarında banklara kömək etməkdən ibarət idi. 1914-cü ildən 1922-ci ilə qədərki dövrdə on iki federal ehtiyat bankının rəsmi nümayəndələri dövri şəkildə məsləhətçi görüşlər və iclaslar keçirirdi. Bu iclaslarda monetar siyasətin istiqamətləri hazırlanırdı. Federal ehtiyat sisteminin təşəkkülü dövründə ictimai -siyasi faktorlar federal ehtiyat banklarına bu təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi.
Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. Uzun müddətli ayrılıqdan sonra yenidən suallarımızı yerləşdirirəm. Ümidvaram ki, bəyənəcəksiniz.
26. Şeirə diqqətlə qulaq asın.
Sən dünyalar gözəlisən, Azadlıqlar diyarında
Uşaq kimi qəribəsən, Ya da başqa kainatda
Mənə hər an gərəklisən, Iğdır, İzmir nə Ankara
Qəlbimin bir küncündəsən Təksən inan bu dünyada
Həvəskar şair Vüqarın ilham mənbəyini bir dəqiqə ərzində cavab kartınıza yazın....
İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndirir, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək.
Özünütəsdiq motivi –özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir.
Alkiviad qədim zadəgan nəslinə məxsusdu. Atası beotiyalılarla Xeroneya döyüşündə həlak olmuşdu. O, Periklin də yaxın qohumu idi. Uşaqlıq və gənclik illərində hədsiz yaraşıqlı olan Alkiviad istər-istəməz hamıda rəğbət oyadırdı. Onun saysız himayədarları və tərbiyəçiləri vardı. Sokrat onu bir çox təhlükəli yollardan qorumuş, gənc və qabiliyyətli oğlanın düzgün tərbiyə olunmasında əsas rol oynamışdı. Əvəzində Alkiviad da filosofa öyrəşib onunla birgə özünü sərt həyat tərzinə alışdırmışdı. Hələ yeniyetmə ikən Sokratla bərabər Potideya döyüşündə iştirak etmiş, onunla bir çadırda qalıb çiyin-çiyinə vuruşmuşdu. Döyüşün gərgin vaxtında Sokrat yaralanan Alkiviadı ölümdən qurtarmışdı. Bütün bunların nəticəsində Alkiviad həm də gözəl natiqlik məharəti qazanmışdı. Buna görə hələ erkən yaşlarından siyasi fəaliyyətə başlayanda onun gələcəyinə şübhə edən çox az idi.
Yer səthinin, onun üzərində olan obyektlərlə birlikdə kiçildilmiş, şərti işarəli təsvirinə coğrafiya xəritəsi deyilir. Məzmununa görə xəritələr 2 qrupa bölünür:
a) Ümumcoğrafi xəritələr — Yer səthinin ümumi mənzərəsini əks etdirir.
b) Tematik xəritələr — hər hansı bir hadisə (məs: iqlim, torpaq) daha, konkret olaraq təsvir olunur. Bəzən tematik xəritədə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə komponent təsvir olunur ki, buna kompleks xəritələr deyilir. Ərazinin əhatə olunmasına görə xəritələr:
a) dünya və yarımkürələr xəritəsi,
b) materiklər və onların hissələrinin xəritəsi,
ç) dövlətlərin və onların ayrı-ayrı hissələrinin xəritəsinə bölünür. Miqyasına görə xəritələr 3 qrupa bölünür:
Inna və Nika adl; 2 rus balaca qızının Cücələrim mahnısına baxdım:
Baxdım və fikirləşdim ki,Azərbaycanın dünyada ən məşhur mahnısı yəqin ki Cücələrimdir.«Cücələrim» dünyanın bir sıra dillərində uşaqların dilinin əzbəri olan mahnılardan biridir. Mahnı türk, rus, ingilis, alman, yapon, bolqar, polyak, serb, xorvat və rumın dillərinə tərcümə edilmişdir.
1949-cu ildə yazılan bu mahnının bəstəkarı Qəmbər Hüseynli, sözlərinin müəllifi Tofiq Mütəllibovdur. Mahnının ilk ifaçısı Arif Həziyevdir. Mahnı keçmiş SSRİ məkanında 1959-cu ildə, Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Suğra Bağırzadənin onu ifa etməsindən sonra şöhrət qazanmışdır. Ümüumiyyətlə mahnının tarixçəsi haqqında bu 10 dəqiqəlik videoda Könül Arifqızı,Arif Qazıyev və başqaları ətraflı məlumat vermişlər:
Burada 7:45 dəqiqədə Sovet multiplikasiyasının şedevrlərindən olan «Nu, poqodi!» silsilə cizgi filminin seriyalarından birində də səslənməsi də verilib.Mahnının 1959-cu ildə elə Cücələrim ansamblı və Dövlət Simfonik Orkestrinin ifasında ilk variantıyla youtubeda tanış ola bilərsiniz.Mahnının bir qədər müasir (Crazy Frog tipində) variantına da qulaq asmaq olar:
Цып-цып мои цыплятки çox məşhurdur,«Кристалл» qrupunu bir qədər ruslaşmış formada oxuyub,amma nəinki rus dilində,eləcə də bütün dünyada Cücələrim mahnısını ən qəşəng oxuyan Katya Lel olub. Baxmayaraq ki,milli mahnımızdır,amma Katya Lel bu mahnını gözəl səhnədə,gözəl kostyumda və gözəl ifada səsləndirib.Sadəcə adama zövq verir:
Google deyir ki hətta Meksikanın seksi müğənnilərindən biri olan Pilar Montenegro da bu mahnını oxuyub.
Cücələrim bizim neftimiz,sazımız,aşıq musiqimiz,muğamımız,Qız Qalamız kimi əzizdir. O həmişə bizimlədir.Toyda da,uşaq bağçasında da,hətta hərbi xidmətdə də:))):