Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Ümumilikdə, slavyanların mənşəyi və yayılması problemi bu gün də müzakirə olunmaqdadır. Kiyev-Peçersk məbədinin keşişi Nestorun qələmə aldığı qədim rus yazılı abidəsi olan «Ötən illərin dastanı» salnaməsində müəllif slavyanların yuxarı Dunay və Drava çayları arasındakı ərazidə yerləşdirmişdir. Buradan romalılar tərəfindən sıxışdırılan slavyanlar yeni Visla və Dnepr çayları ərazisində məskunlaşmışdır. Qədim Roma tarixçisi Tatsitə əsaslanan rus tarixçisi S.M.Solovyov slavyanların ana yurdunun «Dunay» variantını müdafiə etmişdir. S.M.Solovyovun şagirdi tarixçi V.O.Klyuçevski də «Dunay» variantını qəbul etməklə bərabər qeyd etmişdir ki, şərq slavyanları Dunaydan Dneprə yayılmadan təqribən 500 il Karpat dağlarının ətəklərində olmuşlar. Klyuçevskiyə görə, yalnız VII əsrdən başlayaraq şərq slavyanları tədricən müasir Rusiya düzənliyində məskunlaşmışdır.
Mənim ağ şəhərim
Yeni çar Mixail Romanov gənc və təcrübəsiz idi. Lakin boyarların çarı idarə edə biləcəkləri niyyəti baş tutmadı. Yeni çarın ətrafında tez bir zamanda nüfuzlu boyar, knyaz, zadəgan, dyaklardan ibarət tərəfdarları qrupu yarandı. Bir az sonra çarın atası patriarx Filaret əsirlikdən qayıtdı və faktiki olaraq oğlunun hakimiyyət şəriki oldu. Təcrübəli, ağıllı, möhkəm xarakterli 64 yaşlı patriarx dini və dünyəvi hakimiyyəti öz əlində birləşdirdi. Yeni prikazlar yaranır, köhnələr isə yenidən bərpa olunurdu. Onların başına sağ qalmış boyar və dyaklar təyin olunurdu. Yeni dövlət sistemində Minin və Pojarski də təmsil olundu. Minin Duma zadəganı oldu. Voyevoda boyar rütbəsi alaraq hökumət və orduda mühüm yer tutdu. İlk gündən birinci Romanovlar monarxiyası özlərindən əvvəl XVI əsrdə olduğu kimi mütləq hakimiyyət formasında meydana gəlmişdir. Yeni çar Kostromadan Moskvaya hərəkət edərkən boyarlar çara müraciətlərində özlərini onun «xolopları» adlandırırdılar, gənc çar isə onlardan sözsüz tabeçilik tələb edirdi. Bununla yanaşı, çar hər yerdə özünü bütün xalqın, o cümlədən «Qarışıqlıq dövründə» incidilən və təhqir edilənlərin müdafiəçisi, ədalət və qayda-qanunun təminatçısı kimi təqdim edirdi. Xalqla yeni hakimiyyətin bir tam kimi birliyi belə yarandı.
IV İvan Qroznının xarici siyasətinin əsas istiqamətlərindən biri məhsuldar torpaqları olan, şərqdə yerləşən Kazan və Həştərxana sahib olmaq idi. Bir tərəfdən zadəganlarına torpaq payı ayırmaq zərurəti, başqa bir tərəfdən şərq ölkələri ilə Moskva çarlığının əlaqələrinə əhəmiyyərli yol açan Volqa ticarət yolunun əl keçirilməsi marağı məsələnin qısa bir vaxtda həll olunmasını tələb edirdi. Başqa bir tərəfdən, Rus dövlətilə Kazan xanlığı arasındakı qanlı toqquşmalar zaman-zaman davam etmişdir ki, İvan Qroznı buna son qoymaq istəyirdi. 1552-ci il iyunun 1-də 150 minlik rus ordusu başda çar olmaqla Kazana doğru hərəkət etdi. Avqustun 23-də şəhərə yaxınlaşan son ordu bir neçə dəfə cəhd etsə də, möhkəm müdafiəsi olan şəhəri ala bilmədi. Belə olduqda sentyabrın 30-da əsas şəhər darvazalarının altında lağım atılaraq partladıldı. Qanlı döyüşdən sonra oktyabrın 2-də şəhər alındı və Kazan xanlığı süqut etdi. Volqada yaşayan əhali Rus dövlətinin tərkibinə daxil oldu. Bəziləri rus çarının hakimiyyətini könüllü olaraq qəbul etdi. Başqırdlar dəqiq müəyyən edilən bəxşiş müqabilində IV İvandan öz mülklərinin sahibi olmaq hüququ almışdı. Kazanın süqutuna kimi çuvaşlar «padşaha qulluq etmək» arzusunda olduqlarını bildirərək Moskva qoşunu tərəfdə Kazan xanlığına qarşı döyüşdə iştirak etdilər. Mari və udmurtlarla rus dövlətinin münasibətləri bir xeyli mürəkkəb olaraq qalmışdı.