Adların menası

A


Abdullah — Allahın qulu
Adil — Ədalət, insaf
Amir — Öndə gedən, əmir, lider
Adıgözəl — elm, sənət, doğruluq
Afaq — Hündür, uca
Afət — Eşq, məhəbbət, sevgili
Aidə — Gəlir, mədaxil
Aişə — Yaşayan
Davamı →

Hz. Əbu Bəkir (r.a.)

Hz. Əbu Bəkir miladi təqvimi ilə 573-cü ildə doğulmuş, hicrətdən 13 il sonra Mədinədə 634-cü ildə vəfat etmişdir. Qəbri, Məscidi-Nəbəvidə, Peyğəmbərimizin (s.ə.s.) yanındadır. Kişilər içərisində Peyğəmbərimizə (s.ə.s.) ilk inanan odur. “Sıddıq”, yəni Peyğəmbəri doğrulayan, təsdiq edən ləqəbi ilə tanınır. Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrəti əsnasında Hz. Əbu Bəkir ona yol yoldaşı olmuşdu. Bu yolçuluqda Sevr mağarasında bir müddət bərabər olduqları üçün “Yari Gari Nəbi”, yəni “Hz. Peyğəmbərin mağara dostu” deyə anılır.

Hz. Əbu Bəkir Peyğəmbər sevgisində fani olmuş bir insandı. Bir gün Kəbədə insanları Allah və Rəsuluna iman etməyə çağırmışdı. Buna hirslənən müşriklər Hz. Əbu Bəkirlə möminlərin üzərinə gedib onları döyməyə başladılar. Hələ fasiq Utbə Hz. Əbu Bəkirin üzərinə çıxıb tapdaladı, üzünü dəmir dabanlı ayaqqabıları ilə təpiklədi. Hz. Əbu Bəkirin hər tərəfi qan içində qaldı. Qəbiləsi Teymuroğulları Hz. Əbu Bəkiri müşriklərin əlindən çətinliklə qurtarıb huşsuz halda evinə gətirdilər. Ölməyindən çox qorxurdular. Hz. Əbu Bəkir ancaq axşama özünə gələ bildi və ilk olaraq min bir əziyyətlə:
Davamı →

Sədaqət doğruluğun təməlidir

Sadiq, sidq, sədaqət sözlərini eşitmək qulağa xoş gəlir. Qulaqdan qəlbə doğru dalğa-dalğa bir səyahət başlayır. İnsan sözü ilə davranışı arasında uyğunluq yaranır. Mühüm olan bilinənin həyata keçirilməsidir. Bilinən tam olaraq o zaman məna qazanır. Söz bir əmanətdir. Sirrə sahib çıxmaq sədaqətin və dostluğun gərəyidir. Sədaqət doğru düşünmək, doğru danışmaq, doğru davranış sərgiləmək və eyni zamanda doğruluğu qəlbdə qorumaq deməkdir.

Başqa sözlə sədaqət doğruluq, həqiqətə uyğun olan doğru sözdür. Qərəz ləkəsindən təmizlənmiş və hər cəhətdən xalis olan bir dostluq da sədaqətdir. Hər hansı bir doğruluğa da sədaqət deyilir. Doğruluğun ziddi yalandır. Sədaqətin əksi xəyanətdir, düzgünlükdən məhrum olmaqdır. İnsanlara sidq və sədaqət yaraşar. Yalançı bir kimsəni nə Allah sevər, nə də qulları. Sədaqət iman sahibi insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Ənəsdən (r.ə.) rəvayət olunur ki, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Etibarlılığı olmayanın kamil imanı yoxdur, əhdinə sədaqəti olmayanın dinə bağlılığı yoxdur”.
Davamı →

Çaytikanı - vitaminlərlə zəngin, şəfalı bitki

Qədim diyarımız Naxçıvan həm də müalicəvi bitkiləri ilə tanınır. Bu bitkilərdən xalq təbabətində geniş istifadə edilir. Çaytikanı da belə faydalı bitki növlərindəndir. Bu bitki haqqında oxucularımıza müfəssəl məlumat vermək üçün AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevlə həmsöhbət olduq. 

O bildirdi ki, çaytikanı iydəkimilər fəsiləsinə məxsusdur. Hündürlüyü 4-6 metrə çatan bu bitkinin gövdəsinin diametri 30 santimetrdir. Qaramtıl-boz rəngli budaqları üzərində tikanları vardır. Yarpaqları ardıcıl düzülüb, neştərşəkilli-dilimli, bütövkənarlı olub, üst hissəsi yaşıl, alt hissəsi isə gümüşü rəngdədir. Çoxalması toxum, kök pöhrələri və qələmlərlə olur. Fəsilənin təqribən 3 cinsinə daxil olan 55 növü vardır. Naxçıvan Muxtar Respublikasında təbii halda yalnız bir yabanı çaytikanı növü bitir. Bioresurslar İnstitutunun təcrübə sahəsində Abşeron rayonundan introduksiya edilmiş “Zəfərani” və “Şəfa” sortları becərilir.
Davamı →

Fransisko Qoyya

Francisco Goyaİspaniyanın Saraqosa şəhəri yaxınlığındakı kənddə mehrablara zər vuran yoxsul kişinin oğlu balaca Fransisko bir dəfə yaşadığı evin divarına donuz şəkli çəkir. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedad sezir və Fransiskoya oxumağı tövsiyə edir. Qoyya haqqında bu əfsanə İntibah dövrünün başqa fırça ustaları, xüsusən, bioqrafiyaları şübhə doğuran sənətkarlar barədə danışılanlara çox bənzəyir. 

Həqiqətən, 14 yaşlı Fransiskonun hansı yolla saraqosalı rəssam Lusano Martinesin şagirdi olmasını yalnız təxmin etmək olar. Bircə bu məlumdur ki, Qoyya onun emalatxanasında altı il çalışıb. Amma adı daim dava-dalaşda hallanan bu gəncin qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Məsələn, üç nəfərin ölümü ilə nəticələnən belə davalardan birindən sonra Qoyya Madridə qaçıb. Burada o, Martinesin daha bir şagirdinin — həmin dövrdə müəyyən mövqe tutmuş Fransisko Bayenin emalatxanasında işləməyə başlayır. 
Davamı →

Uşaqlar naminə həyat | Yanuş Korçak

Görkəmli polşalı pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak (Erş Henrik Qoldşmit) 1878-ci ildə Varşava şəhərində yəhudi ailəsində anadan olub. Henrik 11 yaşında ikən atası bərk xəstələnir və ailənin bütün qazancı onun müalicəsinə sərf olunurdu. Yaxşı təhsil alan oğlan 15 yaşında repetitor işləyir.

Az sonra onun pedaqoq kimi bacarığı üzə çıxır. Henrik nağıllarla, maraqlı söhbətlərlə darıxdırıcı məktəb fənlərini sanki dünyada bundan maraqlı bir iş yoxmuş kimi təqdim etməyi bacarır.

Artıq 18 yaşında o, pedaqogikanın problemlərinə həsr olunan “Qordi düyünü” adlı ilk məqaləsini dərc etdirir. Bu məqalədə gənc pedaqoq uşaqların təhsil və tərbiyəsindəki problemləri tam ciddiyyətlə ortaya qoyur. Məqalənin dərc olunduğu həftəlik qəzetin redaktoru ona əməkdaşlıq təklif etsə də, Henrik atasının ölümündən sonra ailəsini saxlamaq üçün tibblə məşğul olmaq qərarına gəlir və Varşava universitetinin tibb fakültəsinə daxil olur. Eyni zamanda, məqalə yazmağa davam edir.
Davamı →

Budapeşt üslubunda can əti

Ərzaqlar:
4 tikə 160 qr. can əti,
250 qr. dana əti sümüyü,
50 qr. hisə verilmiş donuz piyi (şpik),
150 qr. qaz qaraciyəri,
150 qr. göbələk (şampinyon),
50 qr. baş soğan,
150qr. təzə bibər,
100 qr. təzə pomidor,
150qr. yaşıl noxud,
10 qr. üyüdülmüş qırmızı bibər,
duz.

Hazırlanması:
Xırda doğranmış soğanı bitki yağında qovururuq. Üstünə qırmızı istiot səpirik, 0.5 l. su tökürük,duzlayırıq, kəsilmiş sümüyü qoyuruq. Təxminən 20 dəqiqə pötrləyib, sümükləri çıxardırıq və bulyonusüzgəcdən keçiririk.
Davamı →

Pörtlənmiş ət

6 porsiya üçün ərzaqlar:
1,4 kq mal ətin baldırı
0.15 kq donuz yağı
0,25 kq soğan
10 qr. sarımsaq
30 qr. qırmızı bibər
40 qr. duz
10 qr. cirə
0,25 kq yaşıl bibər
0,12 kq pomidor
0.3 kq tomat püresi.

Hazırlanması:
Xırda doğranmış soğanı yağda qızıl rəng alanadək qızardırıq. Oddan alan kimi qırmızı bibər və bir azsu əlavə edib yenidən odun üstünə qoyuruq. Yaşıl bibəri və pomidorları doğrayıb pörtlənmiş ət üçünəsasına qoyuruq. Yaşıl bibərin içini çıxardıb, bibərin çox acı olub-olmadığını yoxlamaq lazımdır.

Davamı →

Hipertoniya və onun növləri


Arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması arterial hipertenziya hesab edilir. Əgər arterial təzyiqin yüksəlməsi birincili olarsa, yəni digər patoloji proseslərlə əlaqədar deyilsə, ona hipertoniya xəstəliyi deyilir. Arterial təzyiqin yüksəlməsi digər xəstəliklərin əlaməti kimi meydana çıxarsa, bu, ikincili və ya simptomatik arterial hipertenziya adlanır. Sumqayıt şəhərindəki 4 nömrəli poliklinikanın həkim-kardioloqu İlhamə Zülfüqarlı deyib: «Xəstəliyin əmələ gəlməsi bir neçə əlverişsiz faktorun birgə təsiri ilə əlaqədardır ki, bunlara stress, abdominal piylənmə (bel dairəsinin qadınlarda 88, kişilərdə 102 santimetrdən çox olması), xörək duzundan həddindən artıq istifadə edilməsi və irsi meyillik aiddir.

Əlavə risk faktorları- azhərəkətli həyat tərzi, qlükozaya tolerantlığın pozulması, fibrinogenin miqdarının artması arterial hipertenziyası olanlarda ürək-damar xəstəlikləri, ürək, böyrək, beyin və göz kimi hədəf orqanlarının zədələnmə riskini artırır. Hipertoniya xəstəliyi üçün baş ağrıları, başgicəllənməsi, tez yorulma, narahat yuxu, daxili gərginlik, ürək nahiyəsində ağrı, fiziki iş zamanı təngnəfəslik və ürək bulanma xarakterikdir. Xəstə gözlərində torabənzər kölgə və səyriyən ləkələrin olmasından şikayətlənir. Bəzən xəstələrin qulağında uğultu və küy olur.
Davamı →