Aysel77
Reytinq
+54.47
Güc
180.25

Aysel77

Donuz əti niyə haram buyurulub?

Bütün gövşəyənlər (o cümlədən insan da), orqanizmin işlətdiyi mayeni, onun 90%-ni təşkil edən sidik şəklində ifraz edirlər. Qalan 10% maye isə orqanizmdən ter və s. kimi çıxır. Amma donuz, təbiətdə yeganə gövşəyən heyvandır ki, işlənmiş mayenin yalnız 10%-ni təbii yolla ifraz edir. Bəs görəsən yerdə qalan 90% maye hara gedir? Biologiya buna çoz aydın cavab verir: bu, orqanizmdən çıxmış, lakin ofraz edilməmiş maye, bir çoxları üçün dadlı, donuz piyinə (saloya) çevrilir.

Indi aydın olur ki, donuzu niyə yemək olmaz, hətta onu kəsib qanını buraxsan belə. Iş burasındadır ki, qanın çoxu donuzun piyində qalır.

Məhz buna görə müqəddəs Quranda qan, ölü heyvan və donuz əti bir sıraya qoyulur. Bunları yeməklə insan özünü güclü psixotrop təsirə məruz qoyur ki, bu, bütün psixi xəstəliklər üçün bünövrə ola bilər.

Uca Allah deyib: ”Ey iman gətirənlər1 sizə verdiyimiz ruzilərin halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükr edin! O sizə ölmüş heyvanı, qanı və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir...!” (“əl-Bəqərə”, 172-173).

İndiyə qədər donuz ətindən qidalanıbsınız?
Davamı →

İYBİLMƏ QABİLİYYƏTİ/DADBİLMƏ QABİLİYYƏTİ /TOXUNMA HİSSİ



Burun bizə xoş və eləcə də heç xoş olmayan qoxular haqqında məlumat çatdırır. Onun köməyi ilə biz çiçəklərin, təzə bişmiş şirniyyatların ətrini qoxulayırıq. O ki, bizi təhlükələrdən xəbərdar edir: xarab olmuş qida və qaz sızmasından. Burun həmçinin bir çox faydalı şeylər edir. Burunun içində kiçicik tüklər olur. Həmin tüklərə nəfəs aldığımız havadakı (oksigendəki) tozlar yapışır və orqanizmə daxil ola bilmir.
Həmçinin burun isidici kimi də fəaliyyət göstərir. Hətta ən soyuq hava belə, burunun nazik isti kanallarından keçən zaman istilənməyə macal tapır. Əgər bu xüsusiyyət olmasa, biz ilin soyuq fəsillərində həmişə xəstələnərdik və evdən çölə çıxa bilməzdik.
Həmçinin burun ətrafımızda hansı havanın olduğunu özü təyin edə bilir. Əgər hava təmizdirsə, burun kanalları daha geniş açılır və biz necə deyərlər “tam ciyərlərdən” nəfəs alırıq. (ona görə meşədə nəfəs almaq çox asan və yaxşıdır). Amma hava çirkli olduğu zaman isə burun kanalları daralır və orqanizmə hava daha az gedir (çatır). Bununla müdrik burun çirkli havanın tərkibində olan çoxlu zərərli maddələrdən insanı qoruyur.


Konfetin şirin, soğanın acı, limonun turş olması haqqında məlumatı bizə dil çatdırır. Dilin bütün səthi çoxlu miqdarda kiçicik məmçiklərlə örtülmüşdür, məhz onlar da ağıza düşəni tanıyır. Turş yoxsa şirin, acı yoxsa duzlu. Bundan əlavə dil bizi mümkün olan təhlükələrdən xəbərdar edir. Əgər biz ağzımıza nəisə yeməli olmayan, köhnə qida alsaq, dil həmin an bunu hiss edir və biz orqanizm üçün zərərli olanı yemirik.


TOXUNMA HİSSİ- bu bizim dərimizin toxunmanı hiss etmə bacarığıdır. Dəri bizə çox şeylərdən “danışa” bilər. Yumşaq yaxud sərt (bərk) əşya, hamar yaxud nahamar (kələ-kötür), isti yaxud da soyuq- bütün bunları əl ilə yoxlayaraq təyin edə bilər.
Həmçinin dəri zərərli bakteriyaların orqanizmə daxil olmasının qarşısını alır. Dəridə yara olmadığı zaman o daha etibarlı müdafiə edir, ona görə də çalışın ki, dərini zədələməyəsiniz.
Davamı →

EŞİTMƏ QABİLİYYƏTİ

Bizi əhatə edən ətraf mühitdəki səsləri biz qulaqlarımızın köməyi ilə eşidirik. Qulaqlar başın yan tərəfində yerləşmişdir, qulaqlarımızın köməyi ilə biz bu və ya başqa səsin məhz haradan gəldiyini anlaya bilirik. Bizim üçün ən vacib digər insanların nitqini eşitməkdir, axı bu insanların öz aralarında ünsiyyəti üçün əsas vasitədir. 

Çox təəssüf ki, eşitmə qabiliyyətini də, görmə qabiliyyəti kimi çox asan itirmək olur. Bərk (çox ucadan olan) səs-küydən, qəfil yüksək səsdən, gurultulu musiqidən (xüsusilə pleyerdə) eşitmə qabiliyyəti zəifləyir.

İti eşitmə qabiliyyətinə sahib olmaq üçün qaydalar:

Səssizliyi dinlə- meşədə, çayda, çəmənlikdə

Müntəzəm olaraq qulaqlarını sabun ilə yu və onları ehtiyatla pambıq ilə təmizlə

Qulaqlarını sancaq, kibrit və çubuq ilə qurdalama. Belə etməklə sən qulaq pərdəsini zədələyə və ömürlük eşitmə qabiliyyətini itirə bilərsən.
Davamı →

GÖRMƏ QABİLİYYƏTİ

Ətraf mühit haqqında bütün məlumatları biz duyğu orqanları vasitəsilə əldə edirik. Duyğu orqanlarımız: gözlər, qulaqlar, dil, burun və dəridir.
Bizi əhatə edən ətraf mühit haqqında biz ən çox görmə instinki vasitəsilə məlumat alırıq. Bizim gözlərimiz əşyanın rəngini, formasını və ölçüsünü fərqləndirir. Onların yerləşmə mövqeyini- hərəkət etydiyini yaxud da yerində qaldığını təyin edir. Gözlərimizin köməyi ilə biz oxuyuruq, televizora baxırıq, bizi əhatə edən mühiti görürük.

Toz və balaca tozcuqlardan gözləri kipriklər qoruyur. Göz yaşları, yad cisim (məsələn, kiprik) düşmüş gözü yumağa kömək edir. Bundan əlavə gözün qorunmasında göz qapaqları iştirak edir: biz tez-tez gözlərimizi qırpırıq və bununlada gözlərimizi təmizləyirik.

Sadə qaydalara riayət et ki, gözlərin həmişə qaydasında olsun:

Ancaq yaxşı işıqlandırılma şəraitində yaz və oxu.

Uzanan vəziyyətdə kitab oxuma

Nəqliyyatda oxuma. Kitabı gözdən düzgün məsafədə tutmaq çox çətindir, o hər dəfə tərpənir (nəqliyyat hərəkət etdiyi üçün) və gözlər tez yorulur.

Televizora uzun müddət baxma və günlərlə kompyüterdə oyun oynama: bunlardan da həmçinin gözlər yorulur və görmə qabilyyəti pisləşir.

Gözlərini əlin ilə ovuşdurma- bu yolla sən gözlərinə toz yaxud da infeksiya sala bilərsən.
Davamı →

Səma niyə mavidir?


Həqiqətən də səma niyə mavidir? Axı səma havadır, hava isə şəffafdır, rəngsizdir, biz onunla nəfəs alırıq amma onu görmürük. Amma səmaya baxdıqda nədənsə, biz onu mavi görürük, sözsüz ki, aydın günlərdə səmanın maviliyini sıx və qara buludlar örtmürsə.
Hər yerdə səma mavi deyildir. Şimalda səma solğun, cənubda isə tünd mavi, bizdə isə günəşli və mavidir.

Bəs açıq səmanın bu möcuzəvi rəng və çalarları haradan götürülür?
Sən demə bu, günəşin şüalarıdır və bu şüalar başımız üzərindəki səmanı mavi rəngə boyayır. Günəş öz şüalarını yerə ötürür, amma onlar Yer kürəsini əhatə edən qalın hava qatını yarıb keçmək məcburiyyətində qalırlar. Günəş şüası isə çox rənglidir. O, qırmızı, narıncı, sarı, yaşıl, mavi, tünd, göy və bənövşəyi rənglərdən ibarətdir. Həmin rəngli günəş şüaları qalın hava qatını keçir, beləliklə isə hava hissəcikləri günəş spektrinin bütün rənglərini dağıdır və ən çox mavi hissəsi səpələndiyi üçün səma mavi rəngə boyanır. Səmanın rəngi də məhz bu rəngli günəş şüalarının mavi çalarlı hissəcikləridir.
Davamı →

Dörd adamın duası müstəcab olmaz

İmam Cəfər Sadiq (ə) buyurub: “Dörd adamın duası müstəcab olmaz:

Birincisi, öz evində oturub, “Allahım, mənə ruzi ver” deyən adam. Allah bu adama buyurar: “Məgər mən sənə göstəriş verməmişəmmi ki, ruzi dalınca gedəsən (işləyib zəhmət çəkəsən)?”

Ikincisi, öz pis xasiyyətli arvadına nifrin (qarğış) edən kişi. Allah ona müraciət edər: “Məgər mən arvadına talaq vermək hüququnu sənin ixtiyarına buraxmadımmı? (Yəni arvadını boşaya bildiyin halda, niyə ona qarğış edirsən?)”.

Üçüncüsü, mal-dövlətini pis yollarda xərcləyib israf edən və sonra: “Ilahi, sərvətimi mənə qaytar” söyləyən adam. Allah ona buyurar: “Mən ədalətli olmağı sənə tövsiyə etmədimmi? Mal-dövlətini təmizləməyi və pis işlərə xərcləməməyi sənə tapşırmadımmı?”.

Dördüncüsü, şahidsiz, sənədsiz başqasına borc pul verən, sonra da borcunu almaq üçün Allaha yalvaran adam. Allah-təala bu adama buyurar: “Məgər mən göstəriş vermədimmi ki, borc verən zaman özünüzə şahid tutasınız?”.
Davamı →

Dostlar - İnsanı çox yaşamağa kömək edir

Avstraliyalı alimlər dostluq etməyin faydalarını üzə çıxarıblar. Bunun üçün onlar 10 ildən artıq təqaüddə olan minlərlə yaşlı insanı öyrənərək sosioloji tədqiqat aparıblar. Tədqiqatlar nəticəsində alimlər belə nəticəyə gəliblər ki, dostluq münasibətləri insan ömrünü uzada bilər.
Nəticələrə görə, daha çox dostları olan yaşlı insanlar təkliksevən həmyaşıdlarına nisbətən çox yaşayırlar. İnsanın sağlamlığı dostların sayından asılıdır. Əgər insanın dostu çoxdursa, deməli fiziki və psixi sağlamlığı da möhkəm olur. Bununla belə, çox incə bir məqam mövcuddur. Dostluğun fiziki və psixi sağlamlığa müsbət təsiri üçün dostların təxminən eyni yaşa və yaxın sosial səviyyəyə məxsus olması çox əhəmiyyətlidir.

Möhkəm və uzun müddət dostluq münasibətində olanlar depressiya pozğunluğundan, ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. Sən demə, dostluq münasibətləri pis vərdişlərin qarşısının alınmasına da kömək edir. Belə ki, dostlar tərəfindən dəstəklənən insanlar nikotin və alkoqol asılılığından daha asan qurtulurlar

Mənbə:http://www.big.az/107358-Dostlar_-_Insani_cox_yasamaga_komek_edir.html


Davamı →

Vərdiş, yoxsa beyində gizlənən təhlükə?

Normal insan yaşadığı heç nəyi unutmur. Çünki insan beyni qavrama və saxlama qabiliyyətinə malikdir. Əgər unutqanlıq baş verirsə, bu, ciddi xəstəliklərin göstəricisi sayıla bilər.

Unutqanlıq demək olar ki, hamımızın gündəlik qarşılaşdığı problemlərdəndir. Gedəcəyimiz yeri, edəcəyimiz telefon zəngini, verdiyimiz sözü, pulqabımızı, evin və yaxud maşının açarlarını unuduruq. Unutqanlıq stressdən, zehni yorğunluqdan, depressiyadan ola bilər. Mütəxəssislərə görə, unutqanlıq gündəlik həyatımıza təsir edə bilmirsə, bu, qorxulu hal deyil.

Müəyyən bir yaşdan sonra unutqanlığı hiss edirsinizsə, psixiatra müraciət etmək lazımdır. Psixiatr Ramin Əliyevin sözlərinə görə, 40-50 yaşlarında qalıcı və gündəlik həyata təsir edən unutqanlıq halları yaşanırsa, bununla bərabər kefsizlik, əhvalsızlıq, halsızlıq, diqqət pozğunluğu, işdən boyun qaçırma kimi hallar müşahidə edilirsə, bu, insanın güclü depressiyada olduğuna işarədir və belə halları keçirənlər mütləq psixiatra müraciət etməlidirlər.

Daha gənclərdə görünən unutqanlığın səbəbləri isə sırf psixoloji problemlərdir. Məsələn, şəhər və iş həyatının gətirdiyi stress, depressiya, gərginlik beyin funksiyalarından diqqəti bir yerə yığma və idarəetməni pozaraq unutqanlıq yaradır. Bundan əlavə, bəzi vitamin əskiklikləri, beyin şişləri, beyin damarındakı tıxanmalar, beyin qanamaları və daha bir çox xəstəlik də özünü unutqanlıqla büruzə verə bilər.

Mütəxəssislərin fikrincə, unutqanlıq ağlını itirmə, yol qəzası, baş zədəsi, menengit keçirmə kimi səbəblərdən irəli gəlmirsə, deməli, unutqanlığa başqa bir xəstəliyin atipik vəziyyəti səbəb olur. R.Əliyevin bildirdiyinə görə, ciddi zədələr nəticəsində əmələ gəlməyən unutqanlıqları mütləq başqa hallar – yuxusuzluq, halsızlıq, əhvalsızlıq müşayiət edir. Zədə nəticəsində alınmış unutqanlıq ciddi psixoloji xəstəliyin əlaməti ola bilər: “Əgər insan hər hansı bir ağır hadisə yaşayıb və o hadisəni unudubsa, bu, artıq ciddi problemdir. Xəstəliyi təyin etmək üçün bu insanın yaşadığı hadisəni bilmək lazımdır. Zədə keçirən birində unutqanlıq varsa, onu psixoloji bir vəziyyət kimi qəbul etmək doğru deyil. Ruhi bir zədə yaşayıb-yaşamadığı, hər hansı başqa bir xəstəlik olub-olmadığı, depressiya vəziyyəti kimi bir çox faktoru araşdırmaq lazımdır. Unutqanlıq ciddi və qalıcı bir şəkildə davam edirsə, xəstəni nevropsixoloji müayinədən keçirdikdən sonra düzgün müalicəyə başlamaq olar”.

Amma qeyd etmək lazımdır ki, unutqanlıq özü ayrılıqda xəstəlik kimi də müşahidə oluna bilər. Buna təbabətdə psixoloji amneziya və ruhi səbəblərdən qaynaqlanan unutqanlıq da deyirlər. Belə xəstələrin müalicəsinə başlamazdan əvvəl onları dinləmək və keçirdikləri halları həkimlə müzakirə etmək lazımdır. Depressiyadan yaranan unutqanlıqlar depressiv dərmanlarla aradan qaldırıla bilər.

Mütəxəssislər hesab edirlər ki, unutqanlığa əsas səbəblərdən biri də yuxusuzluqdur. Həkimin fikrincə, yuxusuzluq diqqət pozğunluğu yarada bilər ki, bu da qalıcı və gündəlik həyata təsir edən unutqanlıq halına gətirib çıxara bilər. Əsasən yaşlılar, keçmişdə depressiya yaşamış, damar xəstəliklərindən əziyyət çəkənlər, keçmişdə ciddi baş yaralanmalarına məruz qalanlar, aşağı təhsil səviyyəsi olanlar unutqanlığa düçar olur.

Unutqanlığı aradan qaldırmaq, yaddaşı gücləndirmək üçün sağlam qidalanmaq və bol su içmək məsləhət görülür. Uzun müddətli pəhrizlər, aclıqlar unutqanlığın yaranma səbəbi ola bilər. İdman etmək, gündə yarım saat gəzinti, krassvordlar həll etmək, kitab oxuma, musiqi dinləmək, ictimai əlaqələri inkişaf etdirmək yaddaşı möhkəmləndirir.

Təzyiq, xolestrol yüksəkliyi, ürək xəstəliyindən əziyyət çəkən insanlar ağlını itirmə – unutqanlıq riski daşıdığı üçün bu xəstəliklərdən əziyyət çəkənləri daim nəzarət altında saxlamaq lazımdır.

Unutqanlığa səbəb həddən artıq spirtli içkilərin istifadəsi və siqaret çəkmək də ola bilər. Unutqanlıq olduğunda “yaşlılıqdandır” deməyib həkimə müraciət etmək lazımdır.

R.Əliyev bildirir ki, unutqanlığı aradan qaldırmaq və hafizəni gücləndirmək üçün kələm, ispanaq, çiyələk, albalı, böyürtkən, quşüzümü, badımcan, üzüm, ərik, qırmızı soğan, qırmızı alma, çuğundurdan qida rasionunda çox istifadə etmək lazımdır. “Balıqların yaddaşı 3 saniyəlik olsa da, balıq yemək də yaddaşı gücləndirir. Gündə bir dəfə balıq yemək yaddaşı gücləndirməklə yanaşı, insanı 3 yaş cavan saxlayır. Əgər balıq yeyə bilmirsinizsə, xüsusi balıq yağı həblərindən istifadə edin. Bundan əlavə, taxıl, kalium, B, C vitamini beyin funksiyalarını nizamlayır”.

Həkimin dediyinə görə, unutqanlıq yaradan qidalardan biri də qəhvədir. Belə ki, sizin ayılmaq məqsədilə içdiyiniz 1 fincan qəhvə yaddaşınızın zəifləməsinə səbəb olur. Düzdür, qəhvə içdikdən 1-3 saat sonra özünüzü gümrah hiss edirsiniz, amma bu keçicidir. “Səhər acqarnına qəhvə içmək, müvəqqəti enerji verib, əhvalınızı qaldırsa da, sonradan sizin kabusunuz ola bilər. Belə ki, aclıq davam etdiyi təqdirdə, qanınızdakı şəkərin miqdarı azalar və bu da diqqət pozulmasına səbəb ola bilər. Bir neçə dəfə təkrar keçirdiyiniz unutqanlıq zamanla qalıcı unutqanlığa çevrilə bilər ki, bu da sizin gənc yaşda ağlınızı itirməyə bərabərdir. Ümumiyyətlə, qalıcı unutqanlıq – ağlın itməsi deməkdir”.
Mənbə:http://gundem.az/2012/09/13/vərdis-yoxsa-beyində-gizlənən-təhlukə/
Davamı →

Var-dövlət Allahın imtahanıdır

Bir gün İmam Cəfər Sadiq (ə) öz səhabəsi Əban ibn Təğlibdən soruşdu: “Elə düşünürsən ki, əgər Allah bir kəsə bu dünyada mal-dövlət və vəzifə veribsə, demək, onu çox sevir və bu nemətlər Allahın həmin adamı çox sevdiyini göstərir? Bəlkə elə bilirsən ki, əgər Allah bir kəsi öz nemətlərindən məhrum etsə, onu kasıblığa düçar etsə, ona görədir ki, Allah yanında onun qədr-qiyməti yoxdur və Allah onu sevmir? Amma həqiqətdə qətiyyən belə deyil. Mal-mülk Allaha məxsusdur, Allah onu əmanət kimi insanların öhdəsinə buraxıb. Insanlara icazə verib ki, ədalətlə bu nemətlərdən yeyib-içsinlər, özlərinə paltar tədarük etsinlər, bu vəsaitlə evlənsinlər, özlərinə minik alsınlar və yaşayışlarını orta yolla davam etdirsinlər. Əgər bu nemətlər onların ehtiyacından artıq qalsa, kasıblara və mömin insanlara yardım göstərsinlər, onların çətinliklərini həll etsinlər. Hər kəs Allahın mülkü ilə bu şəkildə ədalətlə rəftar etsə, hər nə qədər xərcləsə və hər nə etsə də ona halaldır. Bu şərt daxilində yeyib-içməyə, geyimə, miniyə və evlənməyə xərclədiyi pullar da ona halal olar. Amma hər kim israf etsə və sərvəti başqa yollarda xərcləsə, ona haram olar”. Sonra o həzrət buyurdu: “Israf etməyin, çünki Allah israf edənləri sevməz! Ey Əban! Elə düşünürsən ki, Allah öz lütf və mərhəmətindən bir kəsə əmanət olaraq mal-dövlət versə, o adam özünə on min dirhəmlik at ala bilər? Bir halda ki, iyirmi dirhəmlik at da onun ehtiyaclarını ödəməyə qadirdir. Yaxud iyirmi dinarlıq kənizlə də kifayətlənə bildiyi halda, min dinarlıq kənizi almağa haqqı var?”. Sonda bir daha təkrar etdi: “Həddi aşmayın! Allah israf edənləri sevməz”. Həqiqətən, mal-dövlət, vəzifə, şan-şöhrət, gözəllik, əsil-nəcabət kimi dünyəvi nemətlər bəzən insan üçün ən çətin imtahana çevrilir.


Ardı →