Ali2000
Reytinq
+58.38
Güc
134.62

Ali2000

Ana məhəbbəti

Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar. 
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər... 
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular... 
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Ardı →

Michael Joseph Jackson

Michael Joseph Jackson 29 avqust 1958- ci ildə anadan olmuşdur, amerikalı müğənni, rəqsçi və bir çox musiqilərin sahibi hesab olunur. Qız bürcü sayılır. İlk dəfə 11 yaşında olarkən Jackson 5 adlı qrupda vokalist kimi tanınmışdır, lakin sonrakı dövrlərdə maliyyə cəhətdən sola oxuyan müğənnilər arasında ən yüksək zirvədə olmuşdur. Həmçinin tarixə pop musiqisinin kralı kimi düşmüşdür. Ən çox isə onun üç albomu seçilir və bunların prodüseri də Kuinsi Jons olmuşdur. Albomlar isə bunlardır; “Off the Wall” (1979), “Thirller” (1982) və “Bad” (1987). Bunların içərisində “Thriller” Guinnesin rekordlar kitabına bütün xalqlar arasında və beynəlxalq arenada tarixdə ən çox satan albom kimi düşmüşdür. Jacksonuna verilən mükafatlar arasında 13 “Gremmy” var, hətta amerikan çarxlarını bu say qədəri ilə dağıtmış, birinci yeri həm satış, həm də klipinin baxılmasına görə tutmuşdur.
Ardı →

Sevgi... Dostluq... Güvən

Bir zamanlar üç dost varmış. Sevgi, Dostluq və Güvən… Gün gəlmiş sevginin işi çıxmış… Amma dostlarından ayrılmadan əvvəl onlara söz vermiş.
«Mənimçün darıxdığınızda gəlin, uzaqlarda olmayacağam. Harada gözləri arzuyla dolu bir-birlərinə baxan bir cütlük görsəniz mən orda olacam» — demiş və onlardan ayrılmış...
Yaxşı demiş Dostluq Güvənə; «Madam elə mən də yoluma davam edim… Vəzifə çağırır… Amma narahat olma, harada birlikdə ağlayan iki insan görsən məni orada taparsan...»
Güvən ağızını açmış vidalaşmaq üçün amma Dostluq ayrılmış. Dostunun yanından, onun son sözünü dinləmədən uzaqlara getmiş...
Güvən səssizcə içindən keçirmiş əlində olmadan… «Məni itirsəniz, bir daha əsla tapa bilməzsiniz...»
Davamı →

Sənsizəm

Gözlərin üçün.Darıxıram gülüşün səsin üçün.Darıxdırır məni yoxluğun.Həyatda sevgi dunyasında yaşamağı,sevib-sevilməyi səndən öyrəndim.səninlə həyatımızın ən gözəl günlərini yaşadıq.Sevginin şirinliyini daddıq sonu acı olsada.Bütün bu gözəllikləri mənə yaşatdırdığın üçün sağ ol.Səni ayrılmaq üçün sevməmişdim....
Xəyallara dalıram.Bəylik paltarında.Əlimdə sənin üzüyün.Yanımda sən və sevdiyin gəlinliklə.Sevinclə bir-birmizə baxaq illərin həsrəti kimi.Qəlbimizi titrədək toy gününün səs küyü kimi.
İllər keçəcək bəlkə də bu keçən illər məni sənə unutduracaq.Bəlkədə nə vaxtsa yadına duşəcəm.Nə vaxtsa yadəna duşərəmsə SEVGİLİ kimi yox adi bir DOST kimi yada salarsan.Əvvəllər mənim kimi bir dostun olduğunu xatırlayarsan.Bəlkə o vaxt məni anlayarsan.Bəlkə də mənsiz darıxarsan.Yenə də əvvəlki günlərə qayıtmaq istəyərsən.Bəlkə də qucağındakı körpənə danışacaqsan dərdini.Yazdığım bu sözlər son təsəlimdi.Çalış məni unut.Özunə yaxşı bax.Bu meəim səndən son xahişim.XOŞBƏXT OL.Bu iəe mənim ən böyük arzum.Sən mənim ilk və son sevgim yaşamış olduğum ən gözəl insan olaraq qalacaqsan.
Həmişə oturduğumuz yerdə oturub nə xəyallar qurduğumu yada salıram.Heç o xəyallar da mənim olmadı.Keçdiyimiz yollardan keçirəm.Sanki yollarda sənin yolunu gözləyir.Bilmirəm bu sözləri oxuyanda nə fikrləşirsən.Bilmirəm bəlkədə gözlərin dolacaq.Bəlkədə ağlamaq istəyəcəksən.Amma ki ağlama qıymaram sənə ağlamağənə.Bilmirəm bu sözləri yazmağımın bir mənası olub olmadığını .Yazıram ki nə vaxtsa biləsən qəlbimdə belə sözlər olduğunu.Aramızdakı yollar nə qədər uzun olursa olsun hər yerə yazdım sevgimi hansı yoldan keçsən oxuyacaqsan sənə olan sevgimi.
Hərdən keçən gunlərimizi yada salıb ozumə təsəlli verirəm.Sevgin,həyatımda buraxdığın izlər,məni dünyanın ən xoşbəxti edən o anlar mənimlə qaldı......
Davamı →

Səbrli olun

Bir nəfər yeni maşınına baxmaq üçün evindən çıxanda, üç yaşındakı oğlunun gülə-gülə əlindəki çəkiclə maşının qapısını əzdiyini görür.O dəqiqə uşağın yanına qaçır və hirsindən onun əlinə çəkiclə vurmağa başlayır.Biraz sakitləşincə oğlunu təcili xəstəxanaya aparır.Həkim uşağın qırılan sümüklərni bitişdirməyə çalışsa da əlindən bir şey gəlmir və uşağın iki əlinin barmaqlarını da kəsmək məcburiyyətində qalır.Uşaq narkozdan ayıldıqda, əllərini gipsdə görür və məsum bir ifadəylə: 
“Ata, maşınını əzdiyim üçün bağışla məni.” deyir və sonra atasından soruşur: 
“Ata, bıs barmaqlarım nı vaxt yerinı gələcək?”

Atası evə qayıtdıqda həyatına son verir... 
Birisi stola süd tökdüyündə, ya da bir uşagın agladıgını eşitdiyinizdə bu hekayəni xatırlayın.Çox sevdiyiniz birinə qarşı səbrinizin daşdıgını hiss etdiyiniz an əvvəlcə düşünün.Maşınlar düzələ bilir, amma qırılan sümüklər və inciyən duyğular heç bir zaman düzəlmir...
Adətən, insanla onun potensialı arasındakı fərqi görə bilmirik.İnsan səhv edər.Hamımız səhv edə bilərik.Ancaq hirslə və düşünmədən ədilən hərəkətlər insanı sonsuza qədər narahat edər.Nə isə etmək istədikdə dayanın və düşünün.Səbrli olun.Anlayış gğstərin və sevin.
Davamı →

Ancaq və ancaq körpəm üçün

Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün kəndlərə “üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər. Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə heyvanları ilə “bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər…
Ardı →

Məntiqi sual (28)

İftixar, Qasım, Elşən və Fizuli bir viski seyahətində iştirak edirlər, Chateau des Charmes, Thirty Bench, Pileteri və Cave Springs-ə gedərlər. Hərbiri fərqli marka bir butulka viski alırlar,Viskilərin adları belədir: Merlot, Pinot Noir, Gamay və Rose, butulkalar üçün 19,25 $, 24,95 $,15,95 $ və 10,95 $ pul ödəyirlər.

— Merlot markalı viskini İftixar almayıb, bu viski Thirty Bench və ya Cave Springs bölgəsinin viskilərindən deyildir. Qiyməti 24,95 $ ya da 15,95 $ deyildir.
— İftixar aldığı viskiyə 19,25 $ verməmişdir və Thirty Bench və Cave Springs-ə getməmişdir.
— Elşən Gamay almamışdır və Chateau des Charmes ilə Pileteri-ni də görməmişdir.
— Gamay Chateau des Charmes-dən alınmamışdır.
— Fizuli Rose üçün 15,95 $ ödəmişdir amma Cave Springs-ə getməmişdir.

Sual: Kim hansı bölgənin hansı viskisini və neçəyə almışdır?

Davamı →

Son dialoq

  • Sevgi
Bir gün qızla oğlan motosikldə 160km/s sürətlə gedirdi. Bu sürət qızı çox qorxutmuşdu. Oğlandan motosikli yavaş sürməsini istəyirdi.
Qız: Yavaş sür, qorxuram...
Oğlan: Yox, belə daha maraqlıdı.
Qız: Mən çox qorxuram, yavaş sür dedim.
Oğlan: Yaxşı, onda mənə sevdiyini de!
Qız: Səni sevirəm… Çox sevirəm… Yavaş sür, indi!
Oğlan: İndi məni bərk-bərk qucaqla...
Qız oğlanı bərk-bərk qucaqladı...
Oğlan: Başımdakı dəmir papağı çıxart, öz başına keçirt, məni narahat edir. Mən də sürəti azaldıram, sevgilim.

Sabahısı gün TV kanalların birində xəbər yayımlandı ki, motosiklin əyləci(tormoz) xarab olduğundan oğlan idarəni itirib və qəzada oğlan vəfat edib. Qızın dəmir papağı olduğundan onu xilas etmək, həyata qaytarmaq mümkün olub. Oğlan qəzanın baş verəcəyini bilib, artıq bilirdi ki, motosikldə idarəni itirib… Ona görə də sevgilisindən 3 şeyi xahiş edib:
-Məni sevdiyini söylə...
-Məni bərk-bərk qucaqla...
-Dəmir papağı öz başına keçirt, məni narahat edir....
Davamı →

Qızın anaya məktubu

15 yaşlı qız evdə deyildi. Anası onun otağına girdi və ürək döyüntüsü ilə stolun üstündəki məktubu gördü. Məktub qızından idi və anasına ünvanlanırdı. Titrək əlləri ilə anası məktubu götürdü və oxumağa başladı:
Əziz Anam...
Bağışla məni… Xahiş edirəm… Çünki mən öz yeni sevgilim — Əhməd ilə getməyə qərar verdim.
Mən onu çox sevirəm. O, öz tatuları və pirsinqləri ilə çox gözəldi. Hələ motosiklini demirəm… Amma bu hələ hamısı deyil. O, mənə deyir ki biz birlikde cox xoşbəxt olacayıq.
Onun meşənin dərinliyində 1 evi var. Ora çox gözəldi. Yeri gəlmişkən biz marixuandan da istifadə edəcəyik. Deyə bilərsən hardan?! Əhmədin dostları hər gün bizimlə qalacaqlar bunun əvəzində onlar bizi marixuanaya qonaq edəcəklər...
Anacan xahiş edirəm mənimçün narahat olma.
Mənim artıq 15 yaşım var və mən artıq özüm öz qeydimə qala bilərəm. Mən nə vaxtsa sənə baş çeəkməyə gələcəyəm ki sən öz nəvələrini görəsən. Sənin SEVİMLİ qızın..

P.S: Anacan! Mən düzünü yazmadım. Mən əslində qonşudayam. Mən sadəcə sənə demək istəyirəm ki, həyatda gündəliyimdə olan qiymətlərdən də pis şeylər ola bilər...
Davamı →

Qum və daş

Bir hekayədə iki yoldaşın səhrada getdiyi izah edilir. Səfərin bir nöqtəsində bir münaqişə olur və biri digərinə yumruq vurur. Yumruğu yeyənin canı ağrıyır amma bir şey söyləmədən quma belə yazır:
«Bu gün ən yaxşı yoldaşım məni şillələdi.» 
Bir vahəyə gələnə qədər getməyə davam edirlər və suya girməyə qərar verirlər. Yumruğu yeyən bataqlıqlığa batır və boğulmağa başlayır amma dostu qurtarır. Dostu boğulmadan xilas olduqdan sonra bir daşa belə yazır:
«Bu gün ən yaxşı yoldaşım həyatımı qurtardı».
Yumruğu atan və həyat qurtaran soruşur:
«Canını ağrıtdığımda quma yazdın,niyə indi daşa yazdın?»

Digəri cavab verər: «Biri canımızı yandırdığında quma yazmalıyıq ki, bağışlama küləyi silə bilsin, amma biri bizim üçün yaxşılıq etsə daşa həkk etməliyik ki, heç bir külək silə bilməsin.
»Ağrılarınızı quma və yaxşılıqları daşa yazmağı öyrənin."
Dəyərli bir insanı tapmaq bir dəqiqə alır. Unutmaq isə bir ömürü...
Davamı →