Makedoniyalı İsgəndərin həyatından


Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:
— Bunun harası pisdir. Demək onlar qabaqcadan qələbə qazanmaq əhval-ruhiyyəsindədirlər.
Bir dəfə Dara üzərində qələbələrin birindən sonra küçə ilə gedərkən, İsgəndər ona çatmalı olan qızıl
Ardı →

Sual əvəzlikləri

İNTERROGATİVE PRONOUNS

Müаsir ingilis dilindә аşаğıdаkı suаl әvәzliklәri vаrdır: who, whose, what, which.
Suаl әvәzliklәri хüsusi suаllаrdа işlәnir vә bir qаydа оlаrаq cümlәnin bаşlаnğıcındа durur, mәsәlәn:
Who is in the room? Whose book is this? What do you want? Which pen do you prefer?
1. Who suаl әvәzliyi.
Ardı →

Qədim yunan mədəniyyəti

Yunan əfsanələri. Homer. Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında məlumat verir.
Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar «Dedal və İkar», «Tesey», «Arqonavtlar», «Herakl», «Promotey», «Demetra və Persofena»və s. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi.
Yunan əfsanələrindən birinə görə, Troya şahzadəsi Paris ilahə Afroditanın yardımı ilə Sparta padşahının arvadı Yelenanı qaçırır. Padşah bundan qəzəblənir, bütün yunanları müharibəyə çağırır. Yunanların yüzlərlə gəmisi Troyanın yerləşdiyi Kiçik Asiyaya yan alır. Müharibə on il davam edir. Troya müharibəsi e.ə 1200-cü ildə başlanmışdı. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaratmışdılar. Kor şair Homer bu əfsanələr əsasında e.ə. VIII əsrdə «İliada» və «Odisseya» epik poemalarını yaratmış, onlar e.ə. VI əsrdə yazıya alınmışdı. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. XI-IX əsrlər Homer dövrü adlanır.


Ardı →

Lev Davıdoviç Landau

«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir»
L.D.Landau
L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya­şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu­ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.
Davamı →

Dahilər və şahmat

Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər.
Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır.
Ardı →

İşığa doğru...

Bir dəstə arını və milçəyi şüşə qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər. Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar və şüşənin ağzı açıq olduğu üçün qaça bilirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı ( hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar…
Ardı →

Xəzər dənizi

Xəzər dünyanın ən böyük qapalı su hövzəsi-gölüdür. Lakin böyüklüyünə, hidroloji xüsusiyyətlərinə görə ona dəniz deyirlər. Vaxtı ilə o, Qara dənizlə bitişik olan Sarmat dənizini əmələ gətirib. Keçmişdə Xəzərin okeanla əlaqəsinin olmasını okean üçün xarakterik olan suitinin Xəzərdə yaşaması bir daha sübut edir. Tarixən Xəzərin 70-ə yaxın adı olub; Kaspi, Hirkan, Bakı, Dərbənd, Xvalın, Gürgan və s. Xəzər 5 ölkənin — Iran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmanistanın dənizidir. Xəzər sahillərində yarımsəhra və səhralar geniş sahə tutur.
Sahəsi 371 min km2, həcmi 76000 km3, uzunluğu 1200 km, eni 320 km, orta dərinliyi 184 m, ən dərin yeri — Lənkəran çökəkliyində — 1020 m, ən dayaz yeri şimalda 5 m-dir. Xəzərin sahil xətlərinin uzunluğu 6,5 min km-dir.
Davamı →

CV necə yazmalı?

Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:


1. Soyadınız, adınız, atanızın adı
Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir.

2. Əlaqə məlumatları
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin.
3. Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.


Ardı →

Xəzər xaqanlığı

Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.
Xəzər xaqanlığı VII-IX əsrlərdə qüdrətli dövlət idi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik xaqan idarə edirdi. Xaqanın baş məsləhətçisi irsi olan «məlik» və ya «xaqanbəyi» adlanırdı.


Ardı →

Biz evə qəzet almırıq

Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq yerində də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə getmişdir.
Bir az sonra dostumun arvadı salona gəldi.
— Sabahınız xeyir!...
— Sabahınız xeyir...
— Rahat yata bildinizmi?
— Çox rahat yatdım.
— Xidmətçidən qəzet istəmişsiniz?
— Bəli.
Qadın pıçıltı ilə dedi:
— Biz evimizə qəzet almırıq.
Mən də onun kimi pıçıltı ilə soruşdum:
— Nə üçün?
O yenə də pıçıltı ilə dedi:
— Əvvəllər hər səhər üç qəzet alırdıq, indi almırıq… Altı aydır evimizə qəzet gəlmir.
Mən yenə də pıçıltı ilə:
— Nə üçün yavaşcadan danışırsınız – deyə soruşdum.
O bir az da qulağıma tərəf əyilib dedi:
Ardı →