REYTİNQ

Niyə görə saytda reytinq sistemi qurulub?
Hər bir şəxsin həyatda müəyyən avtoriteti, hörməti var. Bəzən bir insanın əmrilə müharibələr başlayır, bəzən digərinin sözünə heç kim əhəmiyyət vermir. Bunlar həmin şəxsin cəmiyyətdə tutduğu mövqedən, onun reytinqindən asılıdır.
Adətən istedadlı, bacarıqlı, güclü, ağıllı adamlar böyük avtoritetə malik olur. Düzdür, bəzən əksinə olsa da, cəmiyyət həmişə buna müdaxilə edir, yaxşı insanların yüksək reytinqə sahib olmasına çalışır. Bu sayt da cəmiyyətin kiçik bir modelini xatırladır. Burada istifadəçilər digərlərinə səs verir,onun daha çox səlahiyyətə malik olmasına çalışırlar. Yüksək reytinq əsasən maraqlı postlara, şərhlərə,şəxsi keyfiyyətlərinə,sayt icmasına verdiyi faydaya görə hesablanır.

Reytinq sistemi necə fəaliyyət göstərir?
Reytinqi qaldırmaq və aşağı salmaq olar. Əgər post sahibi maraqlı postlar yazırsa,şərhlərində maraqlı fikir bildirirsə,sayt qaydalarına riayət edirsə, yumoru duzludursa ona müsbət səs verirlər. Eləcə də əksinə: istifadəçi düşük postlar yazır, şərhlərdə fleymə çox yer verirsə, şit zarafat edirsə, postlarında maraqlı bir şey yazmırsa, kobudluq edirsə onun reytinqini aşağı salırlar.

Reytinq üçün cədvəl
Şərh yazmaq üçün

minimum -10 bal

Şərhlərə səs vermək üçün

minimum -3 bal

Bloqa səs vermək üçün

minimum -5 bal

Kollektiv bloq yaratmaq üçün

minimum +30 bal

Topikə səs vermək üçün

minimum +1 bal

Başqa istifadəçiyə səs vermək üçün

minimum +10 bal


Postların reytinqi necə olur?
Postun (topikin) reytinqi nə qədər yüksək olsa,onun müəllifi də o qədər çox reytinq qazanır. Ona görə də bloqqerlər çalışmalıdırlar ki,onların yazdığı topiklər maraqlı olsun, ona çoxlu şərh yazılsın. Ən çox reytinq yığmış topiklər saytın baş səhifəsinə düşür.Yəni, kayzen.az saytı açılanda həmin topik görünür. Beləliklə, bloqqer üçün ən vacib məsələ odur ki,onun müəllifi olduğu post baş səhifəyə düşsün. Bu zaman onu daha çox adam görə bilər. Reytinq postun altında, müəllifin və yazıldığı tarixin olduğu bölmədə yazılır

İstifadəçilərin reytinqi necə fəaliyyət göstərir?
Saytda hər şey istifadəçinin reytinqi üzərində qurulub. Ayının min oyunu məhz bir reytinqin başındadır. Qeydiyyatdan keçmiş hər bir istifadəçinin reytinqi 0 olur. Aktivlik göstərdikcə, inkişaf etdikcə, yeni topiklər yazdıqca, sayt istifadəçilərinə xeyir verdikcə onun reytinqi çoxalır. Şuluqluq edəndə, şərhlərdə təhqirə keçəndə,özünü qaydalara uyğun aparmayanda isə azalır. Reytinqin formalaşması çox mürəkkəb alqoritm əsasında formalaşır.

Reytinq sistemi ilə işləyən başqa saytlarla tanış olmuş, başqa saytların administratoru olan, riyaziyyat üzrə elmlər doktoru olan adamlar reytinq alqoritmini tapa bilərmi?
Saytın reytinq sistemini Süni İntellekt özü hazırlayıb. Alqoritmi tapıb nakrutka etmək istəyənlər belə ağıllıdırsa, hazır formullardan istifadə edib istehsala başlayaraq qaz vurub qazan doldursunlar.