Niyə kitab oxumuruq?!
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Fikrin reallaşması üçün — dilin ekspressiv funksiyasının həyata keçirilməsi üçün qrammatik mənanın da çox böyük əhəmiyyəti vardır. Əgər leksik məna dilin nominativ funksiyasını realaşdırırsa, qrammatik məna nominativ vahidlərin ekspressiv ifadəlilik sistemində fəaliyyət göstərməsini şərtləndirir. Əgər qrammatik mənalar olmasaydı, sözlər təkcə adlıq səviyyədə işlənər, ünsiyyət yaratmazdı.
Bir əsrə sığmayan səksən doqquz illik ömür yaşayıb. Həyatı keşməkeşlərdə, tarixin çaxnaşmalarında keçib. Onun bu dünyada var olduğu səksən doqquz ildə məmləkətində dörd dəfə dövlət quruluşu
dəyişib...
Mirvarid Dilbazinin 1912-ci il avqustun 19-da dünyaya göz açdığı kənd — Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndi Şimali Azərbaycanın bütün əraziləri kimi, Rusiya imperiyasının tərkibində idi...
Franklin D.Ruzvelt XX əsrin ən görkəmli və parlaq siyasi xadimlərindən biri hesab edilir. Onun prezidentliyi ölkə daxilində və bütün dünyada böyük hadisələr, kataklizmlərlə zəngin dövrə təsadüf edir. 1932-ci ildə Amerika xalqı dövlət sükanını Ruzveltə etibar edərkən ölkə batan «Titanik»i xatırladırdı: banklar bağlanmış, konveyrlər dayanmışdı, fermerlər torpaq becərmir, milyonlarla əhali Xilasetmə Ordusunun təşkil etdiyi pulsuz yemək payını almaq üçün alçaldıcı növbələrə dayanırdılar. Ruzveltə nəinki ölkəsini milli faciə hesab edilən ağır iqtisadi böhrandan çıxarmaq nəsib oldu, o, millətin öz gücünə inamını özünə qaytararaq Birləşmiş Ştatları super hegemon dövlətə çevirdi. Məhz onun təşəbbüs və bilavasitə iştirakıyla antihitler koalisiyası yaradılmış, bəşəriyyət faşist taunundan xilas edilmişdi.