Nyutonun həyatı

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuton bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial hesabın metodlarını işləyib hazırlayır.
İ.Nyutonun həyatında baş verən ən böyük hadisələrdən biri 25 aprel 1685-ci ildə «Natural fəlsəfənin başlanğıcı» əsərini Kral cəmiyyətinə təqdim etməsidir. Kitabda Kopernikin təliminin sübutları, Keplerin fərziyyələri, fəza cisimlərinin günəş ətrafında fırlanması və s. bir çox kəşflər öz əksini tapmışdır.
Davamı →

Zərflərin əmələ gəlməsi və yazılışı

Zərflər (наречия) müxtəlif nitq hissələrindən əmələ gəlmiş və gəlməkdədir. Bəzi zərflər lap çoxdan yaranmış, sonralar yox olmuş, bəziləri isə bu yaxınlarda başqa nitq hissələrindən düzəlmiş və hazırda rus dilində işlədilir. Misal üçün, по-вражески zərfi вражеский sifətindən düzəlmişdir. Müxtəlif nitq hissələrinə məxsus olan bəzi sözlər də zərflərə keçərək öz əvvəlki leksik mənalarını və qrammatik xüsusiyyətlərini itirmiş, yeni, zərflərə xas olan əlamətlər qəbul etmişlər. Aşağıdakı iki cümləyə diqqət yetirək:
1) вошел в темную комнату.
2) Нельзя действовать втемную.
Birinci cümlədəki темную sözü sifət olub комнату sözü ilə uzlaşaq tək-cəmə, cinsə və hala görə dəyişir (burada темную təsirlik halda işlədilib). Bu sözün leksik mənası «işığı olmayan, qaranlıq» deməkdir. Ikinci cümlədəki втемную sözü isə zərfdir: o, dəyişmir, özü də действовать felinə aiddir. Bu sözün leksik mənası «görmədən, bilmədən, kor-koranə, bəxtəbəxt» deməkdir.
Ardı →

Ən çox reytinq yığan mükafatlanacaq

kayzen.az administrasiyası saytın inkişafı və istifadəçilərə daha rahat şəraitin yaradılması üçün müzakirədən sonra yeni bir qərara gəlib. fidanın təklifi və digər istifadəçilərlə razılaşmadan sonra qərara alındı ki, saytın ən yüksək reytinq qazanmış istifadəçiləri mükafatlandırılsın. Mart ayının 15-dən sonra saytda ən çox aktiv olmuş,ən çox reytinq yığmış şəxs istifadəçilərin təklifi ilə başlanğıc üçün 250 USD mükafatlandırılsın.
Sayt administrasiyasından admin, 2ral və fidan reytinq yarışmasında iştirak etmir. Reytinq sistemi ilə bağlı https://kayzen.az/page/faq/reytinq oxumaq məsləhət görülür.
Davamı →

Sayların oxunuşu və yazılışı

Kәsr sаylаrı (fractional numbers)

Müаsir Аzәrbаycаn dilindәn fәrqli оlаrаq, ingilis dilindә kәsr sаylаrındа hәm miqdаr, hәm dә sırа sаylаrındаn istifаdә еdilir; Аzәrbаycаn dilindә kәsrin hәm surәtindә,hәm dә mәхrәcindә miqdаr sаyı işlәnir, mәsәlәn; — ½ ikidә bir.
İngilis dilindә isә surәt miqdаr sаyındаn, mәхrәc isə sırа sаyındаn ibаrәt оlur, mәsәlәn;1/5 one fifth.

Sаylаrın охunuşu

Sаylаrın охunuşu bахımındаn müаsir ingilis dili ilə Аzәrbаycаn dili аrаsındа müәyyәn fәrqlәr vаrdır. Bu fәrqlәr аşаğıdаkı hаllаrdа müşаhidә еdilir:

1) müаsir Аzәrbаycаn dilindә оn birdәn iyirmiyә kimi sаylаrdа әvvәlcә оn sаyı, sоnrа isә müvаfiq tәklik işlәnir, yəni hәmin sаylаr оn bir, оn iki, оn üç vә s. dеyә охunur. Müаsir ingilis dilindә isә bu qәbildәn оlаn sаylаrdа əvvəlcə müvаfiq tәklik, sоnrа isә оn mənаsı vеrәn -teen şәkilçisi gəlir vә hәmin sаylаr tәklikdәn bаşlаnаrаq bu tәrzdә охunur: fourteen, fifteen, sixteen və s.

2) Аzәrbаycаn dilindәn fәrqli оlаrаq, ingilis dilindә хrоnоlоji tаriхlәr miqdаr sаyı ilә göstәrilir vә dilimizdә оlduğu kimi, mәsәlәn, min dоqquz yüz yеtmiş. bеş şәklində dеyil, tаriхi göstərәn rәqәmlәr cüt-cüt охunur, mәsәlәn, 1945 (nineteen forty-five), 1975 (nineteen seventy-five). 1800, 1900 və s. qәbildәn оlаn tаriхlәr müаsir dilimizdәki kimi min sәkkiz yüz, min dоqquz yüz dеyil, bеlә охunur: eighteen hundred (оn sәkkiz yüz), nineteen hundred (оn dоqquz yüz). 1802 kimi tаriхlәr iki cür охunа bilir;
1.tаriхin tәrkibindә оlаn sıfır охunmur: eighteen two,
2.tаriхin tərkibindә оlаn sıfır охunur: eighteen ou two.
Ardı →

Bir addım atın

Ən böyük uğurlara ilk addımla başlanılır. Siz də həyatdan və özünüzdən şikayət etməyin, bunun əvəzinə, özünüz üçün kiçik bir addım atın. Kiçik addımlar, böyük uğurlara gedən yolda ilk addımdır. Etmək istəyib, lakin edə bilməyəcəyiniz və ya cəsarət edə bilməyəcəyiniz bir şey edin. Gücünüz də, istedadınız da var. Pessimist insanlar «alınmaz» deyə düşündükləri halda, optimistlər «alına bilər» düşüncəsinə mailk olurlar. Hər zaman müsbət düşünən insan isə «etdim» deyər. Heç düşünmüsünüzmü ki, hər səhər sizi ruhlandıran mesajlar dinləsəydiniz, zehniniz, ürəyiniz, ruhunuz coşğu və həyəcanla dolsaydı, gününüz necə keçərdi?

Bir dostunuz, həyat yoldaşınız və ya partnyorunuz sizinlə ilham verən, enejinizi artıran, «bacara bilərsən» mesajları ilə dolu bir dialoq aparsaydı, içinizdəki gerçək potensialınızı ortaya çıxarmaq üçün daxili  gücünüzü necə istifadə edərdiniz?
Ardı →

Albert Eynşteynin həyatından maraqlı

A.Eynşteyn (1879-1955) çox sakit böyümüş, danışmayan uşaq olub, həmişə səs-küydən qaçmışdır. Dahi Eynşteyn uşaqlıqda riyaziyyat və fizikadan geri qalırdı. Dayısı Yakob onu sakitləşdirərək dekyirdi: «Heç nə olmaz, Albert, hamı professor ola bilməz ki… sən də gələcəkdə bir sənət sahibi olarsan.»
Eynşteyn bütün dünyada ən populyar fizik və alim olmuşdur. İsrail dövləti hətta onu ölkənin prezidenti olmağa dəvət etmişdi, lakin böyük alim bu təklifi qəbul etməmişdi. Buna oxşar hadisə XVII əsrdə olmuşdur. 1654-1658-ci illərdə İngiltərənin vahid prefektoru olsa da Oliver Kromvel dönə-dönə edilən təklifləri rədd edib kral olmaqdan imtina etmişdir.Corc Vaşinqton da (1732-1799) ikinci prezidentlik səlahiyyəti başa çatdıqdan sonra konqres ondan konstitusiyaya əlavə etməklə üçüncü dəfə prezident olmasını xahiş etsə də o bu təklifi rədd etmişdi.
Davamı →

NHN haqda yeniliklər

Kommunistlər kimi desək, Yoldaş Wizard-ın təklifi ilə həyata keçirilən Nə?Harada?Nə vaxt? formatı ilə keçirilən Sakura-7 mart turnirinin sevinclə qarşılanmasından sonra qərara gəldik ki,bu məsələyə diqqəti artıraq. Çünki, bu kayzen ideologiyasının tərkib hissəsi olan daha ağıllı olmaq amalı ilə səsləşir. Ona görə də aşağıdakıları qərara aldıq:
Ardı →

Sakura 8 mart turniri

1.Bir dəfə alman filosofu Kanta sual verirlər ki, onun fikrincə hansı qadınlar ərlərinə daha sadiq olurlar: «Qara saçlı qadınlar ya sarı saçlı?» Kant fikirləşmədən cavab verir: .......

2.Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir- «Mən demokratam!» bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?
-Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.
-Yaxşı… əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız?
Ruzveltin opponenti də söz altında qalmayıb Ruzvelti nəyi var sındırır. O nə cavab verir?

3.İdman gimnastikası üzrə yarışlarda heç idmançılara və onların hərəkətlərinə baxmadan belə yarışda qadınların yaxud kişilərin çıxış etdiyini bilmək olar. Necə?

4.Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə: «Sizə baxanda adama ələ gəlir ki, Ingiltərə aclıq çəkir,» — deyir. Şou özünəməxsus tərzdə onun cavabını verir. O,nə cavab verir?
Ardı →

Şəxs əvəzlikləri

PERSONAL PRONOUNS

Müаsir ingilis dilindә mövcud оlаn şәхs әvәzliklәrini kоntеkst vә situаsiyа bахımındаn üç qrupа bölmәk оlаr:
1) kоnkrеt şәхs bildirәn әvәzliklәr; I, you, he, she, it, we, you, they;
2) qеyri-müәyyәn şәхs bildnrәn әvәzliklәr: you, we, they, one;
3) şәхs bildirmәyәn әvәzlik: it.

Müаsir ingilis dilindә I, she, hewe әvәzliklәrinin оbyеkt hаl fоrmаsı supplеtiv yоllа, yəni bаşqа kökdәn оlаn sözlә düzәldilir. Müqаyisә еdin:
I — me, he — him, she — her, we — us.
Ardı →

Masonluğun təkamülü

Tarixi mənbəyə əsasən həqiqətdə ilk mason lojası 1215-ci ildə Şotlandiyanın Maqdeburq şəhərində yaradılıb. İlk mason ordeni isə 1376-cı ildə Londonda meydana gəlib. Ona görə də İngiltərə masonluğun beşiyi adlandırılır. Müasir masonluq isə öz əsasını 1717-ci ildə İngiltərədə fəaliyyət göstərən dörd lojanın birləşib, İngiltərə «Böyük Şərq» lojasının yaradılmasından götürüb. 1717-ci ildə yaradılmış «Böyük Şərq» lojasının təsiri altında vaxt axarı boyu Avropada, şimali və Cənubi Amerikada, digər ölkələrdə yeni-yeni mason lojaları yaradılıb.


Ümumdünya ensiklopediyasının məlumatına əsasən dünya üzrə masonların sayı 30 milyona qədərdir. Təkcə Amerikada 5 milyona qədər mason fəaliyyət göstərir. 1717-ci ildə Londonda 4 lojanın birləşib «Böyük Şərq» lojası yaradandan sonra


Ardı →