Çe Qevara azərbaycanlı olsaydı...

Bir dəfə sosial şəbəkələrin birində, konkret olaraq twitter`də Çe Qevara haqqında bir yazının linkini paylaşıb “Bir Çemiz də olmadı” yazmışdım. Həmin twit`ə müxtəlif cavablar gəldi. Nəsə bu cavablar məni “Çe Qevara azərbaycanlı olsaydı nə olacaqdı?”sualı barədə fikirləşməyə vadar etdi. Nə fikirləşdim, indi onları yazacağam.

Əvvəlcə Çe`nin kimliyi barədə bir neçə kəlmə qeyd edim ki, tanımayanlar da bilsinlər söhbətin kimdən getdiyini. Çe Qevara argentinalı marksist-inqilabçı olmuşdur. Argentinalı olsa da, adı daha çox Kuba ilə əlaqəli çəkilir. Bu da onun Kuba inqilabının rəhbərlərindən biri olması ilə bağlıdır. İnqilabın qələbəsindən sonra isə o, “doğuşdan kubalı” elan edilmişdir.

İndi də Çe`nin inqilab üçün Argentinadan Kubaya yox, Azərbaycana gəldiyini təsəvvür edək. Nə olacaqdı? Elə bir şey olmayacaqdı. Çe Qevara Azərbaycanda inqilab etmək fikrinə düşsəydi, məğlubiyyətə uğrayacaqdı. Niyə? Səbəblər müxtəlifdi. İlk öncə ona görə ki, bizim cəmiyyət qorxaq cəmiyyətdir. Heç kim Çe`yə qoşulmazdı. Bizim insanların inqilab qorxusu bu sözü dilinə belə almamaları həddindədir. İnqilab Azərbaycanda yalnız küçə adı ola bilər. Ondan o yana bir şey yox. Bizim təfəkkürümüz bunu qəbul edəcək qədər deyil. Bizim beynimiz “dövlətlə dövlətlik etmək olmaz” dərəcəsində “inkişaf edib”. İl boyu “sovetin vaxtında gül kimi yaşıyırdıq” deyə təəssüflənib, 20 yanvarda şəhidlər xiyabanına getməyimiz, saç-başımızı yolmağımız bizim mahiyyətimizdəki paradoksdan xəbər verir.


Ardı →

Qanuni oğrular və “oğru qanunları”

Qanuni oğru — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu.
Oğrular 1930-cu illərdə, ağır repressiya illərində meydana gəliblər. Bu dünyanın yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. Onların iddialarına görə, ağır siyasi ortamda və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə “Oğru dünyası” çox lazım idi. Yaranan aləmdə, “oğrular” qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Böyük Vətən müharibəsi illərində bəzi “qanuni oğrular” Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların “qanunpərəstlər” tərəfindən xəbərçi mənası verən “qancıq” adlandırılmasın səbəb olub. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin “qanuni oğrular” öz ənənələrini qoruyub saxlaya bilirlər.
Ardı →

Çatışmazlıqlar

… Yazılarımızda vermək istədiyimiz səadət sirlərindən biri də imkansızlıqlarla, çatışmazlıqlarla bağlıdır. Xəyalən də olsa, hamımız birlikdə 60 il əvvəlin həyatına səyahət edək...

1940 — cı illərdə kənddə yaşasaydınız, yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz. Təbii ki, bu hələ başlanğıcdır. Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız. Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz. İndi növbə ocağı yandırmaqdadır. His — duman içərisində " yanmaram " deyə inad edən odunları üflə ki, yansın…
Ardı →

Sehirbaz və qoyunlar haqqında pritça

Meşə arasında geniş talada böyük sürüsü olan bir sehrbaz yaşayırdı. Hər gün o sürüdən bir qoyun yeyirdi. Lakin qoyunlar sehrbaza çox çətinliklər yaradırdılar, belə ki, onların hər biri meşənin bir tərəfinə qaçır, sehrbaz isə onlardan birini tutmalı, digərlərini isə yenidən sürüdə toplamalı olurdu. Əlbəttə ki, tutulan qoyun öldürüləcəyini hiss etdiyi üçün qışqırmağa başlayır və bu da digər qoyunları qorxudurdu. Vəziyyəti belə görən sehirbaz hiylə işlətmək və qoyunların hər biri ilə təklikdə danışmaq qərarına gəlir.


Birinə deyirdi: “ Sən qoyun deyilsən, sən də mənim kimi bir insansan.


Ardı →

Bəyənirəm!

Mən KAYZENİ bəyənirəm! ORİGİNAL ©
Hər bir işdə xeyir görən göz və könülləri bəyənirəm! ORİGİNAL ©
Vətənin keşiyində duran Mübariz oğullarımızı bəyənirəm! ORİGİNAL ©
İşində məsuliyyətli,vicdanlı,düzgün,qərəzsiz olan insanları bəyənirəm! ORİGİNAL ©
İnsanın özünə,daxili zənginliyinə,dünyagörüşünə görə qiymət verənləri bəyənirəm! ORİGİNAL ©
Sözü gözünün içinə baxaraq,başqalarının ona deməyə çəkindiyi halda «tappatarap» üzünə deyənləri bəyənirəm!)) (bəzi istisnalar vardır) ORİGİNAL ©
Haqqlı tənqiddən özünə nəticə çıxaran və qarşındakına fikirlərinə hörmət qoyanları bəyənirəm! ORİGİNAL ©
Ardı →

Hava haqqında... - Baba Vəziroğlu


Havadan danışır bir gözəl xanım.
“Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub, açılacaqdır”.

Mənim Günəşim də, Ayım da sənsən.
Onu sinoptiklər nə bilir axı?
Sən bir az qıyqacı baxanda mənə
Mənim gözlərimdə ildırım çaxır.

Bir güllü-çiçəkli bahar günündə
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki, gözünə yaş gəlir sənin.

Ardı →

90-larda uşaq olmaq...

90-larda uşaq olmaq... — Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq “iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, “pokemon” kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam “11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, “Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ya da “Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq “PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.


Ardı →

Ədəbiyyatın ən qısa şah əsərləri

Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar.

1. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:
«Uşaq çəkmələri satılır. Geyilməmiş».

2. Frederik Braun heç vaxt yazılmamış ən kiçik qorxulu hekayəni yazır:
«Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər...»

3. O. Henri ənənəvi hekayəni təşkil edən — Giriş, kulminasiya, nəticəni ehtiva edən ən kiçik hekayənin yazılması müsabiqəsinin qalibi olmuşdur. 
«Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi».

4. İngilislər də ən kiçik hekayə üçün müsabiqə təşkil etdilər. Lakin müsabiqənin şərtlərinə görə hekayədə kraliça, Allah, seks, sirr kəlmələri iştirak etməliydi. Birinci yeri bu hekayənin sahibinə verdilər:
«Aman, Allah, — kraliça ucadan dedi, — mən hamiləyəm və kimdən olduğunu bilmirəm!»

5. Ən qısa avtobioqrafiya üzrə bir yaşlı fransız qadın qalib oldu.
"Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə — tərsinədir". 

Tərcümə və tərtib: Fərid Abdullah.
Davamı →

Aldadılmışıq...

Onlar bizə bu nağılları belə danışmamışdılar. İllərlə böyüdüyümüz, uşaqlığımızı keçirdiyimiz qəhrəmanların əsl hekayələrini eşitsəydik onları yenə sevə bilərdik?
Bəziləri təcavüzə məruz qalıb, bəziləri faciəvi formada ölübmüş. Gəlin daha dəqiq birlikdə oxuyaq.

Qirmizipapaq
1. Qırmızı papaq
 Qırmızı papağın hamımız bildiyimiz versiyasında balaca qızcığaz meşə qoruyucuları tərəfindən xilas edilir və qurd öldürülür. Lakin Charles Perraultun yazdığı orijinal fransız dilində olan versiyasında bu qızcığaz əslində yetişkin bir qadındır. O, səhv edərək qurdun sözlərinə inanır, axırda qurd onu yeyir və hekayə burada bitir. Nağılın verməyə çalışdığı mesaj özgələrlə danışmağın pis olduğudur. 


Ardı →