Əliyev
Reytinq
+741.82
Güc
1878.58

Əliyev

Qəhrəman Kazımov: “Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır

Qəhrəman Kazımov — “Azerfon”un Marketinq üzrə direktoru. Azərbaycan Dövlət Neft Akademiyasında “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində “İqtisadiyyat” ixtisası üzrə magistr pilləsində təhsil alıb. Eyni zamanda Stokholm Texnologiya Institutunda “Telekommunikasiya” üzrə təhsil proqramının məzunudur.
Telekommunikasiya sahəsində 10 illik təcrübəyə malik beynəlxalq səviyyəli mütəxəssisdir. Kommersiya strategiyası, istehlakçı marketinqi, qiymət siyasəti, müştəri dəyərinin idarəedilməsi, məhsul və xidmətlərin idarəedilməsi, biznes analitikası kimi sahələrdə ixtisaslaşıb.
Q.Kazımov müxtəlif iri layihələri icra edib.  Bunlara mobil nömrə daşınması, konturdan manata keçid, müştəri itkisinin proqnozlaşdırılması modelləri, kampaniyaların avtomatik idarə edilməsi sisteminin qurulması, istehlakçıların loyallıq proqramlarının qurulması kimi layihələri göstərmək olar.
Davamı →

Albaniya tarixi | Kalankatuklu Moisey

Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəridir.
«Albaniya tarixi»nin adına ilk dəfə erməni katolikosu Ananiyanın (943-967-ci illər) Xaçına gəlməsi ilə əlaqədar rast gəlinir. O, Xaçına Albaniya katolikosu Qaqikin (948-962-ci illər) dəvətilə 958-ci ildə gəlmişdir (X.Datean. Nivter usumnasirutean Aquanits Patmutean. Ararat, 1896, s.22-25; N.Akinean. Movses Dasxurantsi (koçuats Kaqankatuatsi) ev İr Patmutivn Aquanits. Handes Amsorea, Vyana, 1953, s.13-15.). Qaqik xəbər verir ki, «elə əvvəldən olduğu və „Albaniya tarixi“ndə yazıldığı kimi (orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquanits)» o, Albaniya katolikosluğuna müqəddəs Qriqori adından seçilmişdir. Qaqik bu tarix kitabına müraciət etməyi təklif edəndə — o eşitmişdi ki, Albaniya xristianlığı Erməniyyədən qabaq qəbul etmişdi — Ananiya buna icazə vermədi və dedi ki, bu kitab səhih deyil, çünki «Albaniya — baş yepiskopluq, Erməniyyə isə — katolikosluqdur».
Davamı →

Pifaqor və pifaqorçular

Qədim yunan mütəfəkkiri Pifaqoras (Pythagoras) (e.ə. 580-500) Samos adasında anadan olmuşdur. Sonra o, Cənubi İtaliyaya köçüb, orada Kroton şəhərində dini ittifaq (təriqət) yaratmışdı. Pifaqorasın özündən heç bir əsər qalmamışdır. Buna görə də Pifaqoras və onun ardıcıllarının dünyagörüşü yalnız nisbi təsvir edilə bilər. Onlar tərəfindən hansı fikirlərin irəli sürülməsi haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, e.ə. V-IV əsrlərdə pifaqorçuluq ideyaları təkmilləşdirilib, yeni keyfiyyət və məzmun almışdı, oraya çoxlu yeni ideyalar daxil olunmuşdu. Yalnız onu demək olar ki, Pifaqorasın yaşadığı dövrdə, onun təliminin ümumi nəzəriyyəsi, ondan sonra isə, pifaqorçuluğun fəlsəfəsi yaranmışdı. Daha sonra isə pifaqorçuluq yeni platonçuların fəlsəfəsi ilə birləşib, onun daxilində ərimişdi.
Davamı →

Şirvanşahlar saray kompleksi

Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.
Davamı →

Şirvanşahlar sarayı - Bakının incisi

Bakı — qədim Azərbaycanın qaynar ürəyi, sivilizasiyaların kəsişdiyi və əslində birləşdiyi yer. Zamanın damla-damla hördüyü, təzələdiyi, böyütdüyü məkan. Gözəlliyinə və zənginliyinə qənim kəsilmiş tarix yellərinin, nə qədər çox əssə də, Yer üzündən silə bilmədiyi odlar və küləklər diyarı. Xəzərin baş qoyub dincəldiyi qoca şəhər...
Tarixi abidələri ilə insanları heyrətləndirən bu məkanda keçmişlə gələcək gözlə qaş qədər bir-birinə yaxındır. İstəsən, əsrləri daş kitabələrdə vərəqləyəcəksən, diqqətlə qulaq assan, danışan tarixin səsini eşidəcəksən. Bunun üçün yolunu şəhərin içindəki Ana şəhərdən — İçərişəhərdən salmalısan. İçərişəhərin hər daşında tarixin ürəyi döyünür. Dalanlar, döngələr, daş yollar sirli şəkildə bir-birini əvəz edir. Nəhayət, gəlib İçərişəhərin baş tacı olan Şirvanşahlar sarayına çatırıq…
Davamı →

Rübabə Muradova: Gecikmiş məhəbbət nağılı

...Həyatının tamamilə dəyişib başqa axara düşməsinə səbəb o 1 saat oldu. Cəmi 60 dəqiqə taleyinin dönüş nöqtəsinə çevrildi. Hər şey bir göz qırpımında baş verdi sanki. Əslində nələr olduğunu da doğru-dürüst anlamadı. 13 yaşlı qızcığazın ölkədə cərəyan edən hadisələri bütünlüklə dərk etməsi ağlabatan bir şey də deyildi. Ancaq yaşına uyğun olaraq başa düşdüyü və gördüyü bircə şey vardı. Ata-anası harasa yaman tələsirdi. Evdə əllərinə keçə biləcək nə vardısa – bir-iki dəst pal-paltarı, qiymətli əşyaları tələm-tələsik yığıb, uşaqları geydirdilər. Bax, onda ailənin böyük övladı olan bu 13 yaşlı qız anladı ki, məcburən doğma evlərini, torpaqlarını tərk etməlidirlər. Bircə saat ərzində açılan sərhədi keçib, Azərbaycanın şimalına adlamalıdırlar.
Davamı →

Henri Ford

Dünyada ilk avtomobilin yaradıcısı Henri Ford 30 iyul 1863-cü ildə ABŞ-da, Miçiqan ştatında anadan olmuşdur. Atası Uilyam Ford İrlandiyalı emiqrantlardan idi. Henri Ford ilk təhsilini adi kənd məktəbində almışdır. Henri Fordun atası fermer idi. Lakin küçik Henrinin fermer işinə həvəsi yox idi. O daha çox texnika ilə maraqlanırdı. Atası Henrini öz davamçısı kimi görürdü. Henri Ford özünün «mənim həyatım və nəaliyyətlərim» kitabında xatırlayır: «Mən fermer işi ilə maraqlanmırdım, atam isə mənim texnikaya olan həvəsimi görsə də, bu fikirləri yaxın buraxmaq istəmirdi. 17 yaşımda məktəbi qurtarıb Draydok adlı qəsəbədə mexaniki emalatxanada usta yanında şagird kimi işə başladım».
Davamı →

Həyatdan küskünlər...

Dünyada ən yaxşı şey uşaq olmaqdır. Bütün çirkinliklərdən uzaq olmaq, bir sözlə, günahsız olmaqdır. Lakin indi sosial qayğıya ehtiyacı olan təbəqə arasında uşaqlar da xüsusi yer tutur. Çünki birdən elə yaş dövrü yaxınlaşır və o günahsız uşaq o qədər təcavüzlərə məruz qalır ki, artıq özü də təcavüz etməyə başlayır. Bütün bunlarsa ilk başda ailədən qaynaqlanır. Ailə sevgisindən uzaq qalan bir uşaq təbii ki, həm ailə təcavüzünə, həm də cəmiyyətin zorakılığına məruz qalır. Əfsuslar olsun ki, bu gün bir çox uşaqlar bazar iqtisadiyyatının tərkib hissəsinə çevrilib. Onlar qurban olmağa, satılmağa, həyatın ən pis üzünü belə görməyə məcbur olurlar. Azyaşlı uşaqların əməyə cəlb olunması onların istismar olunmasıdır. Bu gün uşaqlara qarşı zorakılıq, onlardan sui-istifadə tüğyan edir. Hətta valideyni tərəfindən zorlanmaya məruz qalan uşaqlar da az deyil. Məlumdur ki, zəmanəmizdə uşaq alverinə daha çox rast gəlinir. Qeyd edək ki, uşaqlara diqqət və qayğının daha da artırılması onların cəmiyyətə yararlı bir övlad kimi yetişdirməyin lazım və vacib olduğunu diqqət mərkəzinə çatdırmaq üçün bu sahədə fəaliyyət göstərən təşkilatlar lazımi işləri görür.
Davamı →

Topal Teymur

O, böyük sərkərdə, imperiya qurucusu kimi özünü çox tez təsdiqləyə və tanıda bilmişdi. Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edirdi. "Əmir Teymur", «Teymurləng», «Sultan Teymur», «Topal Teymur» adı ilə tarixdə qalan sərkərdə haqqında indi də bilmədiklərimiz çox şeylər var.
Əmir Teymur Azərbaycana hücumu zamanı yorğunluğunu çıxarmaq üçün bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında «Ağrıdağdır» deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun "Əyriçay" olduğunu öyrənir. Teymur bir müddət sonra — «bu kəndin adı nədir» deyə sual edir. Vəzir cavab verir ki, «Qibleyi-aləm, bu, Oğrukənddir».
Davamı →

Lui Reno

Luinin məktəb illərində böyük uğurlar qazandığını söyləmək olmaz, belə ki, onun gündəliyində “qeyri-kafi” qiymətlərinə heç də az-az təsadüf olunmurdu. Amma texniki sahədə o, çoxsaylı bacarıqlarını nümayiş etdirə bilirdi. Adətən Luini texniki işlərlə məşğul olmağa… tənbəllik vadar edirdi. Məsələn, o, kerosin lampasını yandırmaq üçün yatağından qalxmağa ərinirdi. Bina görə də qalvanik batareya düzəltmişdi. İndi yatağından qalxmadan ipi dartmaq kifayət idi ki, plastinlər turşu məhluluna daxil olsun və 4 şamlı lampa otağı işıqlandırmağa başlasın.
15 yaşında ikən Lui bir həftə dərsə getmədiyinə görə direktor onu bərk danladı, amma bu onu məyus etmədi. O, həmin müddəti Ruana yollanaraq tanışı olan ocaqçının köşkündə lokomotiv düzəltməyə sərf etmişdi. Bu, Luinin ocaqçılıq elmini mənimsəməsinə və buxar maşının iş prinsipini dərk etməsinə kifayət etdi.
Davamı →