ARİF
Reytinq
+9.00
Güc
37.75

ARİF

Arif

Kreslo (pritça)

Günlərin bir günü 3 “dənə” altılıq rəqəm qrupu yaratdılar. Onlara müəyyən qədər pul verdilər. I qrupda rəhbər (6cı) dərhal pulun hamısını sərf edib özünə dəbdəbəli “kreslo” hazırladır. II qrupdakı 6cı da I qrupdakı 6cı kimi eləyir. III qrupda isə digər 5`i düşünən 6cı altı “kreslo” birdən hazırlatdırır. Bu biraz gec olur. Amma sonradan pul qazanaraq öz “kreslo”sunu dəbdəbəli etdi.
Bir müddət sonra I qrupda ayaq üstə dayanmaqdan bezmiş, yorulmuş, ayaqları ağrayan 5`lər öz 6cı rəhbərini öldürüdülər və “say”ları azaldı. Rəhbərin “kreslo”sunu satıb hərəyə bir sınıq-salxaq “kreslo” aldılar.
II qrupda isə “5”lər “6”ya qarşı çıxmağa cəsarət eləmədilər və ayaq üstə ayaq ağrısından öldülər.
Son nəticədə hamı öldü: Kimi “dəbdəbəli” “kreslo”da, kimi “dəbdəbəsiz” “kreslo”da, kimi də ayaq üstə.

P.S. bu cızmaqarada kreslo, rəqəm, 5, 6cı, dənə, ayaq üstündə, ayaq ağrısı və s. tipli sözlər öz həqiqi mənasında deyil…
Davamı →

RUM haqqında bilgi

(32) RUM — Geniş ölkədir. Ən gözəl və bərəkətli diyardır, çoxlu nemətləri, möcüzələri var. Buranın suyu ən dadlıdır,havası ən sağlam, torpağı isə ən münbitdir. <cut>

Onun xüsusiyyətlərindən — heyvanlarından aldıqları məhsuldur və firavanlıqdır. Əhalisi müsəlman və xaçpərəstlərdir.Buranın qışı elə soyuqdur ki, su buza dönüb daş kimi olur.Rumun əhalisi beşinci və altıncı iqlimin qərbində yaşayır.

Soyuğa görə bu ölkə əhalisinin çoxunun dərisi ağ və saçları sarışındı.Ləzzət və şadlıq əhalinin əsas zövqüdür, çünki Rum ölkəsi Zöhra ulduzunun altındadır.Xüsusiyyətlərindən biri də burada dəvələrin olmamasıdır. Dəvələr burada balalamırlar.

Rumun əhalisi öz çarlarının, hakimlərinin və rahiblərin şəkillərini çəkirlər və onlar öləndən sonra bu şəkillərdə təsəlli tapırlar. Onlar rəssamlıqda elə mahirdirlər ki, insanın şəklini gülən, ağlayan, şən və kədərli vəziyyətdə də çəkə bilirlər.

Orada olan Ustan dağının ortasında dağ keçidinə bənzər bir yer var.Buradan keçənlər üçün burada yaşayış yerləri var. Yoldan keçənlər pendir- çörək yeyir və buna görə yolun əvvəlindən axırınadək onu buradakı itlər dişləmir, başqalarını isə dişləyirlər.İtlər pendir-çörək yeyənlərin ayaqlarının arasından keçib onlara heç bir xətər yetirmirlər. Bu məlum şeydir.

Aqşəhərlə Antakiyanın arasında atəş mənbəyi var və əgər onun içinə qamış parçası atsan, o alışar. Bu barədə sultan Əlaəddinə xəbər verirlər, o da inanmayıb əmr edir ki, bunu yoxlasınlar. Yoxlayıb görürlər ki, düzdür.

Mənbə: Abidələrin Xülasəsi və Qüdrətli Hökmdarın Möcüzələri — Əbdürrəşid əl-Bakuvi

Qeydlər: RUM — Kiçik Asiya yarımadası

sultan Əlaəddin — Əlaəddin I Keyqubad — Rum səlcuq sultanı (1219-1236)

Davamı →

ESKİ SEVGİLİMƏ İTHAF...

Səni gündüzlərin qısaldığı və gecələrin uzandığı bir zamanlardan, bir gecədən SALAM`lıyıram. <cut>


Əsilndə bilmirəm AYRILIQdan sonra neçə zaman keçib, bəlkə real zamanla bir ay ama mənim daxili zamanımla heç bir gün də keçmiyib. Çünkü sənnən sonra zaman donub. Günlər bir-birini əvəzləsə də nəsə çatışmır və bu çatışmazlıq həyatımı iflic edib. Həyat davam edir ama nəsə başqa cür. Çox qəribədi. Əvvəllər belə olmamışdı. Niyə bu belədi?! Yəqin bunu sən bilirsən. Bəlkə də bilmirsən ama mən bilməni istiyirəm.

Həyatımda çox səflər və səfehliklər eləsəmdə yəqin ki, heç vax belə təsir eləməmişdi.

SƏNi kırmamalıydm! bunu əminliklə deyirəm indi. Səndən öncəki boşluğa qayıtmışam ama bunu istəmirdim axı...

Və sevgilim sonda bunları duymanı istərdim:

“ Yəqin məni eşitmirsən və yəqin bu sözləri eşitmən də imkansızdı. Ama mən inanıram ki, bu yəqinləri — YƏQİN adlı sərhədi uçuracam. Ən azınnan bunun üçün çalışacam, mübarizə aparacam. Axı sən və əksər dostlarım tez-tez mənim bu sitatımı məndən eşitmisiz: “Hər zaman bir şey eləmək olar!” razıyam ama artıq imkanlarım tükənib. Sənsiz özümə yadlaşıram. nəysə əsas mətləbdən uzaqlaşmıyım:

BİLMİRƏM OXUYURSAN, OXUMURSAN, BU SÖZLƏR SƏNİN ÜÇÜN NƏSƏ İFADƏ EDİR YA YOX, HƏR HALDA

BAĞIŞLA MƏNİ! SEVİRƏM SƏNİ! ♥

© SeTa



Davamı →

İtin mavi gözləri | Qabriel Qarsia Markes

O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim. Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm. Hə-hə, mən cut   hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm. Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq. Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı. Onun göz qapaqlarında kölgələr titrəyirdi.
Ardı →

H.O.S.T qrupu haqqında

Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib.2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın “Sənsiz (Love Story)” hiti də məhz o dövrdə yazılır.

Ardı →