Abusaleh
Reytinq
+12.22
Güc
25.33

Abusaleh

Əkrəm

Azan

Azan – lüğətdə “bildirmək” deməkdir. Şəriətdə; namaz vaxtını xüsusi bəzi sözlərlə deməyə azan deyilir. Azan hicrətin birinci ilində Mədinədə tədbiq olunmuşdur. Əslində Azanın Məkkədə tədbiqata başlandığını deyənlər də vardır. İçərlərində Həzrəti Ömər olmaqla bərabər bir çox səhabə yuxularında göydən bir mələk enərək əzanın sözlərini onlara öyrətməsi haqqında rəvayətlər vardır. Azan dinin əsaslarından və şüarlarındandır. Hökmü qüvvətli sünnətdir. Vacib deyənlər də vardır. Çünki İmam Məhəmməd (135-189); “Bir yerdə əhalisi azan ilə iqaməti tərk etsələr onlarla hərb aparılmalıdır” demişdir. Hərb ancaq vacib tərk edildiyi vaxt icra olunmalıdır. Camaat namazını tərk edən adam üçün də hərb elan oluna bilər. Amma bunun şərtləri vardır. Bəs onda bizim bu qədər namazı tərk edən yaxınlarımız var, onlara necə davranaq. Bəzən öz ailəmizin üzvünə belə namazı əmr etməyi unudur, yaxud səhlənkar yanaşırıq. Allah bizi bağışlasın. Amin!

İbn Həcər əl Əsqalani “Büluğul Məram” adlı əsərində Azan fəslinə geniş yer vermiş və ən mötəbər hədisləri orada dəlil olaraq gətirmişdir. Ən maraqlı hal, həmçinin bizim söhbət açacağımız mövzu iqamənin sözlərinin tək-tək oxunması, azanın sözlərinin isə iki-iki oxunmasıdır. Bu rəvayətləri biz qeyd etdikdən sonra artıq insaf və ədaləti müsəlmanların öz öhdəsinə buraxacağıq. Çünki bu gün məscidlərimizin bir çoxunda Azan və iqaməyə əlavələr, həmçinin iqamənin iki-iki oxunmasımı, yoxsa tək-tək oxunmasımı haqqında mübahisələr var. Bu mübahisələr əsasən bu barədə həqiqətin nə olduğunu biməməkdən, təqlidə meyl etməkdən irəli gəlir. Əsl həqiqət isə təqliddən əvvəl Allah rəsulunun və səhabələrinin yolunu tutmaqdır. Sən o zaman başqa bir alimə təqlid edə bilərsən ki, həmin məsələ barəsində Allah rəsulu və səhabələr nəsə deməyiblər və ya etməyiblər. İqamə məsələsində də təqlidi atıb Allahın rəsuluna tabe olmalısan. Ən doğru mövqe budur.

Əkrəm Həsənov.
Davamı →

Mükəmməl Kişi və Mükəmməl Qadın

Bəzi insanlar qeyd edirlər ki, kamil insan ancaq və ancaq Məhəmməd dir (ona və ailəsinə salam olsun). Bu doğrudurmu?


Bu deyim doğru deyil, əksinə kamil insan çoxdur ancaq Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) onların ən kamili və fəzilətlisiydi. Bunu sübut etmək üçün peyğəmbərimiz demişdir: «Kişilərdən bir çoxu kamlləşmişdir, qadınlardan isə ancaq İmranın qızı Məryəm, Məzahimin qızı Asiya (yəni fironun arvadı) və Aişənin digər qadınlardan üstünlüyü səridin (cahiliyyə dövründə məşhur yemək adı) digər yeməklərdən üstünlüyü kimidir. Sübut olunmuşdur ki, Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) uşaqlarının anası Xüveyldin qızı Xədicə, qızı Fatimə cənnət əhlindən olan qadınlardır. Bu beş qadın ən kamil qadınlardır. Allah onların hamısından razı qalsın.


Ardı →

Namaz qılmağın gözəlliyi

Əs-Səlamu Aleykum. Namaz qılmaq Allahın əmridir. Allah təala bizə buyurur ki,«Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım». İbadət etmək bizim özümüz üçün lazımdır. Bizim özümüzə xeyirdir. Əlbəttə bizim ibadətlərimizin yalnız özümüzə faydası var. Bu ibadətlərdən də biri namaz qılmaq ibadətidir. Namaz qılmaq insana rahatlıq gətirir. Namaz qılanda iman artır. Bunu heç bir sözlə təsvir etmək olmaz. Allahın Rəsulu (ona və aləsnə salam olsun) namaz haqqında saysız-hesabsız kəlamlar zikr etmişdir.
Ardı →

Novruz bayramını necə qeyd etməliyik?

Novruz — əslən farca bir sözdür. Ərəbcələşmiş şəkili “Neyruz”dur. Novruzun mənası “yeni gün” deməkdir. Novruz bayramı, Farsların bayramlarından biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk dəfə keçirən şəxs farsların ilk krallarından olan Cəmşiddir. Novruz Farisi ilin ilk günləri olub, beş gün davam edir. Misirdə yaşayan qibtilər də (Misirin xristian ərəbləri) Novruzu qeyd edirlər. Qibtilərə görə Novruz, ilin ilk günü olub Şəm Nəsim (Məltəm ətiri) bayramı adlanır. Bu barədə ən böyük islam alimi olan Zəhəbi – Allah ona rəhmət eləsin – “Təşəbbuhu'-Hasîs bi Əhli'l-Hamîs”; s: 46 adlı əsərində belə demişdir: “Novruz bayramına gəlincə, Misir camaatı həddini aşaraq bu günü təntənəli şəkildə qeyd edirlər. Novruz, Qibtilərin ilinin ilk günü olub onlar bu günü bayram olaraq qeyd edirlər. Müsəlmanlar da bu məsələdə onlara bənzəmişdir” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).
Ardı →

Təvəkkül haqqında

Sıxıntılarından üz çevir,
Hər işin sonu qədərə çatar.
Çünki qəzəblə oyanan neçə iş,
Nəticədə sənin üçün razılığa dönər.
Vaxt olar, dar olan genişlər,
Vaxt olar ucsuz-bucaqsız səma daralar.
Allah sənə təkrar-təkrar gözəlliklər versə,
Bunu keçənlər üçün bir ölçü kimi qəbul et.


Bu şer təvəkkül haqqında Həzrəti Əliyə aid edilən bir şerdir. Bunu universietde oxuyanda bir kitabdan qeyd etmişdim. Həmin kitabın adını indi unutmuşam. İnşallah faydalı olar.

Əkrəm Həsənov

Davamı →

Quran Şəfadır

  • Quran

Allah təala Qurani Kərimi tədricən nazil etmişdir. Qurani Kərim insanların həyatda xoşbəxt yaşaması üçün, onların həyatını gözəlləşdirmək üçün nazil edilmişdir. Bu mübarək kitab bərəkətli, mübarək, müqəddəs, bənzəri olmayan bir kitabdır. Allah təala belə buyurur: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi, 29). Yəni, bu Quranın xeyirləri və dini faydaları çoxdur. O nazil edilmişdir ki, ayələrini düşünək, onda olan uca sirrləri və hikmətləri təfəkkür edək. Möhkəm ayələr Quranın əsasıdır. İnadkarlıqdan uzaq olanlar, mütəşabeh ayələrə fitnə çıxarmaq məqsədi ilə tabe olmayanlar, haqqı istəyənlər, tabe olaraq anlayıb düşünən kimsələr öyüd alarlar və Allaha yönəlməklə hidayətə nail olarlar. Həmçinin bu Quranla ağıl sahibləri çoxlu öyüdlər alarlar. Bunda müsəlman və ya qeyri-müsəlman hər irqdən, hər rəngdən, hər dindən, hər sinifdən olan insana bir çağırış vardır. Bu onu göstərir ki, hər bir insan Quranın ayələrini düşünə bilmək imkanına sahibdir. Şəxsiyyətli hər insan da bunu edə bilər. Bunda isə böyük gözəlliklər və incəliklər vardır. (İzzet Derveze, et-tefsiru’l-hadis, Ekin Yayınları: 1/388-389).


Ardı →

Fikirlər

Hər bir insan müəyyən bir hərəkətə keçməzdən  əvvəl həmin hərəkət haqqında onda ilk əvvəl fikir yaranır və formalaşır. Hər birimiz ilk dəfə günah etməmişdən əvvəl o günahı etmək haqqında bizdə fikir formalaşır. Əgər bu fikrin qarşısınıı kəsib özümüzdən uzaqlaşdırsaq demək biz güclüyük. Əgər həmin fikir bizdə davam etsə və həmin fikrin davamına mane olmasaq o fikir hərəkətə və sözə keçəcək. Bizdə yaranan pis fikirlərin qarşısını kəsmək üçün dərhal həmin fikrin bizə düşmənimiz tərəfindən gəlməyinin fərqində olmalıyıq. O fikri özümüzdən rədd etməlyik. Əgər rədd etməsək fikir bizi günah sözə və günah əmələ aparacaq. Məsələn birdən bizim içimizdə belə bir fikir yaranır ki, siqaret çəkək. Sonra bu fikir bizdə tədricən davam edir və bizi narahat etməyə başlayır. Əgər ilk addımda bu fikiri rədd etməsək, həmin fikir bizim qəlbimizdə yetişməyə başlayacaq. O qədər yetişəcək ki, biz artıq o fikiri hərəkətə keçirəcəyik. Ona görə də unutmayaq bu cür günah və pis fikirlər bizə düşmənimiz şeytan tərəfdən gəlir və biz dərhal bunu dərk edib onu özümüzdən rədd etməlyik. Əgər rədd etməsək, onda düşmənimiz bizi tovlayıb yoldan çıxaracaq. Düşmənimizin şərrindən Allaha sığınırıq. Gəlin ehtiyatlı olaq və bütün pis fikirləri və hərəkətləri özümüzdən uzaqlaşdıraq.
Davamı →

İlk Dəvət

Bismillah. Salam Aleykum. Mənə ilk dəfə bu sayta daxl olmaq üçün dəvət gəldi. Mən sayta daxil olub qaydalarla tanış oldum. Əgər sayt verdyi sözü yerinə yetirib yazılarımızı mühafizə etsə və bütün dünyaya yaya bilsə onda biz insanlara faydalı olacaq materiallar və sözlər deyəcəyik. Əlbəttə biz bunu Allah təalanın izni ilə edəcəyik. Amma elə etməliyik ki, vaxtımız boş və faydasız şeylərlə keçməsin. Bunun üçün ilk əvvəl biz bilməliyik ki, biz bu həyatda elə belə boş bir şey üçün yaşamırıq. Bizi bu həyata gətirən və bizə müəyyən olunmuş vaxta qədər həyat verən Rəbbimiz Allahdır. Onun bizim üzərimizdə böyük nəzarəti var. Biz burada müəyyən olunmuş əcəl vaxtımıza qədər gənclərə faydalı olacaq materialları çatdıracayıq. Müvəffəqiyyət bəxş edən Allaha həmd olsun. Salam Aleykum.


Davamı →