Gənc xəfiyyələrin sevimli qəhrəmanı Şerlok Holms

Londonun Beyker-strit küçəsindəki evlərdən birinin qapısına xatirə lövhəsi vurulmuşdur. Lövhə buradan keçən bütün insanlara xəbər verir ki, 1881-ci ildən 1903-cü ilə kimi məşhur xəfiyyə Şerlok Holms burada yaşamışdır.

Əslində isə belə bir adam olmamışdır. Şerlok Holms ədəbi qəhrəmandır, surətdir. Bütün dünyada böyüklər və uşaqlar onun macəraları haqqında kitabları təkcə ona görə sevmirlər ki, Şerlok Holms fədakar, cəsur və ədalətlidir. Holmsun ən başlıca üstünlüyü – ağlının itiliyidir.

Onun ağlı ən düyünlü məsələləri və cinayətləri belə açmağa qadirdir. O, çox diqqətlidir. Hər bir əşya öz sahibi haqqında çox şey danışa bilər. Şerlok Holms düzgün mühakimələr yürütməklə dolaşıq işləri açır. O, həqiqətən istedadlı tədqiqatçıdır. Holms elmdən – kimya, psixologiya və təbabətdən silah kimi istifadə edir. Müvəffəqiyyətli axtarış üçün ona çoxlu bilik lazımdır. Odur ki, o, cürbəcür təcrübələr aparır.
Davamı →

Dmitri Mendeleyev

  • Kimya
Dmitri Mendeleyevin kim olduğunu izah etməyə ehtiyac yoxdur. Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı: “Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi”. 

Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir.
Davamı →

Herakl

Bizim hamımız güclü, qoçaq olmaq istəyirik. Səhərlər idman edir, soyuq su ilə bədənimizi möhkəmləndirir, bəzən özümüzü filmlərdəki qəhrəmanlara oxşadır, onlar kimi davranmağa çalışırıq. Hətta bizdən böyükləri o qəhrəmanlardan birinə oxşadır, dostlarımıza isə həmin qəhrəman kimi davranmağı tövsiyə edirik.

Görəsən, bizdən çox-çox əvvəl yaşayan insanlar da belə olub? Sənə danışacağım əsatirdən biləcəksən ki, lap qədimlərdə, heç bir texnikanın olmadığı zamanlarda insanlar qarşılaşdıqları çətinlikləri dəf etmək üçün necə qəhrəman obrazlar yaradıblar. Belə qəhrəmanlardan biri qədim yunanların Heraklıdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru “Heraklın on iki qəhrəmanlığı” hekayəsidir. Yunan mifologiyasına görə, bu qəhrəman dünyanın sahibi Zevsin adi qadından — Alkmenadan olan oğludur.
Davamı →

Nikolay Kopernik

Milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır. 

Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olmuş, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnmişdir. Amma o daha çox astronomiya elmi ilə maraqlanırdı. 

1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı.
Davamı →

Riçard Bax | Conatan Livinqston adlı qağayı


Əlbəttə, uçmаq yахşıdır, lаkin onunlа qarın doymaz. Unutmа, sən yеmək üçün uçursаn.

Üzücü düşüncələrdən, dəhşətli zülmətdən qopub, sаhil işıqlаrınа sаrı uçmаq nеcə də хоşdur!

Bеlə vədlər nəsibləri аdilik оlаn qаğаyılаrı birləşdirir. Yeni biliklərə cаn аtıb kаmillik zirvəsinə qalxanda onlar qüvvədən düşürlər.

Qаrdаşlаr, həyаtın аli mənаsını, mahiyyətini dərk edən, bunu hеç vахt unutmаyаn qаğаyı yеlbеyin оlа bilərmi?

Fikrinizi çidаrlаyаn zəncirləri qırmaqla bədəninizi buхоvlаyаn zəncirləri qırırsınız…
Davamı →

Qrimm qardaşları

Körpə yaşlarından başlayaraq bütün uşaqlar nağıl dinləməyi sevir, bir növ həmin nağıllarla böyüyür, oradakı sevimli qəhrəman obrazlarına oxşamağa çalışırlar. Böyüdükcə uşaqlar kitablarda maraqlı nağıl və rəvayətlər, eləcə də digər folklor nümunələri ilə tanış olurlar. Nağıllar şifahi xalq ədəbiyyatının bir növü kimi zaman-zaman nəsildən-nəsilə ötürülmüş, onun dəqiq müəllifi unudulmuş və bütöv bir xalq nağılın yaradıcısı kimi yaddaşlara həkk olunmuşdur.

Azərbaycan xalq nağıllarındakı Məlikməmməd, Cırtdan, Ağ atlı oğlanın ağıllı və mərd hərəkətlərinə valeh olmusan, böyüyəndə onlar kimi davranmaq istəmisən. Bəs həmin nağılları günümüzə qədər gəlib çatmasında zəhməti olan insanlardan xəbərimiz varmı?

Azərbaycan ədəbiyyatında nağıl və digər folklor nümunələrinin toplanması, onların kitab halında tərtib edilməsində Hənəfi Zeynallı, Məmmədhüseyn Təhmasib, Firudin bəy Köçərli, Yusif Vəzif Çəmənzəminli ilk addımları atmış, şifahi xalq ədəbiyyatımızın inkişafına böyük töhfə vermişlər.
Davamı →

Arximed

Böyük alim və mexanik olan Arximed bizim eramızdan əvvəl III əsrdə yaşayıb. O, kiçik Yunan dövlətinin paytaxtı olan və Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olub. Öz dövründə bir çox texniki kəşfləri ilə məşhurlaşıb. Gəmi və hava vintinin əcdadı olan və onun adı ilə adlandırılan su qaldıran Arximed vinti mexanizmini kəşf edib.

Arximed həmçinin astronomiya ilə də məşğul olub. O, Günəşin görünən (bucaq) diametrini təyin etmək üçün cihaz düzəldib və həmin bucağı dəqiqliklə hesablaya bilib. Bundan başqa o, planetlərin hərəkətini, Ayın fazalarını, Günəş və Ayın tutulmalarını müşahidə edən mexaniki cihaz hazırlayıb.
Davamı →

Mark Tven və onun ölməz əsərləri

Mark TvenGörkəmli amerikan yazıçısı Mark Tven 1835-ci ildə ABŞ-ın Missouri əyalətinin Florida bölgəsində doğulmuşdu. Əsl adı Semuel Lenqhorn Klemens olan Mark Tven bir müddət dənizçi işləməmiş, öz təxəllüsünü dənizçilərin tez-tez işlətdiyi “mark tven!- ikini işarə et” ifadəsindən götürmüşdü. 

Mark Tven dörd yaşında ikən ailəsi Mississippi Çayı sahilindəki Hannibal şəhərinə köçməli olur. Dörd tərəfi çayla əhatə olunan bu qəsəbə yazıçının yaradıcılığında mühüm rol oynamış, yaratdığı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənmişdi. Belə ki, onun ən məşhur əsərləri olan “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” povestlərində təsvir olunan hadisələr məhs bu qəsəbədə cərəyan edir. 
Davamı →

Piter Paul Rubens

Peter Paul RubensFlamand rəssamı Rubensi müasirləri “rəssamların kralı və kralların rəssamı” adlandırırdılar. Antverpenin ən gözəl guşələrindən birində rəssamın öz layihəsi əsasında inşa olunmuş evi və emalatxanası — “Rubens-hyuz” bizim günlərə gəlib çatıb. Bu evdən təqribən üç min tablo və çoxlu sayda gözəl rəsm əsəri çıxıb.

Rəssamın hələ erkən əsərləri, məsələn, “Xaçın qaldırılması” (1610) və “Xaçdan endirilmə” əsərlərindəki obrazlar onun çox istedadlı olduğunu təsdiq edirdi. Sərt kilsə qadağaları çərçivəsində işləməyə məcbur olan Rubens əsərlərində cərəyan edən hadisələrin bütün dramatizmini, ağrı-acısını cəmi bir neçə fiqurun köməyi ilə ifadə edə bilmişdi.

Rubens 1609-cu ildə Cənubi Niderland hökmdarları – infanta İzabellanın və ers-hersoq Albertin saray rəssamı olur. Onun emalatxanasında iş qaynayır, sifarişlərin ardı-arası kəsilmir. Əsərlərində ayrı-ayrı detalları yerinə yetirmək üçün ustad Van Deyk və Sneyders kimi böyük rəssamları əməkdaşlığa cəlb edir. Rubens əsərlərində sevdiyi mifoloji süjetləri təsvir edir: “Venera və Adonis”, “Sereranın heykəli”, “Levkippin qızlarının oğurlanması”.
Davamı →

Janna DˈArkın ölməz ürəyi

İngiltərə və Fransa arasında çoxdankı (XII-XV əsrlər) müharibə tarixə Yüzillik müharibə adlı ilə daxil olsa da, o, yüz ildən çox davam edib və hər iki ölkənin başına saysız-hesabsız müsibətlər gətirib. Döyüş meydanlarında bir-birinin ardınca məğlubiyyətə uğrayan Fransa, demək olar, bütün cəngavərlərini itirir. Fransa torpaqlarını bir-birinin ardınca zəbt edən ingilislər fransız xalqını amansızcasına qarət edir və sıxışdırırdılar. Paris artıq düşmənin əlində idi. Növbə fransızların sonuncu istinadgahına, ingilislər tərəfindən mühasirəyə alınmış Orlean şəhər-qalasına çatır.

Nə İngiltərə, nə də qiyamçı yerli feodallar tərəfindən Fransa tax-tacının qanuni varisi kimi qəbul edilməyən şahzadə (dofin) Karl Valua svitası və azsaylı qoşunu ilə birlikdə kiçik Şinon qəsrinə çəkilərək, xalqının əzab-əziyyətinə və əzilməsinə aciz halda tamaşa edirdi. Bir sözlə, belə davam etsə, Fransa müstəqil dövlət kimi Avropanın xəritəsindən tamamilə silinəcək…
Davamı →