Adların menası

A


Abdullah — Allahın qulu
Adil — Ədalət, insaf
Amir — Öndə gedən, əmir, lider
Adıgözəl — elm, sənət, doğruluq
Afaq — Hündür, uca
Afət — Eşq, məhəbbət, sevgili
Aidə — Gəlir, mədaxil
Aişə — Yaşayan
Davamı →

Hz. Əbu Bəkir (r.a.)

Hz. Əbu Bəkir miladi təqvimi ilə 573-cü ildə doğulmuş, hicrətdən 13 il sonra Mədinədə 634-cü ildə vəfat etmişdir. Qəbri, Məscidi-Nəbəvidə, Peyğəmbərimizin (s.ə.s.) yanındadır. Kişilər içərisində Peyğəmbərimizə (s.ə.s.) ilk inanan odur. “Sıddıq”, yəni Peyğəmbəri doğrulayan, təsdiq edən ləqəbi ilə tanınır. Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrəti əsnasında Hz. Əbu Bəkir ona yol yoldaşı olmuşdu. Bu yolçuluqda Sevr mağarasında bir müddət bərabər olduqları üçün “Yari Gari Nəbi”, yəni “Hz. Peyğəmbərin mağara dostu” deyə anılır.

Hz. Əbu Bəkir Peyğəmbər sevgisində fani olmuş bir insandı. Bir gün Kəbədə insanları Allah və Rəsuluna iman etməyə çağırmışdı. Buna hirslənən müşriklər Hz. Əbu Bəkirlə möminlərin üzərinə gedib onları döyməyə başladılar. Hələ fasiq Utbə Hz. Əbu Bəkirin üzərinə çıxıb tapdaladı, üzünü dəmir dabanlı ayaqqabıları ilə təpiklədi. Hz. Əbu Bəkirin hər tərəfi qan içində qaldı. Qəbiləsi Teymuroğulları Hz. Əbu Bəkiri müşriklərin əlindən çətinliklə qurtarıb huşsuz halda evinə gətirdilər. Ölməyindən çox qorxurdular. Hz. Əbu Bəkir ancaq axşama özünə gələ bildi və ilk olaraq min bir əziyyətlə:
Davamı →

Sədaqət doğruluğun təməlidir

Sadiq, sidq, sədaqət sözlərini eşitmək qulağa xoş gəlir. Qulaqdan qəlbə doğru dalğa-dalğa bir səyahət başlayır. İnsan sözü ilə davranışı arasında uyğunluq yaranır. Mühüm olan bilinənin həyata keçirilməsidir. Bilinən tam olaraq o zaman məna qazanır. Söz bir əmanətdir. Sirrə sahib çıxmaq sədaqətin və dostluğun gərəyidir. Sədaqət doğru düşünmək, doğru danışmaq, doğru davranış sərgiləmək və eyni zamanda doğruluğu qəlbdə qorumaq deməkdir.

Başqa sözlə sədaqət doğruluq, həqiqətə uyğun olan doğru sözdür. Qərəz ləkəsindən təmizlənmiş və hər cəhətdən xalis olan bir dostluq da sədaqətdir. Hər hansı bir doğruluğa da sədaqət deyilir. Doğruluğun ziddi yalandır. Sədaqətin əksi xəyanətdir, düzgünlükdən məhrum olmaqdır. İnsanlara sidq və sədaqət yaraşar. Yalançı bir kimsəni nə Allah sevər, nə də qulları. Sədaqət iman sahibi insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Ənəsdən (r.ə.) rəvayət olunur ki, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Etibarlılığı olmayanın kamil imanı yoxdur, əhdinə sədaqəti olmayanın dinə bağlılığı yoxdur”.
Davamı →

Cənnət xürfəsi

Dinimizdə ən mühüm və bir o qədər də savab sayılan əməllərdən biri də xəstə olan bir möminə baş çəkməkdir. Allah-Təala özünə aid olan haqlarla bərabər, insan haqlarına qarşı diqqətli davranmağımızı, onların qeydinə qalmağı, ehtiyaclarını qarşılamağı və bu qəbildən əməlləri də əbədi səadətimiz üçün şərt qoşmuşdur. Bu kimi haqlar insanın Rəbbinə qarşı fərz olan ibadətlərindən sonra ikinci dərəcəli haqlardandır.

Belə ki, insan maddi imkanı və zamanı olduğu halda bu haqlara riayət etməzsə, qiyamət günündə Allahın hüzurunda cavab verməli olacaq. Əbu Hüreyrədən (r.a.) Rəsuli-Əkrəmin (s.ə.s.) belə buyurduğu rəvayət olunur: “Üç xislət var ki, bunların hamısı bir müsəlmanın yerinə yetirməli olduğu vacib haqlardandır: Xəstəyə baş çəkmək, dəfndə iştirak etmək və asqırıb Allaha həmd edən adama “yərhamukəllah” demək.
Davamı →

Kapitalizmin gülüşü də saxtadır

Demək olar ki, hər kəs qısa və ya uzaq məsafəyə təyyarə ilə səyahət etmişdir. Bu səyahətdə olmayanlar belə mütləq bu səhnəni televizor izlərkən görmüşdür. Təyyarə qapısının girəcəyində bir və ya iki stüardessa dayanaraq sərnişinlərlə göz təması qurub onları gülər üzlə qarşılayır və “xoş gəlmisiniz” deyirlər. İsti bir qarşılama təyyarəyə minənləri çox xoşbəxt edər. Əslində bu qarşılama içdən gələn bir qarşılama deyil, şüuraltına verilən bir mesajdır. Stüardessa qapıda sərnişinləri qarşılamaqla “sən burada qonaqsan mən isə ev sahibiyəm, sən təyyarəni istədiyin kimi istifadə edə, zərər verə bilməzsən, sənə nə təqdim olunsa onunla kifayətlənərsən” mesajını verir.

Hətta su və ya meyvə suyu istədiyimizdə stəkanı yarımçıq doldururlar, heç kim də buna etiraz etmir. Halbu ki, evimizdə uşağımızdan su istədikdə stəkanı yarım doldurub gətirsə, onu geri qaytarıb suyu tam şəkildə doldurtdururuq. Hələ üstəlik yarım saat danışıb suyu yarım doldurmaq olmaz kimi nəsihətlər veririk. Təyyarədə isə savadlısı, savadsızı, heç kim bu hərəkətə etiraz etmir. Çünki qapıda stüardessa şüur altına “buranın hakimi mənəm” mesajını vermişdir. Həm də bunu heç bir çətinlik çəkmədən bir təbəssümlə bacarmışdır.
Davamı →

Valideyn modeli

İnsanoğlu böyük bir məqsəd üçün yaradılmışdır. Aləmlərin Rəbbi, yer üzündə xəlifəm dediyi insana lazımlı bütün təchizatları vermişdir. İslamın fitrət dediyi bu təchizat mexanizmi fərqli şəkillərdə işləyir. İnsan hələ ana bətnində ikən anasının bioloji və psixoloji hallarından təsirlənər və xarici dünyadan beləcə xəbərdar olmağa başlayar. Beləcə şüuraltı adı verilən sistem də avtomatik olaraq dövrəyə girmiş olar.

Əbu Hüreyrədən (r.a.) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
“Hər doğulan uşaq yaradılış üzrə doğular. Sonra ana-atası onu yəhudi, xristian və ya atəşpərəst edər” (Buxari).

Bu hədisi-şərif doğulan hər insanın öyrədilməyə hazır olduğunu göstərir.
Yaradılış və genlərlə keçən xüsusiyyətlər sayəsində uşaq, valideynlərin əlində formalaşmağı gözləyən yumşaq bir xəmir kimidir. Onu formalaşdırmaq, yəni yetişdirmək, öyrətmək, başda ana-atanın məsuliyyətindədir.
Davamı →

Uşaq tərbiyəsində dayələrin rolu

Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.

Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır. 
Davamı →

Bir-birimizi nə qədər tanıyırıq?

Yaraladılışdan insanlar qadın və kişi olaraq fərqlidirlər. Onların arasındakı münasibətlərin sağlam olması üçün iki cinsin də qarşı tərəfin özündən fərqli olduğunu bilməsi gərəkdir. Əks təqdirdə bizim hiss etdiyimizi onun da hiss etməsini və ya bizim istədiyimizi istəməsini arzulayarıq. Bu isə nə mümkündür, nə də doğru və lazım. Çünki insanlar bir şəkildə yaradılmamışdır. Biz sevdiyimiz insana necə davranırıqsa qarşı tərəfin də bizə elə davranmasını gözləmək, yetkinləşməmiş şəxsiyyətin göstəricisidir.

Qadınlar, çox vaxt kişilərin onları dinləmədiyindən və anlamadığından şikayət edirlər.
Kadının münasibətlərdə vacib saydığı məqam, paylaşmaq və yaxınlıq hiss etməkdir. Kişilər üçün isə bacarıqlı, başçı və güclü olduğunu hiss etməsidir.
Davamı →